Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6529/2019 14.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı İKB-nin vəkili X1 və Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, İddiaçı İKB-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2(103)-532/2019 nömrəli qətnaməsindən Ca vabdeh2 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İKB cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə 10.12.2014-cü il tarixli, 3-G1-0-794-14 saylı kredit müqaviləsi üzrə 19817,35 ABŞ dolları əsas borc, 13699,46 ABŞ dolları faiz borcu, 589,03 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 34105,84 ABŞ dolları borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 məxsus X2 nömrəli evin 2 otaqlı, 48.08 kv. m. ümumi, 28.88 kv.m. yaşayış, 19.2 kv.m. yardımçı sahədən ibarət 26 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, borcun və məhkəmə xərclərinin satışdan əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda borcun qalan hissəsinin ümumi qaydada tutulması, mənzil satıldıqdan 1 ay sonra cavabdehlərin istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq banka təhvil verilməsi, Cavabdeh1 ilə aralarında bağlanmış 10.12.2014-cü il tarixli, 3-G-1-0-794-14 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Sərdar Mehrəliyev) 2(004) 5192/2018 saylı, 29.06.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 10.12.2014-cü il tarixli, 3-G-1-0-794-14 saylı kredit müqaviləsi üzrə 19817,35 ABŞ dolları əsas borc, 13699,46 ABŞ dolları faiz borcu, 9,03 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 33525,84 (otuz üç min beş yüz iyirmi beş dollar səksən dörd sent) ABŞ dolları məbləğində borc və 58,80 (əlli səkkiz manat səksən qəpik) məhkəmə xərcləri İddiaçı İKB-nın xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş, Cavabdeh2 məxsus X2 nömrəli evin 2 otaqlı, 48.08 kv.m. ümumi, 28.88 kv.m. yaşayış, 19.2 kv.m. yardımçı sahədən ibarət 26 saylı mənzilinə yönəldilərək ilkin satış qiymətinin 60000 (altmış min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunmuş vəsait pu l tələbinin təmin edilməsi üçün kifayət etmədiyi halda borcun qalan hissəsi ümumi qaydada Cavabdeh1 tutulması, X2 nömrəli evin 2 otaqlı, 48.08 kv.m. ümumi, 28.88 kv.m. yaşayış, 19.2 kv.m. yardımçı sahədən ibarət 26 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 (bir) ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mənzildən çıxarılmaları, mənzilin boşaldılması, İddiaçı İKB ilə Cavabdeh1 arasında bağlanmış 10.12.2014-cü il tarixli, 3-G-1-0-79414 saylı kredit müqaviləsinin ləğv edilməsi, iddia tələbi “tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzilin banka təhvil verilməsi” hissələrində təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməs i Mülki Kollegiyasının (hakimlər Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədov, Vüqar Həsənov) 10 aprel 2019-cu il tarixli, 2(103)-532/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5192/20187 saylı, 29 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.04.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsin xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi əsassız, qanunsuz və ədalətsizdir, iş üzrə əhəmiyyəti olan hallara münasibət bildir ilməmiş, maddi və prosessual hüquq normaları pozulmuş, qətnamənin nəticə hissəsi işin hallarına uyğun gəlmir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizasına heç bir münasibət bildirməmiş və ümumiyyətlə qətnamədə bu barədə heç bir əsaslandırma və istinad yoxdur. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq yox, qərəzli olaraq, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olduğunu nümayiş etdirərək, birtərəfli və iddiaçının mövqeyini tutaraq həyata keçirmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkil i N.Məmmədov kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxa n apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İş materialları ilə müəyyən edilmişdir ki: İddiaçı İKB ilə Cavabdeh1 arasında bağlanmış 10.12.2014-cü il tarixli, 3-G-1-0-794-14 saylı kredit müqaviləsi ilə borc alana 60 ay müddətinə illik 26% olmaqla 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı İKB ilə Cavabdeh2 arasında bağlanmış 10.12.2014-cü il tarixli, 3-G-1-0-794-14 saylı ipoteka müqaviləsi ilə kredit mü qaviləsi üzrə öhdəliklərin təminatı qismində ipoteka qoyanın mülkiyyətində olan X2 nömrəli evin 2 otaqlı, 48.08 kv.m. ümumi, 28.88 kv.m. yaşayış, 19.2 kv.m. yardımçı sahədən ibarət 26 saylı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və yüklülük barədə DƏDRX tərəfindən 17.12.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarış verilmişdir. İpoteka saxlayan tərəfindən ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə həmin tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İd arəsində qeydə alınmışdır. İpoteka bildirişinin qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. İddiaçı İKB-nin maliyyə arayışına əsasən Cavabdeh1 10.12.2014-cü il tarixli, 3-G-1-0-794-14 saylı kredit müqaviləsi üzrə borcu 19817,35 ABŞ dolları əsas borc, 13699,46 ABŞ dolları faiz borcu, 589,03 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 34105,84 ABŞ dolları təşkil edir. Apellyasiya instansiya məhkəməsi tərəfindən təqdim edilmiş sübutlardan, o cümlədən apellyasiya icraatı zamanı keçirilmiş mühasibat ekspertizasının rəyindən müəyyən olunmuşdur ki, borc alanın borc verənin qarşısında 1-ci instansiya məhkəməsinin qətnaməsində göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Ona görə də məhkəmə Mülki Məcəllənin 425, 427, 439 və 739-cu maddələrinin göstəriş lərinə əsaslanaraq hesab etmişdir ki, 1-ci instansiya məhkəməsi həmin məbləğdə pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qətnamənin qanuniliyini Cavabdeh2 kassasiya şikayəti əsasında yoxlayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borc un faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi, tərəflər arasında kredit və ipoteka müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyə n etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir; əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönə ldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka sa xlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərdən əsaslı olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qan uni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, kassasiyada qeyd edilənlər iş materialları ilə təkzib edilir. Belə ki,, apellyasiya məhkəməsi tərəfindən cavabdehin vəsatəti ilə təyin edilərək keçirilmiş ekspertizalarla, həm birinci instansiya məhkəməsinin qətnaməsi ilə tutulan borcun məbləği, həm də ipotekanın satış qiyməti təsdiq olunduğundna, həmin ekspert rəylərinə istinad edilməklə, qətnaməyə qiymət verilmişdir. Belə olan halda, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi - kassasiya şikayəti vermiş şəxsə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəs inə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2(103)532/2019 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6529/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6529/2019
14.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver