Məhkəmə qərarları › İş №2(102)-651/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-651/2021

11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-651/2021 11.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı LPO “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı LPO “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Abdıyev, iş № 2(001)-3706/2019) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 70 saylı kredit müqaviləsi üzrə 43.850 (qırx üç min səkkiz yüz əlli) manat məbləğində əsas, kredit müqaviləsi üzrə kredit müddəti bitdiyi, yəni xx.xx.2016-cı il tarixədək hesablanmış 13.998,83 (on üç min doqquz yüz doxsan səkkiz manat, səksən üç qəpik) manat məbləğində faiz, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış 904,56 (doqquz yüz dörd manat, əlli altı qəpik) manat məbləğində faiz, cəmi 58.753,39 (əlli səkkiz min yeddi yüz əlli üç manat, otuz doqquz qəpik) manat məbləğində borcun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumun, ipoteka predmeti nə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu, 20 (iyirmi) manat xidmət haqqının “xxxx” ASC-nin xeyrinə tutulması, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 89 nömrəli evin, 91 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlərin ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana Cavabdeh2 qaytarılması, hərraca çıxarılarkən ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 89 nömrəli evin, 91 saylı mənzilin ilkin satış qiyməti 135.000 (bir yüz otuz beş min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 89 nömrəli evin, 91 saylı mənzili açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 həmin əmlakdan çıxmazsa, onun məcburi qaydada çıxarılması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh2 ayrı ayrılıqda apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov-sədrlik edən və məruzəçi, İ.Şirinov və A.Tanrıverdiyev, iş № 2(103)-5212/20) iddiaçı LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Ba kı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Həmin kassasiya şikayətinə baxılması xx xxxxxx 2021-ci il tarixə təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli məktubla Ali Məhkəməyə müraciət edərək həmin mülki iş üzrə Cavabdeh2 tərəfindən kassasiya şikayəti verildiyini bildirmiş və həmin kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş in Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakiminin iddiaçı LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinin icraata qəbul olunması haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv olunmalı və həmin kassasiya şikayəti baxışdan çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunmasını, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsini müəyyən edərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apel lyasiya instansiyası məhkəməsinə qaytara bilər. Həmin Məcəllənin 403.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263.1, 264, 403.1, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)5212/20 saylı qətnaməsindən iddiaçı LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul olunması haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakiminin xx xxxxxxx 2020-ci il tarixli 2(102)6105/20 saylı qərardadı ləğv edilsin, həmin kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar