Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6529/2021 23.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilkin iddia tələbinə, Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-6529/21 (Açar sözlər: kredit müqaviləsinin etibarsızlığı, kəsici müddət) Bakı şəhəri, 23 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, iddiaçının vəkili Vnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2379/2021 nö mrəli iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin etibarsız olunması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.09.2018-ci il tarixdə imzalanmış və 3M-478 № ilə reyestrdə qeyd edilmiş kredit müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Cavabdeh1 və Cavabdeh2lə aralarında bağlanmış 15.09.2018-ci tarixli 3M-478 reyestr №-li və Cavabdeh1 ilə aralarında bağlanmış 23.11.2018-ci tar ixli 3M-576 reyestr №-li kredit müqavilələrinin bağlandığı andan etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 249.212 ABŞ dolları məbləğində pul vəsaitinin geri qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Daha sonra Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili X1 dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 və Cavabdeh2 İddiaçı oglu ilə aralarında bağlanmış 15 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 362.100 manat 213.000 ABŞ dolları ekvivalenti ilə məbləğində pul vəsaitinin İddiaçı alınaraq 181.050 manat (106.500 ABŞ dolları) Cavabdeh1, 181.050 manat (106.500 ABŞ dolları) Cavabdeh2 verilməsi, 23 noyabr 2018-ci il t arixdə bağlanmış kredit müqaviləsi üzrə 61.560 manat 40 qəpik (36.212.00 ABŞ dolları) məbləğində pulun İddiaçı alınaraq Cavabdeh1 verilməsinə dair qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun Cavabdeh1 ilə uzun müddətli iş birliyi olmuş, müxtəlif malların tədarükü və alqı-satqısı ilə əlaqədar ticarətlə məşğul olmuş, hətta birgə gəlirləri də olmuşdur. Lakin Cavabdeh2 ilə bağlı həyata keçirmək istədikləri ticarət əməliyyatı Cavabdeh1 günahı ucbatından baş tutmamışdır. Bu ticarət əməliyyatı ideyasının müəllifi özü olduğundan dəymiş ziyanın təkbaşına özü tərəfindən ödənilməsini tələb etmiş, bu zaman daha əvvəllər əldə et dikləri gəlirləri nəzərə almamış və cavabdehlərin istəklərini edəcəyinə əmin olmaları üçün onu uydurma kredit müqaviləsini imzalamağa məcbur etmişlər. Bu məqsədlə onu 15 sentyabr 2018-ci il tarixdə Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoruna apararaq orada guya cavabdehin özü və onun yaxın adamı olan Türkiyə vətəndaşı Cavabdeh2 tərəfindən ona 362.100 manat məbləğində pulu 213.000 ABŞ dolları ekvivalenti ilə borc vermələri barədə müqaviləyə imza atmağa məcbur etmişlər. Həmin müqavilə 3M-478 № ilə reyestrdə qeyd edilmişdir. Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun xüsusu notariusu X2 yanında müqaviləyə imza atarkən notariusun Cavabdeh1 ilə yaxın münasibətlərdə olmasını müşahidə etmişdir. Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona qeyd edilən müqavilə üzrə hər hansı məbləğdə pul verilməm işdir. Müqavilədə göstərilən borc məbləğinin guya notariusun depozit hesabına qoyulması və rüsum çıxıldıqdan sonra guya həmin məbləğin onun tərəfindən hesabdan çıxarılması rəsmiləşdirilmişdir. Notariat kontorunda quraşdırılmış kameraların həmin tarixdə qeydə aldığı videogörüntülərə baxış keçiriləcəyi təqdirdə, onun həqiqətən də cavabdehlərdən hər hansı məbləğdə pul vəsaitini almadığı, həmçinin depozitə qoyulmuş pul məbləğini hesabdan qəbul etmədiyi aydın olacaqdır. Qeyd edilənlərə əsasən hesab edir ki, aralarında bağlanmış, 15.09.2018-ci il tarixdə imzalanmış kredit müqaviləsinin və 23.11.2018-ci il tarixdə imzalanmış kredit müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, müq avilələr üzrə müəyyən olunmuş müddət başa çatdıqdan sonra tərəflərindən İddiaçı müqavilə üzrə öhdəliyin yerinə yetirilərək pulun qaytarılması barədə dəfələrlə müraciət edilməsinə baxmayaraq hazırki vaxta qədər hər-hansı məbləğ ödənilməmişdir. Tərəflər arasında olan borc münasibətləri mülki qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada hər-hansı hüquq pozuntusuna yol verilmədən rəsmiləşdirilmişdir. Mülki qanunvericiliyin müddəaları baxımından onlar arasında borc (kredit) müqavilələri bağlanmışdır. Tərəfər arasında yaranmış münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin dispozitiv şərtlərinə tam uyğundur və "borc alanın" hansı məqsədlər üçün (şəxsi istifadə, kommersiya fəaliyyəti və s.) həmin pul vəsaitini götürməsi bu münasibətlərə təsir etmir. Tə rəfər arasında bağlanmış borc (kredit) müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış və "borc verənlərin" iddia tələbləri də məhz həmin müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. "Borc alan" İddiaçı hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, borc müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq aldığı borc məbləğlərini tam olaraq qaytarılmalı olduğu halda, öhdəliyini ümumiyyətlə icra etməmiş və aldığı 249.212.00 ABŞ dolları məbləğindən hər-hansı məbləğ qaytarmamışdır. Ona görə də Cavabdeh1 və Cavabdeh2 borc (kredit) müqavilələri üzrə "borc alan" İddiaçı pul vəsaitlərinin geri qaytarılmasını tələb etməkdə haqlıdırlar və qarşılıqlı iddia tələbi əsaslıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində g östərilənlərə uyğun izahat verərək ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili X4 ilkin iddiaya münasibətdə iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirmişdir ki, iddiaçı 2018-ci ildə müqavilə bağlandığı halda 2 ildən artıq müddət keçdikdən sonra müqavilənin etibarsızlığı ilə bağlı iddia qaldırmışdır. Eyni zamanda, kredit müqavilələri qanuna uyğun olaraq bağlanmış və notarial qaydada təsdiqlənmişdir. Qeyd edilənlərə görə, ilkin iddia rədd edilməli və qarşılıqlı iddia təmin olunmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, o, Telmanın şəriki Elxan adlı şəxsin yanında işləmişdir. Həmin vaxt cavabdehləri şirkətdə g örmüşdür. İddiaçı qarğıdalı satışında cavabdehlər Səlimə və Sametə kömək etməyini xahiş etmiş, o da qarğıdalını başqa Vüqar adlı şəxsə satıb pulunu Səlimə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, İddiaçı hüquqi məsələləri ilə bağlı yanında işləyir. Cavabdehləri 13 saylı Dövlət Notariat Kontorunda görmüşdür. İddiaçı kredit müqaviləsini imzalasa da, həmin məbləğ ona təqdim olunmamışdır. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri 13 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş 15 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətinə və həmin notariat işinə əsasən, borc verənlər Cavabdeh1 ilə Cavabdeh2 362.100 manat məbləğində pul vəsaitini (213.000 ABŞ dolları ekvivalenti ilə) borcalan İddiaçı borc verirlər. Borc alan krediti 15 noyabr 2018-ci il tarixinədək borc verənlərə qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. Həmin müqavilə əsasında "xxxx" ASC-də 13 saylı Dövlət Notariat Kontorunun hesabına 15.09.2018-ci il tarixli B-347 saylı məktuba əsasən 181.050 manat Cavabdeh1 tərəfindən, 181.050 manat isə Cavabdeh2 tərəfindən köçürülmüşdür. Məhkəmədə tədqiq olunmuş, ünvan 1 ünvanlanmış məktuba əlavə olunmuş 15.09.2018-ci il tarixli, B 347 №li məktubun surətinə əsasən, ünvan 4 Kəmalə Hüseynzadə ünvan 2 ünvanda yaşayan Cavabdeh1 və Türkiyə vətəndaşı Cavabdeh2 tərəfindən notariat qaydasında təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 362.100 manat məbləğində pul vəsaitinin müvafiq müqavilə təsdiq olunduqdan sonra notariusun məktubu əsasında ünvan 3 ünvanında qeydiyyat da olan İddiaçı verilməsi üçün "xxxx" ASC-nin 4 saylı şöbəsinə onun bankda olan hesabına qəbul olunması barədə məktub ünvanlamışdır. Həmçinin məktuba 181.050 manat məbləğində pul məbləğinin Cavabdeh1 və 181.050 manat məbləğində pul məbləğinin Cavabdeh2 tərəfindən, 362.10 manat xidmət haqqının Cavabdeh1 tərəfindən Bakı Şəhəri 13 saylı Notariat Ofisinə ödənilməsi barədə 15 sentyabr 2018-ci il tarixli qəbzlər əlavə edilmişdir. Tədqiq olunmuş, Bakı şəhəri 13 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş 23 noyabr 2018-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətinə və həmin notariat işinə əsasən, borc verən Cavabdeh1 61.560 manat məbləğində 36.212 ABŞ dolları ekvivalentilə pul vəsaitini borc alan İddiaçı borc verir. Borc alan krediti 15 dekabr 2018-ci il tarixinə dək borc verənlərə qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. Notariat işinə və ilkin iddia üzrə iddiaçının vəkilinə ünvanlanmış cavab məktublarına əsasən, ünvan 4 Kəmalə Hüseynzadə ünvan 2 ünvanda yaşayan Cavabdeh1 tərəfindən notariat qaydasında təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 61.560,40 manat məbləğində pul vəsaitinin müvafiq müqavilə təsdiq olunduqdan sonra notariusun məktubu əsasında ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı verilməsi üçün "xxxx" ASC-nin 4 saylı şöbəsinə onun bankda olan hesabına qəbul olunması barədə 23.11.2018ci il tarixdə B 400 nömrəli məktub ünvanlamışdır. Həmin notariat işinin materiallarına əlavə edilmiş qəbzə əsasən, 61.560,40 manat məbləğində pul məbləği və 123,20 manat xidmət haqqı Cavabdeh1 tərəf indən "xxxx" ASC-də 13 saylı Dövlət Notariat Kontorunun hesabına 23.11.2018-ci il tarixli B-400 saylı məktuba əsasən köçürülmüşdür. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 14 oktyabr 2020-ci il tarixli, 2(005)-2356/2020 nömrəli qətnaməsi ilə (hakim Vüqar Quliyev) ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, İddiaçı 15 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə ümumi olaraq 362.100 manat məbləğində pul vəsaitinin (213.000 ABŞ dolları ekvivalentində) 181.050 manat məbləğində pul hissəsinin Cavabdeh1 və 181.050 manat məbləğində pul hissəsinin Cavabdeh2 xeyrinə; 23.11.2018-ci il tarixli kredit müqaviləsi üzrə isə 61.560,40 manat məbləğində pul vəsaitinin (36.212 ABŞ dolları ekvivalentində) Cavabdeh1 xeyrinə tutulması qət ed ilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, tərəflər arasında 15 sentyabr 2018-ci il və 23 sentyabr 2018-ci il tarixlərdə kredit müqavilələri bağlanmış, həmin müqavilələrin bağlanmasından iddiaçının da tam olaraq xəbəri olmuş və bütün proseslərdə bilavasitə iştirak etmişdir. Ancaq bütün bunlara baxmayaraq, İddiaçı mübahisələndirilən müqavilələrdən, həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərdən məlumatlı olmasına baxmayaraq keçən illər ərzində buna mane olan əsaslar olmadan həmin müqavilələrin etibarsızlığını məhkəmədə mübahisələndirməmişdir. Bu baxımdan məhkəmə ilkin iddia tələbinin rədd edilməsini məqbul hesab etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinin əsaslığını araşdırarkən müəyyən etmişdir ki, Bakı şəhəri 13 saylı Notariat Ofisi tərəfindən tə sdiq edilmiş 15 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi ilə borc verənlər Cavabdeh1 ilə Cavabdeh2 362.100 manat məbləğində pul vəsaitini (213.000 ABŞ dolları ekvivalenti ilə) İddiaçı borc vermiş, borc alan krediti 15 noyabr 2018-ci il tarixinədək borc verənlərə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilə əsasında "xxxx" ASC-də 13 saylı Dövlət Notariat Kontorunun hesabına 15.09.2018-ci il tarixli B-347 saylı məktuba əsasən 181.050 manat Cavabdeh1 tərəfindən, 181.050 manat isə Cavabdeh2 tərəfindən köçürülmüşdür. Digər müqavilə üzrə isə Cavabdeh1 23 noyabr 2018-ci il tarixdə İddiaçı ilə notarial qaydada kredit müqaviləsi bağlayaraq 61.560 manat məbləğində 36.212 ABŞ dolları ekvivalentilə pul vəsaitini borc alan İddiaçı vermişdir. Borc alan krediti 15 dekabr 2018-ci il tarixinədək bo rc verənlərə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 tərəfindən notariat qaydasında təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 61.560,40 manat məbləğində pul vəsaiti müvafiq müqavilə üzrə İddiaçı verilməsi üçün "xxxx" ASCnin 4 saylı şöbəsinə onun bankda olan hesabına qəbul olunması barədə 23.11.2018-ci il tarixdə B 400 nömrəli məktub əsasında köçürülmüşdür. Qeyd olunanlara əsasən məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq 15 sentyabr 2018-ci il tarixli və 23 noyabr 2018ci il tarixli kredit müqavilələri bağlanmışdır. Hər iki müqavilədə müəyyənləşdirilmiş müddət ərzində qarşılıqlı iddia üzrə cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Odur ki, qarşılıqlı iddia tələbi təmin olunmalıd ır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-337.4, 339.4, 354.1, 354.2, 385.1, 406.1, 425.1, 442, 443.1, 448.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına istinadla əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İlham Kərimli - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, Elşən Kazımov) 20 aprel 2021-ci il tarixli, 2(103)2379/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(005)-2356/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ilkin iddianı rədd etməkdə və qarşılıqlı iddianı təmin etməkdə haqlı olmuş, işin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhk əmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkili X3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan, maddi hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv edilməlidir. Məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Kassator göstərmişdir ki, cavabdehlərlə arasında bağlanmış kredit müqavilələri uydurma əqdlərdir. Belə ki, cavabdehlərlə onun şərikli biznes münasibətləri olmuş, hazırda mübahisə predmeti olan kredi t müqavilələri üzrə cavabdehlər ona hər hansı məbləğdə borc pul verməmişlər, müqavilələrdə göstərilən rəqəmlər aralarındakı biznes fəaliyyətindən irəli gələn hesabat rəqəmləridir ki, bu da reallıqda öz əksini tapmır. Bütün bunlar isə məhkəməyə təqdim etdiyi sübutlarla tam təsdiq olunur. Belə olan halda Mülki Məcəllənin 340-cı maddəsinə əsasən həmin uydurma əqdlər əhəmiyyətsiz əqdlər kimi qiymətləndirilməli idi, lakin məhkəmə təqdim etdiyi sübutlara iddianın mahiyyəti üzrə qiymət verməyərək, Mülki Məcəllənin 354-cü maddəsində müəyyən edilmiş kəsici müddətin buraxılması kimi qanunsuz nəticəyə gələrək, müddətin keçməsi əsası ilə iddianı təmin etməmişdir. Kredit müqavilələri uydurma əqdlər olduğundan, bu əqdlər bağlandığı andan əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqdlərin etibarsız sayılması üçün mə hkəməyə müraciət etməyinə əsas olmalı idi. Başqa sözlə, cavabdehlərin həmin müqavilələrdən ona qarşı istifadə etməyəcəkləri barədə verdikləri vədi pozmayacaqları halda özlüyündə əhəmiyyətsiz olan bu əqdlərin məhkəmədə mübahisələndirilməsinə prosessual zərurət yox idi. Hər iki müqavilənin 2-ci bəndində kreditin qaytarılması tarixi kimi 15.12.2018-ci il göstərilsə də, 2020-ci ilin yayına qədər cavabdehlər ona müqavilələr üzrə heç bir tələb irəli sürməmişlər. Başqa sözlə, müqavilələrin icrası tələb olunmamışdır. Uydurma, əhəmiyyətsiz əqdlər üzrə cavabdehlərin ilk tələbləri həmin müqavilələrdə göstərilən məbləğlərlə bağlı haqqında AR DİN BMCMİ-nə 2020-ci ilin iyun ayında şikayət etmələri olmuşdur. O da, elə həmin ayda sözügedən kredit müqavilələrinin uydurma, əhəmiyyətsiz əqd kimi etibarsız sayılması barədə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunun tələblərinə əməl etməmiş, həqiqətə nail olmaq üçün iş üzrə hərtərəfli araşdırma aparmamış, Mülki Prosessual Məcəllənin 14.2, 88, 217-ci maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kassasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər, onların nümayəndəsi və vəkili X4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılm asını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili V kassasiya şikayətini müdafiə edərək, apellyasiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv olunmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borc ludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləripozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır (maddə 448.2). Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklin də borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasi ya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kassasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, iddiaçı kassasiya şikayətində maddi hüquq normalarının pozulmasını, mübahisəyə müqavilələrin uydurma müqavilə olmaqla etibarsızlığına dair normaların tətbiq edilməli olduğu halda tətbiq edilməməsi ilə əsaslandırmağa çalışsa da, kassasiya yoxlaması nəticəsində müəyyən edilir ki, əvvəla tərəflər arasında olan kredit müqavilələrinin etibarsızlığı tələbi ilə məhkəməyə qanunla müəyyən olunmuş müddət ərzində müraciət olunmamışdır, digər tərəfdən müqavilələrin uydurma əqd olması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Ümumi kassasiya yoxlaması nəticəsində də apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayət inin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2379/2021 nömrəli iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.