Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6533/2019 14.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehoviçin və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehoviçə qarşı “borc pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.05.2019-cu il tarixli 2(103)-6428/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavab dehoviçə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 5490 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla) və 2145 manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulub, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2014-cü ildə “xxxx” İKB ASC-dən 12740 ABŞ dolları kredit götürərək, onun 6600 ABŞ dolları hissəsini və daha sonra da öz hesabına 5000 manat pul vəsaitini cavabdehə borc vermişdir. Həmin məbləğlərdən cavabdeh bir müddət hissəhissə ödəniş etsə də, sonradan çoxsaylı şifahi bildirişlərinə və tələbinə baxmayaraq ödənişi dayandırmışdır. Cavabdeh ona bu vaxta qədər cəmi 2520 manat pul qaytarmışdır. Hal-hazırda müxtəlif vaxtlarda və müxtəlif valyutalarda verdiyi borc məbləğlərinə müvafiq olaraq, cavabdehin ona 5490 ABŞ dolları və 2145 manat məbləğində borcu qalmışdır. Mübahisə ilə bağlı 09 iyun 2017ci il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinə müraciət etmiş və 07 avqust 2017-ci il tarixdə həmin polis orqanı tərəfindən cinayət işi başlanmasının rədd edilməsi barədə qərar çıxarılmış, mülki icraat qaydasında məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim F.Mirzəyev) 27 fevral 2018-ci il tarixli, 2(007)-645/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehoviçdən 7180 manat, eləcə də dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər R.Eyvazov - sədrlik edən və məruzəçi, S.Hacıyev, F.Talışinski) 03 iyul 2018-ci il tarixli, 2(103)-6679/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli, 2(007)-645/2018 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər T.Qoldman - sədrlik edən və məruzəçi, Ə.Mirzəliyev, G.Quliyev) 21 fevral 2019-cu il tarixli qərarı ilə Cavabdehoviçin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməs inin Mülki Kollegiyasının (hakimlər E.Şamayev - sədrlik edən və məruzəçi, M.Məmmədov, Ş.Məhərrəmova) 30.05.2019-cu il tarixli 2(103)-6428/2019 nömrəli qətnaməsi ilə Cavabdehoviç tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli, 2(007)-645/2018 saylı qətnaməsi ləğv edilərək İddiaçı Cavabdehoviçə qarşı “borc” tələbinə dair iddiasının təmin olunmaması barədə yeni qətnamə qəbul edilmişdir. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.05.2019-cu il tarixli 2(103)-6428/2019 qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassa siya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Bunun nəticəsi olaraq iş üzrə qanunsuz və əsasız qətnamə qəbul edilmişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyası iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında Cavabdeh və vəkili X2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM -in 415.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları a raşdırma kimi qiymətləndirilməməlidir. Bakı şəhəri Nizami RPİ-in 23-cü PB-nin təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 07 avqust 2017-ci il tarixli qərarından müəyyən edilmişdir ki, İddiaçı ərizə ilə Nizami rayon prokurorluğuna müraciət edərək, 2014-cü ildə iş görmək, yəni alçipan profil satmaq adı iləX2qəsəbəsində 6600 ABŞ dolları pul verdiyini, bundan sonra əlavə olaraq 5000 manat pul verdiyini, 5000 manat pulun bir hissəsinin X2 ona geri qaytardığını, 2145 manat borclu qaldığını, “xxxx” Bankdan 12740 ABŞ dolları kredit götürərək 6600 ABŞ dollarını X2a verdiyini, X2 banka 11 ay ödəniş etdiyini, hazırda X2ıq ona 5490 ABŞ dolları və 2145 manat verəcəyini olduğunu bildirmişdir. Həmçinin həmin qərara əsasən araşdırma zamanı İddiaçı təhqiq atçıya verdiyi izahatında 2014-cü ildə X2 ona pul qoyaraq alçipan satmalarını təklif etdiyini, X2la razılaşdığını və ona 5000 manat pul verdiyini, sonra X2la birlikdə “Ford” avtomobili, hər ay onun sahibinə 1500 manat pulu 8 ay ödəmək şərti ilə icarəyə götürdüklərini, X2 hər ay alıb-satdığı alçıpanın hesabını birgə apardıqlarını, hər ay orta hesabla 1800-2000 manat qazanc pul olduğunu, həmin qazancdan 1500 manat icarəyə götürdükləri maşının pulunu, 400 isə sürücünün pulunu verdiklərini, özlərinə qazanc qalmadığını, 8 ay bu cür işlədiklərini, sonra X2 əldə pul qalmadığını söylədiyini, “xxxx” Bankdan öz adına 12740 ABŞ dolları pul götürdüyünü və həmin puldan 6600 ABŞ dollarını X2a verdiyini, X2 banka 11 ay ərzində onun kredit pulundan 355 ABŞ dolları, cəmi 3905 ABŞ dolları pul ödədiyini, 201 5-ci ilin oktyabr ayından X2 banka pul ödəməydini, əvvəlcədən ondan aldığı 5000 manat puldan 2955 manatını qaytarsa da, 2145 manatını qaytarmadığını, bankdan götürdüyü kredit pulundan 5490 ABŞ dollarını banka ödəmədiyni göstərmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə ayrı-ayrı vaxtlarda 6600 ABŞ dolları və 5000 manat məbləğində pulu borc vermiş, sonuncu hissə-hissə 2520 manat pulu qaytarmış, qalan məbləği isə qaytarmamışdır. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi cavabdehin izahatına əsaslX2aq belə qənaətə gəlmişdir ki, iddiaçı cavabdehə cəmi 9700 manat məbləğində borc vermiş, iddiaçının həmin borcdan 2520 manat hissəsinin qaytarılmasını etiraf etdiyi üçün qalan məbləğ – 7180 manat cavabdehdən tutulmalıdır. Lakin cavabdeh apellyasiya şikayətind ə iddiaçıdan aldığı pul vəsaiti borc qismində deyil, iddiaçı ilə iş birliyi ilə bağlı aldığını və həmin məbləği artıqlanması ilə qaytardığını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəflərin münasibətlərinin borc müqaviləsindən irəli gəlməsini təsdiq edən, yəni pulu cavabdehin mülkiyyətinə verdiyini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. İddiaçının özünün məhkəməyə təqdim etdiyi təhqiqat orqanın qərarından müəyyən olunmuşdur ki, iddiaçı həmin orqana müraciət edərkən və orada izahat verərkən, tələb etdiyi pulu cavabdehə birgə “iş görmək” – alçıpan profillərini alıb-satmaq, yəni birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə vermiş, 2015-ci ilin oktyabr ayına kimi onlar birgə bu fəaliyyətlə məşğul olmuş, əldə etdikləri gəlir hesabına sahibkarlıq fəaliyyəti üçün zəruri olan avadanlıqlar (avtomobil) icarəyə götürmüş, işçilərə (sürücüyə) əmək haqqı vermiş, o cümlədən iddiaçının verdiyi vəsaitin bir qismi qaytarılmış, sonuncunun götürdüyü kreditinin bir hissəsi banka ödənilmişdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı ilə Cavabdehoviç arasında şifahi borc müqaviləsinin mövcud olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyi halda, birinci instansiya məhkəməsi iddianı təmin etdiyindən, yəni qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən apellyasiya qaydasında ləğv edilməli və iş üzrə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm aları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin məhkəmələr tərəfindən araşdrılmış hallarından görünür ki, tərəflər arasında Mülki Məcəllənin 739.1-ci maddəsinin dispozisiya şərtlərinin mövcud olmasına əsas verən halları, yəni iddiaçının tələb etdiyi pulu qaytarmaq şərtilə cavabdehin mülkiyyətinə verdiyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsa sı kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İddiaçının cavabdehə borc verməsi və həmin borcun bir hissəsinin onun tərəfindən qaytarılmasını təsdiq edən hər hansı müqavilə, qəbz, iltizam və ya başqa yazılı sənəd, həmçi nin şahid ifadəsi mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının tələb etdiyi borca münasibətdə öz iddia tələbini sübut edə bilməməsinə dair nəticəsi işin araşdırılmış hallarına uyğun olmuşdur. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyy ənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.05.2019-cu il tarixli 2(103)-6428/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6533/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6533/2019
14.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver