Məhkəmə qərarları › İş №2(102)-649/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-649/2024

16.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-649/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Əbülağa oğluna və X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Apellyasiyanın qeyri-mümkünlüyü, apellyasiya şikayətinin vəkil tərəfindən imzalanması, etibarnamənin olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Əbülağa oğluna və X2 qarşı “pul və dəymiş ziyan” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)1440/2023 nömrəli 8 dekabr 2023-cü il qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı cavabdehlər Cavabdeh1yə və Çiçək Yolçuyevaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1dən 2004-cü ildə verilmiş 5.000.000 (beş milyon) AZM pulun ekvivalenti olan 1.000 manat pulun, Çiçək Paşaidən 1.500 manat pulun alınıb ödənilməsi, 0.21 ha torpaq sahəsinin münbitləşdirilməsi ilə əlaqədar çəkilmiş xərc kimi 10.000 manat pulun cavabdehlərdən alınıb ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-248/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 Əbülağa oğlundan 1.000 (bir min) m anat, cavabdeh X1 1.500 (bir min beş yüz) manatın İddiaçı xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq Cavabdeh1 Əbülağa oğlundan 30 (otuz) manat, cavabdeh X1 35 (otuz beş) manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir

3. İddiaçının vəkili Vəkil Nemət qızı qətnamədən apellyasiya şikayəti vermişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1440/2023 nömrəli 8 dekabr 2023-cü il qərardadı ilə (hakimlər Elçin Mehdiyev (sədrlik edən və məruzəçi) Ələddin Məcidov və Mahir Əsədli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmişdir.

5. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya şikayəti elektron imza ilə yalnız iddiaçının vəkili Vəkil Ne mət qızı tərəfindən imzalanaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmişdir. Həmçinin iş materialında İddiaçı Vəkil Nemət qızına apellyasiya şikayətini verməsi üçün səlahiyyət verən etibarnamə mövcud deyildir. Vəkil Nemət qızı apellyasiya şikayəti verməsi üçün səlahiyyət verən etibarnaməsi olmadan apellyasiya şikayətini yalnız öz adından imzalamaqla, apellyasiya şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 363.1.1-ci maddəsinin tələblərini pozmaqla vermişdir.

6. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi MPM-in 362.1, 363.1.1-ci maddəllərinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

7. İddiaçı kassasiya şikayəti verərək ( Vəkil Nemət qızı) qərardadın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının vəkilinin həmin apellyasiya şikayətini imzalamaq üçün həm etibarnaməsi, həm də vəkil orderi olmuşdur. Məhkəmə nəzərə almamışdır ki, MPM-in 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. İddiaçının vəkili vəkil orderinin surətini əlavə etmişdir. Məhkəmə prosessual normanı səhv tövsif edərək vəkilin apellyasiya şikayəti verə biləcəyini, imzalamaq səlahiyyəti üçün orderin yetərli olduğunu nəzərə almamışdır. İddiaçının vəkilinin müəyyən olunmuş formada etibarnaməsi də mövcuddur. Həmin etibarnaməni Yevlax rayon məhkəməsinə təqdim etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

10. Maddə 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkili n orderi və ya digər sənəd əlavə edilməlidir.

11. Maddə 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır.

12. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

13. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

14. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

15. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

16. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

17. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prose ssual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Kollegiya bildirir ki, apellyasiya məhkəməsi tərəfindən şikayətinin mümkünlüyü yoxlanılmış, mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

20. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayəti elektron imza ilə yalnız iddiaçının vəkili Vəkil Nemət qızı tərəfindən imzalanaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmişdir. Şikayətə İddiaçı Vəkil Nemət qızına apellyasiya şikayətini verməsi üçün səlahiyyət verən etibarnamə əlavə edi lməmişdir. Vəkil Nemət qızı apellyasiya şikayəti verməsi üçün səlahiyyət verən etibarnaməsi olmadan apellyasiya şikayətini yalnız öz adından imzalamaqla, apellyasiya şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinin tələblərini pozmaqla vermişdir.

21. İddiaçının kassasiya şikayətində göstərir ki, etibarnamə müvafiq olaraq birinci instansiya məhkəməsinə təqdim olunsa da apelyasiya instansiya məhkəməsi bu halı nəzərə almamışdır.

22. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçının göstərdiyi şəxsə, yəni hüquqlarını müdafiə edən R.Kərimovaya verdiyi etibarnaməni birinci instansiya məhkəməsinə təqdim etməsi müəyyən olunmur. Ona görə də kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

23. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

24. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

25. Yuxarıda göstərilən lərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 dekabr 2023-ci il tarixli 2(107)- 1440/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar