Məhkəmə qərarları › İş №2(102)-650/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-650/2025

13.03.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-650/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-650/2025 (Açar sözlər: maneələrin aradan qaldırılması; öhdəliklərin icra edilməsi) 13.03.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2066/2024 nömrəli, 31 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəm ənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Xanlar (indiki Göygöl) rayon X12 İcraiyyə Komitəsinin 25 fevral 1991-ci il tarixli 05 saylı protokolunun Arxiv çıxarışından görünür ki, Xanlar şəhərinin 10-cu və 11-ci məhəllələrində tikilən fərdi yaşayış evləri ilə Gəncə-Hacıkənd asfald yolunun arasında olan 19,56 hektar torpaq sahəsi həyətyanı məqsədi üçün ayrılmışdır.

2. Göygöl rayonu Dövlət Arxivinin 22 fevral 2021-ci il tarixli 33 saylı Arxiv arayışından görünür ki, Xanlar (indiki Göygöl) rayon X12 İcariyyə Komitəsinin 25 fevral 1991-ci il tarixli 05 saylı qərarı əsasında X4 fərdi yaşayış evi tikilməsi üçün 0,06 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. 3. 22 avqust 2019-cu il tarixli, 2V-1213 nömrəli “qanun üzrə vərəsəlik şəhadətnamə”sində n görünür ki, 02 sentyabr 2014-cü il tarixdə ölmüş X3 miras əmlakdan arvadı İddiaçı tam hissədə irs almışdır. Miras əmlak X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57,9 kvadrat metr olan 1 otaqlı mənzildir.

4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, reyestr nömrəsi **********46-10301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 21 iyun 2013-ci il olan Çıxarışdan məlum olur ki, Cavabdeh mülkiyyətində ünvan 2 ünvanında, 0,06 hektar həyətyanı torpaq sahəsi və fərdi yaşayş evi vardır. 5. “Torpağın mülkiyyət hüququna dair” JN-0067 (Kod:5********) nömrəli Dövlət Aktından məlum olur ki, Xanlar Aqrar-İslahat Komissiyasının 01 avqust 2003-cü il tarixli, 08 saylı qərarı ilə, Cavabdeh mülkiyyətinə kənd təsərrüfat ı məhsulları istehsalı üçün0,43 hektar torpaq sahəsi verilmişdir.

6. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin İddiaçı ünvanladığı 25 may 2023-cü il tarixli məktubundan məlum olur ki, həyətyanı torpaq sahəsi üzərində mübahisə olmasına və müayinə, baxış aparılmasəna şərait yaradılmamasına görə, İddiaçı ərizəsinin icra edilməsindən imtina edilmişdir.

7. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-736/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyesytri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsinə çıxarışın verilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı “Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair” iddia qaldıraraq, Cavabdeh tərəfindən Xanlar (indiki Göygöl) rayon X12 İcariyyə Komitəsinin 26 fevral 1991-ci il tarixli qərarı ilə mərhun X2na fərdi yaşayış evi tikilməsi üçün ünvan 4 ünvanında ayrılmış 0,06 hektar həyətyanı torpaq sahəsinin adlarına rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarına yaradılan süni maneələrin aradan qaldırılması ba rədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xanlar (indiki Göygöl) rayon X12 İcariyyə Komitəsinin 25 fevral 1991-ci il tarixli qərarı ilə İddiaçı mərhun X2na fərdi yaşayış evi tikilməsi üçün ünvan 4 ünvanında 0,06 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin 06 hektar həyətyanı torpaq sahəsinə səhv olaraq X8 adına “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1213A nömrəli şəhadətnamə verilmiş, X2nun iddia tələbinə əsasən Göygöl Rayon Məhkəməsin 2(066)-152/2011 saylı, 10 may 2011-ci il tarixli qaətnaməsinə əsasən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1213A nömrəli şəhadətnamə ləğv edilmişdir. X2 02 sentyabr 2014-cü il tarixdə ölmüşdür. Bundan sonra o, ərinin 1-ci növbəli vərəsəsi olaraq 22 avqust 2019-cu il tarixdə qanun üzrə vərəsəlik h aqqında şəhadətnaməsi də almışdır. Həmin şəhadətnamə üzrə əri X1 miras qalmış ünvan 5 ünvanda yerləşən evə də onun mülkiyyət hüququ da tanınmışdır. O, əri X1 miras qalmış ünvan 4 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsini adına rəsmiləşdirilməsi üçün ərizə ilə müraciət etmiş olsa da, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 25 may 2023-cü il tarixli məktubundan məlum olur ki, həyətyanı torpaq sahəsi üzərində mübahisə olmasına və müayinə, baxış aparılmasəna şərait yaradılmamasına görə ərizəsinin icra edilməsindən imtina edilmişdir.

10. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 izahat verərk bildi rmişdir ki, cavabdeh iddianı qəbul etmir. Belə ki, cavabdeh tərəfindən qarşı tərəfə heç bir maneəçilik yaradılmamışdır. Cavabdeh mülkiyyətində ünvan 2 ünvanında 0,06 hektar həyətyanı torpaq sahəsi və fərdi yaşayş evi vardır.

11. Məhkəmənin 6 noyabr 2023-cü il tarixli 2(066)-1250/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış 29 yanvar və 29 aprel 2024-cü il tarixli məlumata əsasən müvafiq mütəxəssis rəyinin ekspertiza mərkəzinə təqdim olunmadığı səbəbindən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.

12. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-49/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən Mübariz Məmmədov) iddia tələbi t əmin edilmiş, Cavabdeh tərəfindən Xanlar (indiki Göygöl) rayon X12 İcariyyə Komitəsinin 25 fevral 1991-ci il tarixli qərarı ilə İddiaçı mərhun X2na fərdi yaşayış evi tikilməsi üçün ayrılmış, ünvan 4 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinin ölçülməsinə edilən süni maneələrin aradan qaldırılması qət edilmişdir

13. Məhkəmə müəyyən etmişdir ki, Xanlar (indiki Göygöl) rayon X12 İcariyyə Komitəsinin 25 fevral 1991-ci il tarixli qərarı ilə İddiaçı mərhum X2na fərdi yaşayış evi tikilməsi üçün ünvan 4 ünvanında 0,06 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. İddiaçı X2 ölmüş və iddiaçı vərəsə kimi həmin torpaq sahəsini sənədləşdirmək istəsə də Cavabdeh tərəfindən 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarına müəyyən ölcü işləri aparılmasına maneələr yaradılmışdır.

14. İşin faktiki hallarına istinad edən məhkəmə qeyd etmişdir ki, hazırda torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinə görə iddiaçı və cavabdeh arasında mübahisə yaranmış, iş üzrə cavabdeh olan cavabdeh torpaq sahəsinin ölçülməsi üçün mübahisə predmeti olan torpaq sahəsinə gəlmiş 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarının işinə maneçilik yaratmış və müvafiq sənədləşmənin həyata keçirilməsini mümkünsüz etmişdir.

15. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu; Mülki Məcəllənin 139.1, 139-1.1.1, 157.2, 178.1-ci; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4 və 218.3-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsi nin xx.xx.2024-cü il tarixli, 2(066)-49/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi obyektiv araşdırmamış, Daşınmaz Əmlakın Kadastrı və Reyestri Poblik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarını məhkəməyə dəvət edilməmiş, onlara süni mane törədən şəxsi müəyyən edilməmişdir. Çünki o, heç kəsə süni maneə törətməmişdir. Belə olan halda qətnamə icra olunacağı təqdirdə maneənin başqa şəxs tərəfindən törədilməsi müəyyən olunduğu təqdirdə qətnamənin icrası mümkünsüz olacaqdır. İddiaçı onun tərəfindən maneə törədilməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Bundan başqa İddiaçı torpaq sahəsinin ona məxsus olması barədə məhkəməyə hər hans ı sübut təqdim etməmişdir.

18. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2066/2024 nömrəli, 31 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X13 oğlunun sədrliyi və məruzəsi, hakimlər X9 və X6 ibarət tərkibdə,) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

19. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarından aydın olur ki, Xanlar (indiki Göygöl) rayon X12 İcariyyə Komitəsinin 25 fevral 1991-ci il tarixli qərarı ilə İddiaçı mərhun X2na fərdi yaşayış evi tikilməsi üçün ünvan 4 ünvanında 0,06 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin 06 hektar həyətyanı torpaq sahəsinə səhv olaraq X8 adına “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1213A nömrəli şəhadətnamə verilmiş, X2nun iddia tələbinə əsasən, Göygöl Rayon Məhkəməsin 2(066)-152/2011 saylı, 10 may 2011-ci il tarixli qətnaməsinə əsasən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1213A nömrəli şəhadətnamə ləğv edilmişdir. X2 02 sentyabr 2014-cü il tarixdə ölmüşdür. Bundan sonra o, ərinin 1-ci növbəli vərəsəsi olaraq, 22 avqust 2019-cu il tarixdə qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsi almışdır. Həmin şəhadətnamə üzrə əri X1 miras qalmış ünvan 5 ünvanda yerləşən evə onun mülkiyyət hüququ tanınmışdır. Hazırda iddiaçı mübahisəli torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd almaq məqsədilə DƏDRX–nin 3 saylı Ərazi İdarəsinə müraciət etsə də, lakin cavabdeh həmin idarənin əməkdaşlarına ölçmə işləri aparmağa imkan verməmiş, nəticədə daşınmaz əmlakın dövlət reyestrini aparan orqan iddiaçının müraciətini həyata keçirməkdən imtina etmişdir.

20. Göründüyü kimi, iddiaçı vərəsə kimi torpaq sahəsini sənədləşdirmək istəsə də, Cavabdeh tərəfindən 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarına müəyyən ölçü işləri aparılmasına maneələr yaradılmışdır.

21. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin onun tərəfindən heç kəsə süni maneə törətməməsi, belə olan halda qətnamə icra olunacağı təqdirdə maneənin başqa şəxs tərəfindən törədilməsi müəyyən olunduğu təqdirdə qətnamənin icrasının mümkünsüz olacağına dair dəlilləri əsassız olmaqla, qətnamənin ləğv edilməsinə hüquqi əsas vermir.

22. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4, Azərbaycan Respublik asının Mülki Prossesual Məcəllənin 384 və 385-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Qətnamədən cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, 2(104)-2066/2024 saylı qətnaməsini tamamilə ləğv edib, işin yenidən baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə Mülki Məcəllənin 139.1.1.-ci maddəsinə istinad etsədə, iddia tələbinin həmin maddə ilə heç bir əlaqəsi yoxdur. İddia tələbində qeydiyyata götürülmə ilə bağlı hər hansısa tələb olmamasına baxmayaraq işə baxan məhkəmə iddianın mahiyyətindən kənara çıxmışdır. Materiallarına nəzər saldıqda tam müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi İddiaçı və yaxud onun mərhum X2nun mülkiyyətində deyildir və onlara məxsus olmamışdır. Belə olan halda mülkiyyətində olmayan daşınmaz əmlakı geri tələb etmək və yaxud sahibliyindən geri istəməklə bağlı tələbin təmin edilməsində hakim haqlı olmamışdır. Belə ki, həmin torpaq sahəsi X8 mülkiyyətində olmaqla onun adına JN-1213A saylı şəhadətnamə mövcüdur. Maraqlısı odur ki, işə baxan hakim mülkiyyət hüququnun qorunmasına istinad etsə də, torpaq sahəsinin İddiaçı mülkiyyətində olması qənaətinə necə gəlmişdir?

25. İşə baxan məhkəmə iş üzrə qətnamə qəbul edərkən Mülki Məcəllənin 178.1-ci maddəsinə istinad etmişdir. Həmin maddənin disposiyasında göstərilmişdir ki, Daşınma z əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Göründüyü kimi, işə baxan hakim həmin maddi hüquq normasına istinad etsədə, maddi hüquq normasında acıq aşkar göstərlimişdir ki, mülkiyyət hüququ qeydiyyatdan keçdikdən sonra yaranır. İddiaçının iddiasında göstərilmişdir ki, onun iddia etdiyi torpaq sahəsi qeydiyyatdan keçməmiş və onların mülkiyyətində deyildir. Belə olan halda hakim torpaq sahəsinin mülkiyyətçi kimi, iddiaçını hesab etməsi məsələsi absurd məsələdir.

26. İşə baxan hakim çəkişmə prinsipini pozmuş, ekspertiza təyin etməyərək, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair hüquqlarının olub-olmamasını araşdırmamışdır.

27. Mübahisəsi gedən ünvan 4 ünvanında yerləşən 0.06 ha t orpaq sahəsi Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylıGəncə İdarəsinin əməkdaşları tərəfindən ölçüm işləri görülərkən iş üzrə Cavabdeh həmin ünvanda yerləşən torpaq sahəsinə gələrək onların işinə maneələr yaratmış, ona görədə Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylıGəncə İdarəsi sənədləşmə işindən imtina etmişdir. İddiaçı Cavabdeh tərəfindən maneə törətməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa İddiaçı torpaq sahəsinin ona məxsus olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

28. Hakim guya məhkəmə iclasında müəyyən etmişdir ki, mübahisəsi gedən ünvan 4 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylıGəncə İdarəsinin əməkdaşları tərəfindən ölç üm işləri görülərkən iş üzrə Cavabdeh həmin ünvanda yerləşən torpaq sahəsinə gələrək onların işinə maneələr yaratmış, ona görədə Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə İdarəsi sənədləşmə işindən imtina etmişdir. Qətnamədə maneənin cavabdeh tərəfindən törədilməsi göstərilsədə, məhkəmə iclas zalında və yaxud hər hansı sübuta əsasən cavabdeh tərəfindən maneənin törədilməsi barədə sübut olmamışdır.

29. Gəncə Apellyasiya Məhkəməsi işə baxarkən qətnamədə Göygöl rayon Məhkəməsinin 2(066)-152/2011 saylı, 10 may 2011-ci il tarixli qətnaməsinə əsasən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1213A nömrəli şəhadətnamənin ləğv edilməsini əsas tutmuşdur. Halbuki həmin qətnamədən apelyasiya şikayəti verilmiş və həmin qətnamə Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü i l tarixli, 2(104)-2063/2024 saylı qərardadı ilə tamamilə ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir. Belə olan halda məhkəmənin istinad etdiyi qətnamənin ləğv edilməsi ilə şəxsin subyektiv hüququ itmişdir. Hal-hazırda həmin torpaq sahəsinin mülkiyyətçisi JN-1213A nömrəli şəhadətnaməli 0.06 ha torpaq sahibi X10r. Mülkiyyətdə olan torpaq sahəsinə hüququ catmayan şəxs tərəfindən belə formada iddia qaldırması və həmin iddianın məhkəmə tərəfindən təmin edilməsi şəxsi mülkiyyət huququnun pozulması ilə nəticələnəcəkdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, o ndan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

32. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

33. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər

34. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

35. Maddə 157.1.. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

36. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məh rum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

37. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

38. Maddə 159.1.2 Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə m inmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

47. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əs asdır.

48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlə ndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Məhkəmə kollegiyası kassasiya şikayətinin Gəncə Apellyasiya Məhkəməsi işə baxarkən qətnamədə Göygöl rayon Məhkəməsinin 2(066)-152/2011 saylı, 10 may 2011-ci il tarixli qətnaməsinə əsasən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1213A nömrəli şəhadətnamənin ləğv edilməsinin əsas tutulduğu, halbuki həmin qətnamədən apelyasiya şikayəti verildiyi və həmin qətnamənin Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-2063/2024 saylı qərardadı ilə tamamilə ləğv edilərək, iş üzrə icraata xitam verildiyi, belə olan halda məhkəmənin istinad etdiyi qətnamənin ləğv edilməsi ilə şəxsin subyektiv hüququnun itdiyi barədə dəlili ilə əlaqədar bildirir ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Xanlar (indiki Göygöl) rayon X12 İcraiyyə Komitəsinin 25 fevral 1991-ci il tarixli qərarı ilə İddiaçı mərhum X2na fərdi yaşayış evi tikilməsi üçün ünvan 4 ünvanında 0,06 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. X2 02 sentyabr 2014-cü il tar ixdə ölmüşdür. Bundan sonra o, ərinin 1-ci növbəli vərəsəsi olaraq, 22 avqust 2019-cu il tarixdə qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsi almışdır. Həmin şəhadətnamə üzrə əri X1 miras qalmış ünvan 5 ünvanda yerləşən evə onun mülkiyyət hüququ tanınmışdır. Hazırda iddiaçı mübahisəli torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd almaq məqsədilə DƏDRX–nin 3 saylı Ərazi İdarəsinə müraciət etsə də, lakin cavabdeh həmin idarənin əməkdaşlarına ölçmə işləri aparmağa imkan verməmiş, nəticədə daşınmaz əmlakın dövlət reyestrini aparan orqan iddiaçının müraciətini həyata keçirməkdən imtina etmişdir.

53. Apellyasiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının subyektiv hüququ onun mərhum X2na fərdi yaşayış evi tikilməsi üçün ünvan 4 ünvanında 0,06 hektar həyətyanı torpaq sahəsi ayrılması barədə Xanlar (indiki Göygöl) rayon X12 İcraiyyə Komitəsinin 25 fevral 1991-ci il tarixli qərarı və X2 02 sentyabr 2014-cü il tarixdə öldükdən sonra ərinin 1-ci növbəli vərəsəsi olaraq, 22 avqust 2019-cu il tarixdə aldığı qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən mövcud olmuşdur.

54. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində Göygöl Rayon Məhkəməsinin 2(066)-152/2011 saylı, 10 may 2011-ci il tarixli qətnaməsinin qeyd edilməsi, iddiaçının subyektiv hüququnun da həmin qətnamə əsasında yaranması demək deyil.

55. X4 fərdi yaşayış evi tikilməsi üçün ünvan 4 ünvanında 0,06 hektar həyətyanı torpaq sahəsi ayrılması barədə Xanlar (indiki Göygöl) rayon X12 İcraiyyə Komitəsinin 25 fevral 1991-ci il tarixli qərarı və iddiaçının mərhum ərinin 1-ci növbəli vər əsəsi olaraq, 22 avqust 2019-cu il tarixdə aldığı qanun üzrə vərəsəlik haqqında şəhadətnamə qüvvədədir. Ona görə də iddiaçının göstərilən torpaq sahəsinin adlarına rəsmiləşdirilməsinə yaradılan maneələrin aradan qaldırılması barədə iddia qaldırmağa subyektiv hüququ vardır.Yəni, apellyasiya məhkəməsi iddiaçının subyektiv hüququnun mövcudluğuna münasibətdə maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

56. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Cavabdeh, iddiaçının barəsində iddia verdiyi ünvan 4 ünvanındakı torpaq sahəsi ilə hüquqi bağlılığı məhkəmələr tərəfindən hazırkı iş üzrə müəyyən edilməmiş, cavabdeh buna dair məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Məhkəmələr tərəfindən ünvan 2 ünvanında olan 0,06 ha torpaq sahəsinin və fərdi yaşayış evinin Cavabdeh mül kiyyətində olduğu müəyyən edilmişdir.

57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri q ətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

59. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya məhkəməsi tərəfindən yeni sübutlar qəbul edilmir və onlara hüquqi qiymət verilmir.

60. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2024-cü il tarixli 2(104)-2066/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar