Məhkəmə qərarları › İş №2(102)-6531/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6531/2019

10.10.2019 · Əmək mübahisələri - Pensiyanın hesablanması tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6531/2019 10.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X3, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, Ərizəçi, maraqlı şəxsin vəkili X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs X qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 mart 2019-cu il tarixli qətnaməsindən maraqlı şəxs X tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 04 dekabr 2018-ci il ta rixli qətnaməsi ilə (hakim Ə.Qəhrəmanov) Ərizəçi maraqlı şəxs X qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilərək, Ərizəçi 01 iyul 1980-ci ildən 01 aprel 1993-cü il tarixə kimi Kəlbəcər rayonunun Ağcakənd kəndində yerləşən Engels adına kolxozda sağıcı işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 mart 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən N.Cəfərov, hakimlər Ş.Məmmədova və V.Həsənov) Xəzər rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Maraqlı şəxs X kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MKya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxa rkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 mart 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Ərizəçi Ərizəçi maraqlı şəxs X qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə ərizə verərək, 01.07.1980-ci ildən 01.04.1993-cü ilədək Kəlbəcər rayonunun Ağcakənd kəndində yerləşən “Engels” adma kolxozda sağıcı işləməsi faktı müəyyən edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyad ı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasın ın vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. İş materiallarından görünür ki, ərizəçi Kəlbəcər rayonundan məcburi köçkündür, əmək fəaliyyəti barəsində sənədi (əmək kitabçasını) üzrlü səbəbdən - Ermənistan Respublikası ilə Azərbaycan Respublikasının arasındakı münaqişə səbəbindən təqdim edə bilmir və bildirir ki, əmək kitabçası işğal zamanı kolxozda qalmışdır. Məhkəmələrdə şahid qismində dindirilmiş şəxslər ifadələrində ərizəçinin kolxozda sağıcı işləməsi faktını təsdiq ediblər. Əmək Məcəlləsini n 87-ci maddəsinin 1-ci hissəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. DSMF-nun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydaları’nın 2.5-ci bəndinə görə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, ərizəçinin göstərdiyi fakt müəyyən edilməlidir. Çünki faktın müəyyən edilməsi MülkiProsessual Məcəllənin 307.2.11-ci maddəsinin tələbinə uyğundur. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs X kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi an

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar