Məhkəmə qərarları › İş №2(102)-6509/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6509/2019

10.12.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6509/2019 10.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, vəkili Vəkil, Cavabdeh və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 may 2019-cu il tarixli, 2(106)1339/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Beyləqan rayon məhkəməsinin 08 dekabr 2017-ci il tarixli, 2(020)-1813/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim N.İ.Əliy ev) İddiaçı Cavabdeh qarşı “evə köçürülməklə istifadə hüququnun verilməsi və evin kommunal xidmətindən istifadə qaydalarının müəyyən edilməsi” barədə iddiası təmin edilərək, iddiaçının oğlu X3 ilə birlikdə Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yerləşən mənzildən istifadə hüququ verilməklə, həmin mənzilə köçürülmələri və mənzilin kommunal xidmətindən istifadə qaydalarının müəyyən edilməsi qət edilib. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2018-ci il tarixli, 2(106)-2150/2018 saylı qətnaməsi ilə (hakimlər İ.H.Əhmədov sədrlik edən, məruzəçi, K.H.Əkbərov və K.S.Bəşirov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Beyləqan rayon məhkəməsinin 08 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli, 2(102)-562/2019 saylı qərarı ilə (hakimlər Ə.G.Nurməmmədov sədrlik edən, məruzəçi, M.T.Əhmədova və Ə.M.Rüstəmov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 may 2019-cu il tarixli, 2(106)1339/2019 saylı qətnaməsi ilə (hakimlər Z.A.Zeynalov sədrlik edən, məruzəçi, M.K.Həsənov və İ.Q.Əsədov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Beyləqan rayon məhkəməsinin 08 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilib, iddia ərizəsi rədd edilib. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı “mənzilə köçürülməklə istifadə hüququnun verilməsi və mənzilin kommunal xidmətindən istifadə qaydalarının müəyyən edilməsi” barədə iddia qaldırıb və tələbini onunla əsaslandırıb ki, cavabdehin oğlu X4 ilə 30 dekabr 1992-ci ildə rəsmi nikah əsasında ailə qurub və sonuncunun yaşadığı Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yerləşən mənzilə gəlin köçüb və həmin mənzilə daimi pasport qeydiyyatına alınıb. X3la birgə nikahdan bir uşaqları doğulub. Bir müddət sonra cavabdehin təhriki ilə müxtəlif ünvanlarda kirayədə yaşayıblar. X9 kirayədə yaşadıqları evdə 01 avqust 2016-cı il tarixdə vəfat edib və sonuncunun yas mərasimləri də kirayədə yaşadıqları evdə keçirilib. Hazırda oğlu X ilə mübahis əli mənzildə qeydiyyatdadır. Lakin həmin mənzildə onların yaşamalarına cavabdeh imkan vermir. Özünün və oğlu Xnin yaşamağa digər evləri yoxdur. Halbuki, mübahisəli mənzil bütün şəraitə malik olmaqla yaşayış üçün tam yararlıdır. Ozünün və oğlu Xnin ailə üzvü olmaqla həmin mənzildən istifadə hüquqları vardır. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh və vəkili X1 məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələbləri ni düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsini rədd edərkən, iddiaçının cavabdehin oğlu X4 ilə rəsmi nikah əsasında ailə qurmasına, sonuncunun yaşadığı mübahisəli mənzilə gəlin köçməsinə, həmin mənzilə daimi pasport qeydiyyatına alınmasına, sonradan iddiaçının X9la müxtəlif ünvanlarda kirayədə yaşamasına, hətta sonuncunun kiray ədə yaşadıqları evdə vəfat etməsinə, iddiaçının son 23 il müddət ərizində mübahisəli mənzildə yaşamamasına, həmin mənzilin mülkiyyətçisi olan cavabdehlə birgə yaşayıb ümumi təsərrüfatı birgə idarə etməməsinə və hazırki iddia tələbləri ilə məhkəməyə müraciət edənədək onun qanunla müəyyən edilmiş ümumi iddia müddətini ötürməsinə və beləliklə də iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 123-cü maddələrinin, həmçinin Mülki Məcəllənin 73, 77-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və hüquqi əsaslandır ma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı, cavabdehin oğlu X4 ilə 30 dekabr 1992-ci il tarixdə rəsmi nikah əsasında ailə qurub və sonuncunun yaşadığı Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yerləşən mənzilə gəlin köçüb və həmin mənzilə daimi pasport qeydiyyatına alınıb. X1la iddiaçının birgə nikahdan 15 mart 1995-ci il tarixdə X2 adlı bir uşaqları doğulub. Bir müddət sonr a iddiaçı X9la müxtəlif ünvanlarda kirayədə yaşayıblar və 01 avqust 2016-cı ildə X3 kirayədə yaşadıqları evdə ölüb və hətta sonuncunun yas mərasimləri kirayədə yaşadıqları evdə verilib. Daha sonra işdən görünür ki, Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yerləşən, 3 saylı evin 6-cı mənzili 2000-ci ilin noyabr ayından mülkiyyət hüqüqu üzrə cavabdehin adına qeydə alınıb, iddiaçı isə, 1992-ci ildən həmin mənzildə yaşamır və mənzildə hər hansı əmlakı yoxdur. Qeyd olunan halları iddiaçı özü də iddia ərizəsində, izahatında, kassasiya şikayətində inkar etməmişdir. İşdən görünür ki, iddiaçı, hazırki iddia ərizəsi ilə məhkəməyə yalnız 13 iyun 2017-ci il tarixdə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, iş ə əlavə edilmiş sübutları tədqiq edib düzgün olaraq qeyd etmişdir ki, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsi maddi hüquq normalarıının tələblərini pozaraq, iş üzrə düzgün olmayan nətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini təmin edərkən hüquqi mövqeyini mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinin tələbləri ilə əsaslandırmağa çalışsa da, iddiaçının həmin maddələrin tələblərinə uyğun olaraq cavabdehin ailə üzvü kimi mübahisəli mənzildə onunla birgə yaşayıb ümumi təsərrüfat aparmamasını nəzərə almamışdır. Halbuki, həmin maddələrin mənasına görə, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi t əsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar (yəni mülkiyyətçinin arvadı (əri), uşaqları və valideynləri, habelə mülkiyyətçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər). Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz yetkinlik yaşına çatmayan uşaqlarını köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin köçürülməsinə yalnızmülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib düzgün olaraq qeyd etmişdir ki, iddiaçı, cavabdehin ailə üzvləri sırasına aid olmayıb və digər şəxslər sırasına aid olmaqla onun mübahisəli mənzildə cavabdehlə birlikdə yaşayıb, onunla ümumi təsərrüfat aparması isə mülki iş materilları ilə təsdiq olunmur. Əksinə, iddia ərizəsindən, iddiaçının özünün izahatından görünür ki, o, 1992ci ildə mübahisəli evdə az bir müddət yaşadıqdan sonra X9la kirayəyə ev tuturaq oraya köçüb və son 23 il müddət ərzində mübahisəli mənzildə yaşamayıb, həmin mənzillə heç bir əlaqəsi olmayıb, hətta X9 kirayədə yaşadıqları evdə vəfat edib və sonuncunun yas mərasimləri də kirayədə yaşadıqla rı evdə verilib. Göründüyü kimi iddiaçının sadalanan maddələrin tələblərinə uyğun olaraq mübahisəli mənzildən istifadə hüququ əmələ gəlməmişdir və onun iddia ərizəsində mənzildən istifadə hüququnun tanınmasını tələb etməsi də qeyd olunan faktı təsdiq edir. Digər tərəfdən iddiaçının və oğlu Xnin sonradan mübahisəli mənzilə qeydiyyata alınmaları da, iddia ərizəsinin təmin edilməsi üçün əsas ola bilməz. Çünki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qununun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi və sair üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunverciliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticələrə səbəb ola bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayətinin dəllilərini müzakirə edib hesab edir ki, iddiaçının və oğlu Xnin mübahisəli mənzildə formal pasport qeydiyyatında qalmaları, onların mənzildə istifadə hüquqlarının olması anlamına gəlmir və bu hal, 23 ildən sonra onlara mənzildən istifadə hüququ verilməklə, mənzilə köçürülmələri üçün əsas ola bilməz. Yuxarıda qeyd olunduğu kimi digər şəxslərin mənzildən istifadə hüquqlarının əmələ gəlməsi üçün, onların mənzilə pasport qeydiyyatına alınmaları deyil, mənzilin sahibi ilə birgə yaşayıb ümumi təsərrüfat apa rmaları zəruri şərt kimi tələb olunur. Daha sonra apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Xyə münasibətdə də iddia tələbini təmin edərkən səhvə yol vermişdir. Belə ki, Xnin də mübahisəli mənzildə cavabdehlə birgə yaşayıb ümumi təsərrüfat aparması mülki iş materialları ilə təsdiq olunmur. Bundan başqa, X 15 mart 1995-ci ildə doğulmaqla yetkinlik yaşına çatdığı və məhkəməyə hər hansı bir iddia vermədiyi halda, birinci instansiya məhkəməsi Xyə münasibətdə də iddia tələbini təmin etmişdir. Cavabdeh tərəf birinci instansiya məhkəməsinə ərizə verərək ərizədə, 1992-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin 73-cü maddəsinə əsasən, ümumi iddia müddəti, hüququ pozulmuş şəxsin iddiası üzrə üç il olduğunu, Mülki Məcəllənin 77-ci maddəsinə əsasən iddia müddətinin tərəflərin bildirməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq olunmasını göstərərək, iddiaçının iddia tələblərinin iddia müddətinin keçməsi əsası ilə rədd edilməsini xahiş etmişdir Lakin, birinci instansiya məhkəməsi iddiaçının cavabdehin ailə üzvü olmamasına, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək iddiaçının iddia müddətini ötürməsinə dair cavabdehin dəlillərinə tam, hərtərəfli münasibət bildirməmişdir. Mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Mülki Məcəllənin 73-cü maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilmişdir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfind ən tətbiq olunur. Həmin Məcəllənin 82-ci maddəsində göstərilir ki, iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsini rədd etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, mənzildən qanuni əsaslarla istifadə hüququ əldə etməsəni və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsini n hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmamış və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tər əfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 may 2019-cu il tarixli, 2(106)-1339/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar