Məhkəmə qərarları › İş №2(102)-6535/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-6535/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6535/2021 04.11.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD işin icraata qəbulundan imtina edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Xəlilov İsmayıl Kamil oğlu, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5391/2020 nömrəli iş üzrə 08 may 2021-ci il tarixli qərardadından cavabdeh Kazakova Xəyalə Rüstəm qızı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək M Ü Ə Y Y Ə N ET D İ M: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Həsənov-sədrlik edən və məruzəçi, M.Məmmədov, Ş.Məhərrəmova, iş № 2(103)-5391/20) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə Cavabdeh1 münasibətdə və mübahisələndirilən hissədə dəyişdirilmədən saxl anılmışdır. AR Ali Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərardadı ilə (hakimlər A.Hüseynovsədrlik edən və məruzəçi, Ə.Nurməmmədov, V.Həsənov, iş № 2(102)-1003/21) Bakı şəhəri Apellyasiya Məhkəməsinin 13 avqust 2020-ci il tarixli qətnaməsindən cavabdeh Kazakova Xəyalə Rüstəm qızı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 08 dekabr 2020-ci il tarixli qərardadı ləğv edilmişdir. Məhkəmə qərardadı onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh Kazakova Xəyalə Rüstəm qızına aid hissədə - ipoteka predmetinə tutma yönəldiləcəyi təqdirdə onun evdən məcburi qaydada çıxarılması hissəsində apellyasiya instansiya məhkəməsi tərəfindən yoxlanılmamışdır. Həmçinin sonuncunun kredit borcunun tutulması hissəsində qətnaməni müba hisələndirmək üçün subyektiv hüququ yoxdur. Belə ki, apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli qərardadında ifadə edilmiş hüquqi mövqelərə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvinin tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda, bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin disp ozitivlik prinsipinə zidd olaraq yoxlanılması, digər tərəfdən isə məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnəcəkdir (bənd 59). Beləliklə, cavabdehin apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ tanına bilməz. Cavabdeh Kazakova Xəyalə Rüstəm qızı bunun üçün ilk növbədə birinci instansiya məhkəməsinin qətnaməsinin qanunla müəyyən edilmiş qaydada özünə aid hissədə mübahisələndirə, bununla bağlı apellyasiya instansiya məhkəməsinin qəbul edəcəyi qərarla razı olmadığı halda sonuncu qərardan kassasiya şikayəti verə bilər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Həsənov - sədrlik edən və məruzəçi, M.Məmmədov, V.Sadıqov) 08 may 2020-ci il tarixli qərardadı ilə kassasiya instansiy ası məhkəməsinin göstərişinə uğun olaraq cavabdeh Kazakova Xəyalə Rüstəm qızı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh Kazakova Xəyalə Rüstəm qızı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir. Bu hissədə şikayət olunan məhkəmə aktı çıxarılarkən düzgün tətbiq edimədiyi iddia olunan hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və hər birinin qarşısında düzgün tətbiq ediməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Şikayətlərin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada konkret iş üzrə məhkəmənin hüququn düzgün tətbiq etmədiyi ilə bağ lı mövqeyi ilə yanaşı, ümumən məhkəmə təcrübəsinin dəyişdirilməli olduğuna dair mövqe də lazımi qaydada əsaslandırılmış şəkildə təqdim olunsun. Şikayətçi əslində kassasiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Çünki apelyasiya məhkəməsi kassasiya məhkəməsinin qərarında göstərilənləri icra etmişdir. Ona görə kassator ilk növbədə hansı əsaslarla və hansı normaları rəhbər tutmaqla qərarda qeyd olunanlarla razı olmadığını, məhkəmənin mövqeyinin qanunsuz olmasını əsaslandırmalı idi. Lakin, şikayətdə belə bir əsaslanma yoxdur. MPM-nin 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti qaytarılır. Bu Məcəllənin 408.1.1. və 408.1.3408.1.5-ci maddələrində nəzər də tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır (408.2). Nəzərinizə çatdırılır ki, MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ona görə cavabdehin kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 404-1, 408.1.5 və 408.2-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5391/2020 nömrəli iş üzrə üzrə 08 may 2021-ci il tarixli qərardadından cavabdeh Kazakova Xəyalə Rüstəm qızı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar