Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6493/2019 14.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X11 oğlunun katibliyi, İddiaçının vəkili X3 və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC və direktoru X4 qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.04.2019-cu il tarixli 2(107)-120/2019 nömrəli qətnaməsindən cavabdeh “xxxx” MMC-nin direktoru X2 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏ YYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh “xxxx” MMC və direktoru X1 22500 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Hüseyn Ələkbərov) 03 may 2018-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı cavabdeh “xxxx” MMC və direktoru X4 qarşı pul tələbi barədə iddiası təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ələddin Məcidov - sədrlik edən, İnşallah Quliyev məruzəçi, Mahir Əsədli) 24.04.2019-cu il tarixli 2(107)-120/2019 nömrəli qətnaməsi ilə X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsi qismən, yəni cavabdeh X4 aid hissədə ləğv edilərək İddiaçı cav abdeh X4 qarşı 22500 manat pul tələbi əsassız olduğundan təmin edilməsi barədə yeni qətnamə qəbul edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh “xxxx” MMC-nin direktoru X2 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24.04.2019-cu il tarixli 2(107)-120/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əlavə ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir. Belə ki, qeyd olunan qəbz borcun qaytarılmasını təsdiq edən ən mötəbər sübutdur, necə ki, iddiaçı yalnız bir akta istinad edərək pul tələb edir. Cavabdehlərdə öz növbəsində pulun qaytarıl ması ilə əlaqədar həmin kassa məxaric orderini təqdim edir. Bundan başqa iş üzrə şahid qismində izahat vermiş X7 bildirmişdir ki, iddiaçının tələb etdiyi pul cavabdehlər tərəfindən ona qaytarılmişdır. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili H.Əsgərov kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxıl masını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçi ni və tərəflərin vəkillərini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)120/2019 nömrəli iş üzrə 24 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmaldır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə müəyyən edilmiş faktiki hallardan görünür ki, cavabdeh “xxxx” MMC-nin direktoru X5 müəssisənin ehtiyacı olduğu üçün iddiacı İddiaçı 24 yanvar 2017-ci ildə 22500 manat pulu borc kimi götürmüşdür. Pul götürülərkən tərəflər arasında pulun verilməsi və qəbul edilməsi barədə akt tərtib edilmişdir. Akta qeyd edilən məbləğin həqiqətən cavabdeh tərəfə verilməsini cavabdehlər mübahisələndirmir və bu hal işin mübahi sələndirilməyən tərəfidir. Qeyd edilən akta əsasən götürülən borc 20 mart 2017-ci tarixdə qaytarılmalı idi. Cavabdeh tərəf məhkəmə kollegiyasının iclasında 20 may 2017-ci il tarixli kassa məxaric orderini təqdim edərək həmin sənədlə borc kimi alınmış 22500 manat pulun İddiaçı qaytarıldığını göstərmişdir. Eyni zamanda izah edilir ki, həmin kassa məxaric orderinin əsli itdiyindən onun müəssisədə qalmış ksero sürəti məhkəməyə təqdim edilir. İddiaçı təqdim edilmiş kassa məxaric orderindəki 22.500 manat pulun alınması ilə bağlı olan imzanı onun tərəfindən icra edilmədiyini və həmin sənəddən ümumiyyətlə xəbəri olmadığını göstərmişdir. İddiaçinin vəkili və nümayəndəsinin vəsatəti əsasında məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizası təyin edilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, cavabdehlərin təqdim etdiyi 20 may 2017-ci il tarixli kassa məxaric orderinin kserosurətində imza qrafasında əks olunmuş imza tədqiqat üçün yararsız olduqundan həmin imzanın İddiaçı tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün deyildir. Sənədlərin texniki ekspertizasının digər rəyində göstərilmişdir ki, təqdim edilmiş X2 adına yazılmış 20 may 2017-ci il tarixli kassa mədaxil orderinin reproqrafik nüsxələrində (i.v. 109-110) olan “İmza” yazısının qarşısında olan imzanın təsviri axınlı çap üsulu vasitəsilə çap qurğusunda (printer, çoxaldıcı aparat) icra edilmişdir. Kassa məxaric orderinin reproqrafik nüsxələrində olan “İmza” çap mətninin qarşısında olan imzanın təsviri başqa sənəddən köçürülərək həmin hissəyə montaj edilərək əlavə edilmişdir. Cavabdeh tər əfin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində cavabdehlər tərəfindən İddiaçı alınmış borcun 20 may 2017-ci il tarixdə qaytarması ilə bağlı heç bir məlumat yoxdur. Əksinə şahid ifadəsində göstərmişdi ki, Qafura 2017-ci yanvar ayında verdiyi 23 500 manat borcu Qafur həmin ilin aprel ayının 15-də tam şəkildə ona qaytarmışdır. Ona görə də qeyd edilən şahidin ifadəsi cavabdehlər tərəfindən borcun iddiaçıya qaytarılması ilə bağlı heç bir hüquqi əhəmiyyət daşımadıqından sübut növü kimi qəbul edilmir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən götürülmüş 22 500 manat borcun iddiaçıya qaytarılması ilə bağlı iş materiallarında heç bir mötəbər sübut yoxdur. Cavabdeh tərəf öz etirazlarını əsaslandırmaq üçün məhkəmə kollegiyasına heç bir sübut təqdim edə b ilməmişdir. Həmçinin 22500 manat borc “xxxx” MMC-nin ehtiyacları üçün alınmış və sərf edilmişdir. Müəssisənin direktoru olmuş X5 borc alınmış pulu öz şəxsi məqsədləri üçün istifadə etmədiyindən müəssisənin borcu üçün məsuliyyət daşımalı deyildir. O, 10.05.2018-ci il tarixdən “xxxx” MMC direktoru vəzifəsindən azad edildiyi üçün həmin müəssisənin öhdəlikləri üçün məsuliyyət daşımadığından ona qarşı yönəlmiş tələb də təmin edilə bilməz. Ona görə də, apellyasiya məhkəməsi hesab etmişdir ki, borc yalnız cavabdeh “xxxx” MMC-dən tutulmalı, cavabdeh X4 qarşı olan tələb təmin olunmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-c u maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. - 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. - 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. İş materiallarında olan 24.01.2017-ci il tarixli aktın məzmunundan görünür ki, 24.01.2017-ci il tarixdə iddiaçı cavabdeh hüquqi şəxsə 20. 03.2017-ci il taridə qaytarmaq şərti ilə borc vermişdir. Həmin yazılı sənədin məzmunu Mülki Məcəllənin 739-cu maddəsinin tələblərinə cavab verdiyindən apellyasiya instansiya məhkəməsi haqlı olaraq həmin sənədi tərəflər arasında borc müqaviləsi kimi qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh hüquqi şəxs iddiaçı ilə arasında bağlanmış sadə yazılı müqavilə üzrə öhdəliyini lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də, tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəlik icra edilməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhd əliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlid ir. Cavabdeh kassasiya şikayətində kassa məxaric orderinə əsasən iddiaçıya borclu olduğu məbləği ödədiyini və şahid X6 da izahatında bunu təsdiq etdiyini qeyd etsə də, bu hal iş materialları və istinad edilən kassa mədaxil orderinin qeyri-mötəbərliyi barədə ekspert rəyləri ilə təkzib olunur. Şahid qismində dindirilmiş X6 ifadəsinə də apellyasiya məhkəməsi tərəfindən verilmiş qiymətlə məhkəmə kollegiyası razılaşır. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və eti razlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqi q edilir və digər sübutlarla birgə qiymətləndirilir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçinin şahid yalnız ona məlum olan məlumatları və halları məhkəməyə bildirir. Şahid ifadəsində qeyd edilən borcun cavabde h tərəfindən iddiaçıya qaytarılmasına şahidlik edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətinin sübutların qiymətləndirilməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə kassa mədaxil orderinin kserosurətindəki imzanın iddiaçıya məxsus olub-olmaması dəqiqliklə müəyyən edilməsə də, sənədlərin texniki ekspertizasının rəyi ilə kassa məxaric orderinin reproqrafik nüsxələrində olan “İmza” çap mətninin qarşısında olan imzanın təsvirinin başqa sənəddən köçürülərək həmin hissəyə montaj edilərək əlavə edildiyi müəyyən edilmişdir. Bu isə həmin sənədin kserosurətindəki imzanın iddiaçıya məxsus olduğu halda belə, həmin imzanın bu sənədə birbaşa iddiaçı tərəfindən çəkilmədiyini, başqa sənəddən montaj edilərək götürüldüyünü təsdiq edir. Belə olan halda isə, həmin order mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin şahid ifadəsinin düzgün yazılmaması və bu əsasla protokola dair cavabdeh tərəfindən qeyd verilməsi iş materialları ilə müəyyən edilməmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlm iş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri də əsassız hesab edir. Kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhk əmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” MMC-nin direktoru X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.04.2019-cu il tarixli 2(107)-120/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6493/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6493/2019
14.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver