Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6532/2019 14.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, iddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.05.2019-cu il tarixli, 2(103)5806/2019 nömrəli qətnaməsindən iddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYY ƏN ETDİ: İddiaçı Ləğv prosessində olan İddiaçı ASC cavabdehlər X3 (Cavabdeh1), Cavabdeh2 Xalıq oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin dəyişdirilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin xeyrinə 45000 manat əsas, 8596 manat faiz, 2800 manat dəbbə pulu, cəmi 56396 manat borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 Xalıq oğluna məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsindəki 2 nömrəli evin, 24 saylı mənzilinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əld ə edilən vəsait hesabına banka olan borcun ödənilməsi; ipoteka predmeti olan mənzil satıldıqda Cavabdeh2 Xalıq oğlunun və evdə yaşayan Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 1 ay ərzində evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim N.X.Nəbizadə) 05 fevral 2019cu il tarixli, 2(001)-22/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 45000 manat əsas borc, 8850,15 manat faiz borcu, 280 manat dəbbə pulu olmaqla, cəmi 54130,15 manat borc məbləği və 30 manat məbləğində dövlət rüsumu ləğv prosessində olan İddiaçı ASC-nin xeyrinə tutulması, cavabdehdən tutulmalı olan məbləğ ipoteka qoyulmuş Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan (Gəncə xanı) küçəsindəki 2 nöm rəli evin 24 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 105000 manat müəyyən edilməsi, qeyd olunan əmlak satıldıqdan sonra 1 ay müddətində boşaldılması, satışdan əldə olunan pul vəsaiti hesabına ümumi borc məbləğinin ləğv prosessində olan İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyan Cavabdeh2 Xalıq oğluna qaytarılması, aparılmış tədqiqatın 200 manat dəyərinin Cavabdeh1 aid edilməsi, həmin məbləğin ondan tutularaq dövlət nəfinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Y.Şamayev, Ş.Ə.Məhərrəmova və X.Ə.Sarıyev) 02.05.2019-cu il tarixli, 2(103)-5806/2019 nömrəli qətnamə si ilə iddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi X1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli qətnaməsi faiz və cəmi borcunun tutulması hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək, cavabdeh X2 (Cavabdeh1) Ləğv prosessində olan İddiaçı ASC-nin xeyrinə tutulan faiz borcu 8596 (səkkiz min beş yüz doxsan altı) manat, cəmi borc isə 53876 (əlli üç min səkkiz yüz yetmiş altı) manat məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə, o cümlədən iddiaçının apellyasiya şikayəti ilə mübahisələndirilən (ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması) hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıyaaid edilmişdir. İddiaç ı Ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, qiymətləndirmə tamamilə əsassız, daşınmaz əmlakın qiymətləndirilməsi prinsiplərini kobud şəkildə pozaraq, şişirdilmiş q iymət təyin olunaraq keçirilmişdir. Belə ki, daşınmaz əmlakların ipoteka müqaviləsi bağlanarkən, hələ 2010-cu il tarixinə müvafiq olaraq, əmlakın dəyəri 80 000 AZN qiymətləndirilmişdir. Müqavilənin bağlandığı vaxtdan əmlaka baxış keçirilənə kimi 9 il müddət keçmişdir, əmlak bu müddətdə daimi istifadədə olmuş, davamlı olaraq istismara məruz qalmışdır. Deməli məntiqi şəkildə, əmlakın qiymətinin 9 il ərzində tənasübsüz qiymətinin qalxması qeyri-mümkündür. Belə ki, ekspert qiymətləndirmə aparılması sahəsində xüsusi biliyə malik olan şəxs kimi üzərinə düşən vəzifəni layiqincə verinə yetirməyərək, ipoteka predmetlərinin bazar dəyərini heç bir müqayisəli təhlil aparılmadan, həmin ərazidə olan digər torpaq sahələrinin və tikililərin qiymətləri nəzərə alınmadan, hansı meyar və hansı mənbələrə istin ad olunması göstərilmədən yüksək qiymətləndirmişdir. Ekspertin əmlakların dəyərinə dair verdiyi rəy tamamilə absurd və şişirdilmiş məbləğdir. İpoteka predmetlərinə bu cür şişirdilmiş qiymət verilməsi məhz məqsədli şəkildə həyata keçirilmiş və mənzilin açıq hərracdan satışının qarşısının alınmasına yönəldilmiş, cavabdehlərin məhkəmənin adından çıxarılmış qətnamənin icrasından boyun qaçırması üçün fürsət yaradılmışdır. Lakin, məhkəmə qətnamədə əmlakların hərracda ilkin satış qiymətini müəyyən edərkən əmlakların likvid qiymətini deyil, bazar dəyərini nəzərə almışdır. Bu isə Qanuna zidd və qətnamənin maddi hüquq normalarının pozulması ilə çıxarılması deməkdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin vəkili Məmmədov Azər Məhəbbət oğlu k assasiya şikayətini müdafiə edərək onun təmin, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 02.05.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli qətnaməsini ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmədədn saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə həmin hissədə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış 25 yanvar 2010-cu il tarixli 05A nömrəli Təminatlı Kredit Müqaviləsinə əsasən bank tərəfindən borcalana 60 ay müddətinə illik 7% faiz dərəcəsi ilə 50000 manat məbləğində kredit verilmiş, kreditin təminatı olaraq 05 fevral 2010-cu il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh2 Xalıq oğlu mülkiyyətində olan Bakı şəhəri, Binəqə di rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 2, 24 saylı mənzili ipoteka ilə yüklü etmişdir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak 80000 manat məbləğində qiymətləndirilmişdir. Masallı rayon Qeydiyyat Şöbəsinin 26 sentyabr 2013-cü il tarixli rəyi ilə Cavabdeh1 soyadını və adını X3 dəyişdirmişdir. Cavabdeh X4 tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklər vaxtında və lazımi qaydada icra olunmamış və borcu yaranmışdır. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qəra rda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti iki qaydada müəyyənləşdirilə bilər: razılaşma əsasında və ya qiymətləndiricinin rəyi ilə. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, 39.3.3-cü maddədə “razılaşma” deyiləndə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulub. Belə ki, ipoteka müqaviləsi bağlanarkən hələ ipoteka predmetinə tutma yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığından tərəflər on un ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdiriblər. İlkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə ipoteka predmetinin dəyərinin dəyişməsi mümkündür. Konkret hazırki işdə ipoteka müqaviləsi 2010-cu ildə bağlanılmış və ötən müddət ərzində dövlətdə ictimai-iqtisadi vəziyyətin dəyişməsi nəticəsində daşınmaz əmlak bazarında qiymətlərinin kəskin olaraq dəyişməsi mübahisəsiz faktdır. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edi lə bilməz. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etmək məqsədi ilə ipoteka müqaviləsində göstərilən qiyməti əsas kimi götürməmiş, iş üzrə əmlakın qiymətləndirilməsinə dair məhkəmə ekspertizası təyin etmişdir. İş üzrə birinci instansiya məhkəməsində təyin edilərək “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi tərəfindən keçirilmiş ekspertizanın 13 fevral 2017-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 2 saylı evin 24 saylı mənzilin hazırki şəraitdə ilkin satış (likvid) qiyməti 70000 manat təşkil etmişdir. İş üzrə birinci instansiya məhkəməsində təkrarən təyin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini n yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi tərəfindən keçirilmiş qiymətləndirilmə nəticəsində verilmiş 24 dekabr 2018-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 2 saylı evin 24 saylı mənzilin 24 avqust 2018-ci il tarixə likvid dəyəri 105000 manat təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində keçirilmiş qiymətləndirmə rəyini iş üzrə mötəbər sübut qismində qiymətləndirmişdir. Belə ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin ikinci hissəsinə əsasən mülk i qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamənin 7.10-cu bəndinə əsasən, daşınmaz əmlakın, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, habelə müəssisələrin qanunvericilikdə müəyyən edilmiş qaydada qiymətləndirilməsi bu qurumun səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası MPM-in 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətində məhkəmənin əmlakın ilkin satış qiymətini müəyyən edərkən onun likvid dəyərini deyil, bazar dəyərini nəzərə almasını qeyd etsə də, yuxarıda qeyd olunduğu kimi, qiymətləndirmə rəyinə əsasən ipoteka predmetinin məhz likvid dəyəri 105000 manat təşkil edir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üç ün qanuni əsas deyildir. Kassasiya şikayətində istinad edilən işin faktiki halları ilə bağlı dəlilə münasibətdə isə kollegiya işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilinin əksinə olaraq sübutlara məhz Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olmadığından həmin sübutların məzmunu ilə bağlı kassasiya şikayətinin dəlillərini kollegiya əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Digər tərəfdən iddiaçı ipoteka predmetinin ilkin satış qiyməti ilə razılaşmadığını bildirsə də, keçirilmiş qiymətləndirmə rəyinin nəticəsini şübhə altına ala biləcək hər hansı mötəbər sübuta istinad etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, bu səbəbdən kollegiya kassasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-c i maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.05.2019-cu il tarixli, 2(103)-5806/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6532/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6532/2019
14.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver