Məhkəmə qərarları › İş №2(102)-6511/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6511/2019

17.09.2019 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6511/2019 17.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun ibarət tərkibdə, X1 katibliyi ilə. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim: H.S.Mirzəliyev; 2(051)-369/2019) iddia tələbi təmi n edilməmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildə yaşamağa və mənzildən istifadə etməyə mane hərəkətlərə son qoyulması tələbinə dair iddiası rədd eilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2019-cu tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov (sədrlik edən və məruzəçi) M.A.Əsədli və İ.F.Quliyev; 2(107)-1701/2019) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Mingəçevir şəhər Məhkəməsinin 11 fevral 2019-cu il tаrixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddia tələbi təmin edilmiş, İddiaçı Mingəçevir şəhər,********** saylı fərdi yaşayış evində yaşamağa və mənzildən istifadə etməyə mane olan hərəkətlərə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən son qoyulması qət edilmişdir. İşin halları İddiaçı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Mingəçevir şəhərinin ********************** saylı evdən istifadə etməsinə və orada yaşamasına mane olmamaq vəzifəsinin Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhərinin ********************** saylı ev və onun yerləşdiyi torpaq sahəsi anası Cavabdeh1 və dayısı Cavabdeh2 mülkiyyətindədir. Özü uzun illər həmin evdə yaşamış və orada da qeydiyyatdadır. Lakin cavabdehlər onu sözügüdən mənzilə buraxmamışlar. Halbu ki, həmin evdə yaşamaq və istifadə hüququ vardır. Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı onun nəvəsidir.Mingəçevir şəhərinin ******************** saylı ev və onun yerləşdiyi torpaq sahəsi övladları Cavabdeh1 və Cavabdeh2 mülkiyyətindədir. Öz ü ovladları ilə birlikdə həmin mənzildə yaşayır. Nəvəsi İddiaçı iki övladı var.Lakin uşaqların birinə özü baxır. İddiaçı ilk vaxtlar onlarla birlikdə yaşamış, lakin evdən oğurlrq etdiyi üçün evdən qaçıb getmişdir. Sonuncu dəfə 2017-ci ildə evdən ona məxsus qızıl protez dişləri oğurlamış və Mingəçevir şəhərində satmışdır. O Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 8(səkkiz) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Onunla yaşamaq mümkün deyil çünki gələcəkdə onun tərəfindən yeni oğurluq hadisələrinin baş verə bilər. Ona görə iddianın rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin rədd edilməsi b arədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14, 77, 88, 217, 386,387, 389,390-cı maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin tələblərini, cavabdehlərin hüquq və mənafelərini pozan qətnamə çıxartmışdır. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikas ı MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halları n yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından o, cümlədən Mingəçevir şəhər MİS-nin 27 avqust 2018-ci il tarixli, 979 saylı arayışımdan görünür ki, İddiaçı Mingəçevir şəhəri ********************** saylı evdə qeydiyyatdadır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin ***************** ********* saylı fərdi yaşayış evi 18 oktyabr 2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 oğlunun adına qeydə alınmışdır. Çıxarışda Cavabdeh2 payı ümumi sahəsi 96.61 kv.metr olan “A” yaşayış evi, torpaq sahəsinin ½ hissəsi, Cavabdeh1 payı ümumi sahəsi 100.98 kv.metr olan “B” yaşayış evi, torpaq sahəsinin ½ hissəsi qeyd olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin ****************** saylı fərdi yaşayış evi 18 oktyabr 2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına qeydə alınmışdır. Çıxarışda Cavabdeh2 payı ümumi sahəsi 96.61 kv.metr olan “A” yaşayış evi, torpaq sahəsinin ½ hissəsi, Cavabdeh1 payı ümumi sahəsi 100.98 kv.metr olan “B” yaşayış evi, torpaq sahəsinin ½ hissəsi qeyd olunmuşdur. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Mingəçevir şəhərinin *********************** saylı ev və onun yerləşdiyi torpaq sahəsi iddiaçının anası Cavabdeh1 və dayısı Cavabdeh2 mülkiyyətindədir. İddiaçı uzun illər həmin evdə yaşamış və orada da qeydiyyatdadır. Lakin cavabdehlər onu sözügedən mənzilə buraxmırlar. Buna görə də Mingəçevir şəhərinin Ü.Hacıbəyov küçəsində yerləşən 19/3 saylı evdən istifadə etməsinə və orada yaşamasına mane olmamaq vəzifəsinin Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulması barədə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi h üquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, tərəflər arasında mübahisəli hüquq m ünasibətləri 2000-ci ildən əvvəl yarandığına görə mübahisə həmin zaman qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin ra zılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Apellyasiya instansiyası məhkməsi etmişdir ki, iddiaçı uzun illər həmin evdə yaşamış və orada da qeydiyyatdadır. Qanunvericiliyin tələbinə görə Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları tədqiq edərək haqlı olaraq nəticəyə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmamış, iddiaçının həmin evdə yaşamaq və istifadə hüququ vardır. Apellyasiya şikayəti təmin edilməli, iş üzrə Mingəçevir şəhər Məhkəməsinin 11 fevral 2019-cu il tаrixli, 2(051)-369/2019 saylıqətnаməsi ləğv ediləməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmadığından və maddi hüquq normaları pozulduğundan qətnaməni ləğv edilərək yuxarıda göstərilən qanuni və əsaslı qətnamə qəbul etmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq no rmaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 06 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar