Məhkəmə qərarları › İş №2(102)-65/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-65/2022

10.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-65/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X9 qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddia tələbinin əsasının sübut edilməməsi 10.02.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, cavabdeh X7 və vəkili Vəkil3 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1090/2021 nömrəli iş üzrə 23 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 10 fevral 2022-ci il tarixdə Ali Məhkə mənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, İddiaçı ilə X13 05.06.2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Bu nikahdan onların 19.07.2008-ci il təvəllüdlü X adlı uşaqları anadan olmuşdur. Sonradan aralarındakı münasibət pozulmuşdur.

2. Sumqayıt Şəhər Məhkəməsinin 25.11.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ilə X13 arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində 05.06.2007-ci il tarixdə bağlanmış, 427 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş 19.07.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər anası X7 yanında qalması və 19.07.2008-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 140 ma nat miqdarında alimentin İddiaçı tutularaq X9 verilməsi qət edilmişdir.

3. Həmçinin iş materiallarından görünür ki, ünvan 1 ünvanda yerləşən 3 nömrəli mənzil ünvan 22.2013-cü il tarixli, 4Ə/1025 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X12 (cavabdehin qardaşı) adına qeydiyyata alınaraq 18.12.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 3 saylı notariat kontorunun təsdiq etdiyi 26.12.2013-cü il tarixli, 4Ə-1079 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsi əsasında bu mənzil X4 adına qeydiyyata alınmış və 30.12.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 3 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 12.01.2020-ci il tarixli, 4Ə-11 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında həmin mənzil X8 adına qeydiyyata alınmış və 15.01.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Məhz bu alqı-satqı əməliyyatından sonra "xxxx" ASC vasitəsilə X10 (iddiaçının qaynı) tərəfindən X7 hesabına 17.02.2020 və 18.02.2020-ci il tarixində 1000 manat və 23000 manat olmaqla, cəmi 24000 manat pul köçürülmüşdür. X isə 23000 manat vəsaiti yaşayış sahəsi əldə etmək məqsədilə atası X14 vermiş, o isə "xxxx" ASC-dən 10000 manat kredit götürmüş, 19 fevral 2020-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsilə 33000 manata xxx evi almışdır. Hazırda cavabdeh azyaşlı uşağı ilə bu evdə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddi a ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 24000 (iyirmi dörd min) manat məbləğində borcun və 30 (otuz) manat dövlət rüsumunun alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır. Belə ki, onların aralarında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli 2(060)-7026/2019 saylı qətnaməsinə əsasən ləğv edilmişdir. Cavabdeh 2020-ci ilin fevral ayında ona müraciət edərək təcili olaraq 24000 (iyirmi dörd min) manat məbləğində pul lazım olduğunu və həmin pulu ən geci 3 ay müddətində qaytaracağını bildirmiş və iddiaçı da cavabdehə inanaraq cavabdehin dediyi məbləğdə pulu tanışı X6 verməklə cavabdehə "xxxx" ASC vasitəsi ilə 12.02.2020-ci il tarixdə göndərmişdir. Lakin cavabdeh həmin pulu alsa da, sonradan pulu iddiaçıya qaytarmamış və iddiaçı pulu cavabdehdən tələb etdikdə, cavabdeh pulu qaytarmaq əvəzinə məhkəmədə iddiaçıya qarşı “aliment məbləğinin artırılması barədə iddia qaldırmışdır.

6. Sumqayıt Şəhər Məhkəməsinin (hakim R.Qoşqarlı) 18 noyabr 2020-ci il tarixli, 2(060)-5118/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X5 24000 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir.

8. Cavabdehin hesabına X tərəfindən ödənilən pul X tapşırığına əsasən həyata keçirilib. Bu halı məhkəmədə şahid qismində X öz izahatında təsdiq etmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 777, 1096, 1097, 1108, 1115-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 106, 217, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1090/2021 nömrəli iş üzrə 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) apelyasiya şikayəti təmin edilmiş, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(060)- 5118/2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı cavabdeh X9 qarşı 24000 manat məbləğində pul tələbinə dair iddiasının təmin olunmaması, iddiaçının iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun onun özünə aid olunması, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumunun əvəzinin İddiaçı tutularaq cavabdeh X9 qaytarılması qət edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı keçmiş arvadına onun xahişi ilə 24000 manat borc verdiyini iddia etsə də bunu əsaslandıra bilməmişdir. Nikahlarına xitam verildikdən 3 ay keşməmiş keçmiş arvadının xahişi ilə ona 24000 manat borc pul verməsi barədə iddiaçının dedikləri heç bir ağlabatan mühakiməyə sığışmır.

13. Digər tərəfdən, tərəflər arasında borcla bağlı hər hansı yazılı müqavilə mövcud deyil. Halbuki, Mülki Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

14. Məhkəmə kollegiyası iş üzrə cavabdehin dəlillərini daha ağlabatan və inandırıcı hesab etmişdir. Belə ki, həmin dəlillər işin faktiki hallarına daha uyğundur.

15. İşin tədqiq olunan faktiki hallarından görünür ki, iddiaçı ilə cavabdeh əvvəllər nikahda olmuş, bu nikahdan onların X adlı uşaqları olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7026/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qətnaməsi ilə aralarındakı nikahın pozulması, birgə nikahdan olan 19 iyul 2008-ci il t əvəllüdlü X2 onun yanında qalması müəyyən olunmuşdur. Cavabdehin dediyinə görə tərəflər nikahda olarkən iddiaçının atası mərhum X öz mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 3 nömrəli mənzilin satışından əldə edilmiş məbləğdən müəyyən hissəsini yaşayış sahəsi əldə etmək məqsədilə cavabdehə verilməsini bildirmişdir. İş materiallarından da görünür ki, qeyd edilən mənzil ünvan 22.2013-cü il tarixli, 4Ə/1025 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X12 (cavabdehin qardaşı) adına qeydiyyata alınaraq 18.12.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 3 saylı notariat kontorunun təsdiq etdiyi 26.12.2013-cü il tarixli, 4Ə-1079 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsi əsasında bu mənzil X4 adına qeydiyyata alınmış və 30. 12.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 3 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 12.01.2020-ci il tarixli, 4Ə-11 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında həmin mənzil X8 adına qeydiyyata alınmış və 15.01.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Məhz bu alqı-satqı əməliyyatından sonra "xxxx" ASC vasitəsilə X10 (iddiaçının qaynı) tərəfindən X7 hesabına 17.02.2020 və 18.02.2020-ci il tarixində 1000 manat və 23000 manat olmaqla, cəmi 24000 manat pul köçürülmüşdür. X isə 23000 manat vəsaiti yaşayış sahəsi əldə etmək məqsədilə atası X14 vermiş, o isə "xxxx" ASC-dən 10000 manat kredit götürmüş, 19 fevral 2020-ci il tarixli alqı-satqı və ipoteka m üqaviləsilə 33000 manata xxx evi almışdır. Hazırda cavabdeh azyaşlı uşağı ilə bu evdə yaşayır. Göründüyü kimi tarixlər arasındakı uyğunluq cavabdehin dəlillərini təsdiq edir.

16. Beləliklə də, iş materialları ilə cavabdeh X İddiaçı 24000 manat məbləğində maddi zərər yetirməsi və ya borc alması öz təsdiqini tapmır. Birinci instansiya məhkəməsinin 12 fevral 2020-ci il tarixli qəbzə istinad etməklə iddianı təmin etməsi tamamilə əsassızdır, çünki yuxarıda da qeyd edildiyi kimi, qəbzlə verilmiş pul vəsaiti borc kimi deyil, iddiaçının atası, cavabdehin qaynatasının tapşırığının həyata keçirilməsi (cavabdehə və azyaşlı uşağa yaşayış sahəsinin alınması) məqsədilə verilmişdir.

17. Yeni alınmış evin cavabdehin adına deyil, onun atasının adına rəsmiləşdirilməsi məsələsini isə məhkəmə iclasında X belə izah etdi ki, onun əmək haqqı aşağı olduğu üçün bu evin alınmasına çatmayan 10000 manat pulun bankdan kredit götürülməsinə atasının məvacibi kifayət etdiyindən alqı-satqı, kredit və ipoteka ilə bağlı bütün rəsmiləşdirmə də atasının adına aparılmışdır. Kredit öhdəliyi başa çatdıqdan sonra həmin ev onun adına rəsmiləşdiriləcəkdir.

18. Məhkəmə kollegiyası cavabdehin izahatını məqbul hesab etmişdir. İş materiallarındakı sənədlərlə aparılmış əməliyyatların zaman baxımından bir-birini tamamlaması cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin inandırıcı olmasını şərtləndirir.

19. Məhkəmə kollegiyası sadalanan bu hallara əsalanaraq və işin faktiki hallarını nəzərə alaraq hesab etmişdir ki, 24000 manat pulun X tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuzdur. 2

0. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki halda, iddiaçının bank vasitəsilə ödəniş qəbzinin olması faktından, yəni hüquqdan sui-istifadə etməsi cavabdeh X güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın d əlilləri

23. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Cavabdeh və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

25. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

26. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

27. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

30. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. (maddə 560.3.4)

31. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)

32. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (maddə 740.1)

33. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (maddə 740.2) Mülki Prossesual Məcəllə

34. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

35. Hər bir tərəf öz tələblərinin və etirazl arının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

36. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

37. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

38. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

39. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlill ər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1090/2021 nömrəli iş üzrə 23 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar