Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6514/2018 08.10.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-6514/2018 şəhəri 08 oktyabr 2018-ci il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi, İddiaçı ASC-nin vəkili X3 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.05.2018-ci il tarixli 2(107)1224/2018 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay rayon Məhkəməsinin (hakim F.İbrahimov) 30.01.2018-ci il tarixli 2(046)146/2018 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qatarılması və tutmanın ipoteka predmeti olan avtomobilnə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 22.11.2013-cü il tarixli kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10.595.30 ABŞ dolları əsas kredit borcu, 37.48 ABŞ dolları faiz borcu, 71,60 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10.704.38 ABŞ dolları kredit borcu Azərbaycan manatına məzənnəsi və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, kredit borcunun bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan “Hyundai İX-35” markalı ** BX *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması nəticəsində əldə edilmiş məbləğdən Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcunun ödənilməsi, iş üzrə ekspertiza xərci olan 50 manat pulun Cavabdeh1ndаn alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Əsədli, Ə.Məcidov, İ.Quliyev) 17.05.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlər Cavabdeh1 və hüquqlarına toxunan şəxs Cavabdeh3 аpellyаsiyа şikayətləri qismən təmin edilmiş, iş üzrə Göyçay rayon Məhkəməsinin 30.01.2018-ci il tаrixli qətnaməsi qismən - “kredit borcunun bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan “Hyundai İX-35 ” markalı ***** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması nəticəsində əldə edilmiş məbləğdən Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcunun ödənilməsi” hissəsində ləğv edilmiş, ləğv edilmiş hissə üzrə yeni qətnamə çıxarılmış, kredit borcunun bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan “Hyundai İX-35” markalı ***** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması nəticəsində əldə edilmiş məbləğdən Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcunun ödənilməsi” hissəsində iddia tələbi rədd edilmişdir. Qətnamə - “İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 22.11.2013-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10.595,30 ABŞ dolları əsas kredit borc un, 37,48 ABŞ dolları faiz borcu, 71,60 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10.704,38 ABŞ dolları kredit borcunun Azərbaycan manatına məzənnəsi və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, iş üzrə ekspertiza xərci olan 50 manat pulun Cavabdeh1ndаn alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi” hissəsində dəyişiklik edilmədən saxlanılmışdır. İddiaçı ASC-nin nümayəndəsi X1 və vəkili X3 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.05.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmeti olan avtomobilnə yönəldilməsi” tələbinə dair iddia ə rizəsi ilə 05.07.2016-cı il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin ləğv olunması, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10.595,30 ABŞ dolları əsas kredit borcu, 778,56 ABŞ dolları faiz borcu, 271,60 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 11.645,46 ABŞ dolları kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin hesabına keçirilməsi, borcun ipoteka predmeti olan “Hyundai İX-35” markalı ***** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı ASC-nin nümayəndəsi X1 və vəkili X3 kassasiya şikayətini və ona əlavəni onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 22.11.2013-cü il tarixli ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilməməsinə əsaslanmaqla, müqavilənin etibarsız hesab edilməsi qənaətinə gələrkən səhvə yol vermiş, Mülki Məcəllənin və “İpoteka haqqında” Qanunun müvafiq maddələrini düzgün tətbiq etməmişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən ipoteka saxlayanın ipoteka predmeti üzərində ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması tarixindən əmələ gəlir. Yəni, girov və ipoteka münasibətləri üzrə ipoteka hüququnun mövcudluğu ipoteka müqaviləsinin bağlanması ilə deyil, dövlət qeydiyyatına alınması ilə müəyyən edilir. Həmçinin, “İpoteka haqqında” Qanunun 10.2-ci bəndində daşınmaz əşyalarla bağlı ipoteka müqaviləsinin mütləq qa ydada notarial formada təsdiq qeyd edilsə də, rəsmi reyestrdə qeydə alınan daşınar əşyalarla bağlı belə bir qeyd göstərilməmişdir. Hal-hazırda mübahisə predmeti olan ipoteka müqaviləsi rəsmi dövlət orqanı tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilmiş müqavilə kimi qəbul edilərək, rəsmi reyestrdə ipoteka müqaviləsinin dövlət qeydiyyatı həyata keçirilmişdir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən normalarını düzgün tətbiq etməyərək, maddi və prosessual normaların pozuntusuna yol verməklə, ipoteka müqaviləsinin etibarsızlığına dair qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.05.2018-ci il tarixli qətnaməsinin qismən - “kredit borcunun bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavab deh1 məxsus olan “Hyundai İX-35” markalı ***** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması nəticəsində əldə edilmiş məbləğdən Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcunun ödənilməsi” hissəsində ləğv edilməsini, bu hissədə iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçının nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, qətnamə hüquqlarına toxunan şəxs Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab e dir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin vəkili X3 kassasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qətnamə hüquqlarına toxunan şəxs Cavabdeh3 03.10.2018-ci il tarixdə məhkəməyə teleqram göndərərək kassasiya şikayətinə etiraz etdiyini bildirmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 17.05.2018-ci il tarixli qətnaməsi ilə iş üzrə Göyçay rayon Məhkəməsinin 30.01.2018-ci il tаrixli qətnaməsini qismən - “kredit borcunun bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan “Hyundai İX-35” markalı ***** dövlət nömrə n işanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması nəticəsində əldə edilmiş məbləğdən Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcunun ödənilməsi” hissəsində ləğv edərək, ləğv edilmiş hissə üzrə yeni qətnamə çıxarmaqla, kredit borcunun bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan “Hyundai İX-35” markalı ***** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması nəticəsində əldə edilmiş məbləğdən Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcunun ödənilməsi” hissəsində iddia tələbinin rədd edilməsi qənaətinə gələrkən səhvə yol vermiş, qanunvericiliyin tələbinə əsasən ipoteka saxlayanın ipoteka predmeti üzərində ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması tarixindən əmələ gəldiyini, yəni, girov və ipoteka münasibə tləri üzrə ipoteka hüququnun mövcudluğunun ipoteka müqaviləsinin bağlanması ilə deyil, dövlət qeydiyyatına alınması ilə müəyyən edilməsini, hazırda mübahisə predmeti olan ipoteka müqaviləsinin rəsmi dövlət orqanı tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilmiş müqavilə kimi qəbul edilərək, rəsmi reyestrdə ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınmasını nəzərə almamış, nəticədə bu hissədə düzgün olmayan qətnamə qəbul etməklə, iddiaçını əlverişsiz vəziyyətə salmışdır. Qətnamə - “İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 22.11.2013-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10.595,30 ABŞ dolları əsas kredit borcun, 37,48 ABŞ dolları faiz borcu, 71,60 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10.704,38 ABŞ dol ları kredit borcunun Azərbaycan manatına məzənnəsi və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, iş üzrə ekspertiza xərci olan 50 manat pulun Cavabdeh1ndаn alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməsi” hissəsində mübahisələndirilməmişdir. Bu səbəbdən kassasiya kollegiyası qətnamənin əsaslılığını və qanuniliyini yalnız mübahisələndirilən hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 22.11.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 17 faiz olmaqla 60 ay müddətinə 20.181 ABŞ dolları kredit verilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İddiaçı ASC ilə Cavabdeh1 arasında 22.11.2013-cü il tarixdə ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 mülkiyyətində olan “Hyundai İX-35” markalı ***** dövlət nömrə nişanlı avtomobili 22.11.2013-cü il tarixli kredit müqaviləsinin təminatı kimi ipot eka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığına əsasən 22.900 manat müəyyən edilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 22.11.2013-cü il tarixli kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında 22.11.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Mülki Məcəllənin 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. Mülki Məcəllənin 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. Mülki Məcəllənin 307.4-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəlik, onun məbləği, əmələ gəlməsi əsasları və icra müddəti göstərilməlidir. Bu öhdəliyin hansısa müqaviləyə əsaslandığı hallarda həmin müqavilənin tərəfləri, bağlandığı tarix və yer göstərilməlidir. Mülki Məcəllənin 309.1-cü maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Mülki Məcəllənin 309.2-cü maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır. “İpoteka haqqında” Qanunun 10-cu maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfi ndən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənməlidir. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. “İpoteka haqqında” Qanunun 11-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. İpoteka müqaviləs inin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, əsas öhdəliyin mahiyyəti, icra müddəti və ipoteka saxlayan barədə məlumat qeyd edilir. 23.11.2013-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2013-cü il buraxılışı olan “Hyundai İX 35” markalı ***** dövlət nömrə nişanlı avtomobil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ Yevlax RQİ və TBŞ tərəfindən verilmiş “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən” 23.11.2013-cü il tarixli AA seriyalı ******** nömrəli çıxarışdan görünür ki, ipoteka qoyan Cavabdeh1 aldığı kreditin qaytarılmasının təminatı kimi mülkiyyətində olan “Hyundai İX 35” markalı ***** dövlət qeydiyyat nişanlı minik avtomobili 23.11.2013-cü il tarixl i ipoteka müqaviləsinə əsasən İddiaçı ASC-nin Göyçay filialının qarşısında 22.11.2013-cü ildən 22.11.2018-ci il tarixədək ipoteka ilə yüklü edilməsi 23.11.2013-cü il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ Yevlax RQİ və TBŞ-də qeydiyyata alınmışdır. Göründüyü kimi, tərəflər arasında kredit, zaminlik və ipoteka müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı borcun ipoteka predmetinə tutma yönəldilməsini tələb etməkdə haqlıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmışdır, ipoteka müq aviləsi dövlət qeydiyyatına alındığı andan, yəni 23.11.2013-cü il tarixdən qüvvəyə minmişdir və icrası tərəfləri üçün məcburidir. İpoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Çünki, “İpoteka haqqında” Qanunun 10-cu maddəsində daşınmaz əşyanın ipotekası haqqında müqavilənin notariat qaydasında təsdiqlənməli olması imperativ norma kimi göstərilsə də, daşınar əşyanın ipotekası haqqında müqavilənin notariat qaydasında təsdiqlənməli olması barədə heç bir qeyd göstərilməmişdir. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bi r hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həy ata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə razılaşır və onları əsaslı hesab edərək qeyd edir ki, bu dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən -“kredit borcunun bank qarşısında ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi, avtomobilin açıq h ərracda satılması nəticəsində əldə edilmiş məbləğdən kredit borcunun ödənilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası MPM-in 417.2-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Göstəri lənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.05.2018-ci il tarixli 2(107)-1224/2018 nömrəli qətnaməsi qismən - “kredit borcunun bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan “Hyundai İX-35” markalı **** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması nəticəsində əldə edilmiş məbləğdən Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcunun ödənilməsi” hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi təmin edilsin. Cəmi 10.704.38 ABŞ dolları kredit borcu Azərbaycan manatına məzənnəsi və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması Cavabdeh1 məxsus olan ipoteka ilə yüklü edilmiş 2013-cü il buraxılışlı “Hyundai İX-35” markalı ***** dövlət nömrə nişanlı avtomobilə yönəldilsin. Avtomobilin açıq hərracda satılsın və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcu ödənilsin, artıq qalan vəsait Cavabdeh1 qaytarılsın. Avtomobilin ilkin satış qiyməti 22.900 (iyirmi iki min doqquz yüz) manat müəyyən edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-6514/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-6514/2018
08.10.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver