Məhkəmə qərarları › İş №2(102)-6532/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-6532/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6532/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın yolverilməzliyi) Azərbaycan Respublikası Şamayev Elşad Yaquboviç, Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 avqust 2021-ci il tarixli, 2(103)938/2021 nömrəli qərardadından Cavabdeh2 tərəfində n verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 avqust 2015-ci il tarixli, 2(010)5836/2015 nömrəli qətnaməsi ilə (həmin qətnamənin nəticə hissəsində yol verilmiş yanlışlığın aradan qaldırılmasına dair Məhkəmənin 13 fevral 2020-ci il tarixli qərardadı nəzərə alınmaqla) iddiaçı "xxxx" ASC-nin iddiası qismən təmin edilmiş, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 31 iyul 2012-ci il tarixli 12002-0096/128495 saylı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsinə əsasən 37518,88 ABŞ dolları məbləğində (28142,54 ABŞ dolları əsas borcu, 4376,34 ABŞ dolları faiz borcu, 5000 ABŞ dolları məbləğində penya borcu olmaqla) pul vəsaitinin ödəniş aparılan tarixə Azərbaycan ma natının məzənnəsi ilə Cavabdeh1 və Cavabdeh2 birgə qaydada alınması və "xxxx" ASC-yə verilməsi, tutmanın ipoteka predmeti olan, Cavabdeh1 məxsus “Mercedes Benz 350” markalı 90ES484 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına cavabdehin "xxxx" ASC-yə olan borcunun ödənilməsi, borc tam ödənildikdən sonra qalan pul vəsaitinin cavabdehə qaytarılması, iddia ərizəsinin qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2(103)-7326/2020 nömrəli qərardadı ilə apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayətinin geri qaytarılması üçün m ülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılmış, birinci instansiya məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2(010)-5836/2015 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(010)5836/2015 nömrəli qərardadı Cavabdeh2 vəkili X1 ərizəsi təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 avqust 2015-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(103)-938/2021 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 avqust 2015-ci il tarixli, 2(010)-5836/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2(103)-7326/2020 nömrəli qərardadından kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 avqust 2015-ci il tarixli, 2(010)-5836/2015 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin buraxılmasının üzrlü hesab edilərək, mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(103)-938/2021 nömrəli qərardadı ilə həmin Məhkəmənin 07 sentyabr 2020-ci il tarixli, 2(103)-7326/2020 nömrəli qərardad ından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qaytarılmışdır. Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(103)-938/2021 nömrəli qərardadının ləğv edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 avqust 2015-ci il tarixli, 2(010)5836/2015 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin buraxılmasının üzrlü hesab edilərək, prosessual müddətin bərpası barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Hazırki kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, tələbkarın kassasiya şikayəti qeyri-mümkün hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi ha qqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin 25 avqus t 2021-ci il tarixli qərardadı kassasiya şikayətinin geri qaytarılması barədə olsa da, cavabdehin hazırda son nəticədə mübahisələndirilən məsələ onun birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi ilk apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi olmuşdur. Halbuki, yuxarıda qeyd olunduğu kimi, sonradan həmin cavabdehin ərizəsi üzrə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa olunmuş, Cavabdeh2 apellyasiyası mümkün hesab olunmuş və apellyasiya şikayəti apellyasiya instansiyası məhkəməsində mahiyyəti üzrə baxılaraq müvafiq qətnamə qəbul edilmişdir. Yəni, kassatorun pozulduğunu iddia etdiyi hüququ prosessual qanunvericiliyinə uyğun artıq bərpa olunmuş və apellyasiyaya çatımlılığı təmin olunmuşdur. Hazırki kassasiya şikayəti isə cavabdeh buraxılmış prose ssual müddətin artıq bərpa edildiyi halda, yenidən bərpa edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətinə təkrarən baxılmasına nail olmaq istəyir ki, bu mülki prosessual qanunvericiliyin prinsiplərinə ziddir və prosessual hüquqlarından suiistifadə kimi qiymətləndirilə bilər. Belə ki, Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Mülki Prosessual məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiy ası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu MPM-in 420-ci maddəsinin şərh edilməsinə dair 2012-ci il 28 fevral tarixli qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. İnsan Hüquqları üzrə Avr opa Məhkəməsi bir sıra qərarlarında müəyyən etmişdir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır (Brumaresku Rumıniyaya qarşı iş üzrə 1999-cu il 28 oktyabr tarixli qərar). Hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədi ilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli qərar). “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli qərardadında izah olunmuşdur ki, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər t ərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Həmin Qərardadın 46-cı bəndində həmçinin izah olunmuşdur ki,... kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin icraata qəbulunun mümkünlüyünü yoxlayarkən, onun MPM-in 407-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə kassasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da müəyyən etməlidir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi hissəvi, yaxud tam şəkildə kassasiya qaydasında yoxlanıldığı və verilmiş yeni kassasiya şikayəti artıq baxılaraq hüquqi qiymət verilmiş hissə ilə bağlı olduğu halda, həmin şikayətə kassasiya qayd asında baxılması üçün prosessual əsasların olmamasına görə kassasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 411-ci maddəsinə əsasən şikayətin icraata qəbulundan imtina edilməli və şikayət geri qaytarılmalıdır. Qərardadın 62-ci bəndinə əsasən... Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi kassasiya instansiyası məhkəməsində icraat zamanı aşkar edilmiş mübahisəli hüquqi məsələyə baxaraq, belə qənaətə gəlmişdir ki apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş tərəfin şikayəti üzrə tək rarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının apellyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apellyasiya şikayəti (və ya şikayətləri) MPM-in 366.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyri-mümkün hesab edilməlidir. Məhkəmə aktlarının kassasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş kassasiya şikayətinin (və ya şikayətlərinin) icraata qəbulundan kassasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 411-ci maddəsinə əsasən imtina edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırda mübahisələndirdiyi qərardaddan formal olaraq kassasiya şikayəti verilməsi nəzərdə tutulsa da, həmin şikayətin təmin edilməsi ehtimalında artıq cavabdehin apellyasiya qaydasında artıq mübahisələndirdiyi məhkəmə aktından yenidən apellyasiya şikayəti verilməsi imkanı yaranacağından, bu isə hüquqi müəyyənlik prinsipinə zidd olmaqla mümkün olmadığından verilmiş şikayətə kassasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyildir və MPM-in 402-ci maddəsinin tələbinə görə cavabdehin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 avqust 2021-ci il tarixli, 2(103)-938/2021 nömrəli qərardadından verdiyi kassasiya şikayəti kassasiya instansiya məhkəməsinin baxış predmeti ola bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı Apellyasiya Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(103)-938 /2021 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar