Məhkəmə qərarları › İş №2(102)-6537/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6537/2021

21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6537/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdeh X1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Borcun ödənilməsi, tutmanın ipotekaya ödənilməsi, əmlakdan istifadə hüquqlarının itirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili Abışova Günay Rza qızının, Cavabdeh vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2020-ci il tarixli, 2(103)209/2020 saylı qətn aməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 100.LN.2004.280813.0001 №-li, 28.08.2013-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə kreditdən istifadəyə görə illik 6% dərəcəsi ilə, 60 ay müddətinə 100.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə cavabdeh, bank qarşısında üzərinə götürdüyü öhdəliklərinin icrasını təmin etmək məqsədilə mülkiyyətində olan qeyri-yaşayış sahəsini kreditorun xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə tərəflər arasında 28.08.2013-cü il tarixdə 100.CL.280813.00001 №-li ipoteka müqaviləsi bağlanmışdır. Bundan başqa, iş üzrə tərəflər arasında 01.1 2.2014cü il tarixdə bağlanmış 100.LN.2004.011214.00001 №-li kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən cavabdehə kreditdən istifadəyə görə illik 6% dərəcəsi ilə, 60 ay müddətinə 60.000 manat məbləğində kredit verilmişdir. 2.İddiaçı ASC cavabdeh tərəfindən öhdəliyin icra edilməməsini əsas tutaraq, 28.08.2013-cü il tarixli kredit müqaviləsi üzrə 99.845,78 manat əsas borc, 12.084,01 manat faiz borcu; 01.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 59.980 manat əsas borc, 6.056,18 manat faiz borcu hesablamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ASC cavabdehlə Cavabdeh qarşı iddia ərizəsi, daha sonra isə “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış 100.LN. 2004.280813.0001 №-li, 28.08.2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcun ödənilməsi məqsədi ilə 99.845,78 manat, əsas borc məbləğinə hesablanmış faiz borcun ödənilməsi məqsədi ilə 12.084,01 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 3.909,73 manat olmaqla, cəmi 115.839,52 manat; 01.12.2014-cü il tarixdə bağlanmış 100.LN.2004.011214.00001 №-li kredit müqaviləsi üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 59.980 manat, əsas borc məbləğinə hesablanmış faiz borcun ödənilməsi məqsədi ilə 6.056,18 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 1.050 manat, cəmi isə 67.086,18 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsum unun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması; tutmanın ipoteka predmetinə - cavabdehə məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə 20 ünvanda yerləşən 0,84773 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinə yönəldilməsi; həmin əmlakın açıq hərracdan satılması; əmlakın satışından əldə oluna biləcək pul vəsaitinin cavabdehin kredit borcunun ödənilməsinə yönəldilməsi; həmin vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun cavabdehdən ümumi qaydada tutulması; açıq hərracdan satıldığı halda qeyri-yaşayış sahəsinin boşaldılması; cavabdehin həmin əmlakdan istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Suraxanı Rayon Məhkəməsinin 03.05.2018-ci il tarixli 2-(010)-320/2018 nömrəli qət naməsi ilə (hakim C.Qədimov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 28.08.2013-cü il tarixdə bağlanmış 100.LN.2004.280813.0001 №-li “Kredit müqaviləsi” üzrə əsas kredit borcun ödənilməsi məqsədi ilə 99.845 manat, əsas borc məbləğinə hesablanmış faiz borcun ödənilməsi məqsədi ilə 12.084,01 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 1.000 manat; 01.12.2014-cü il tarixdə bağlanmış 100.LN.2004.011214.00001 №-li kredit müqaviləsi üzrə əsas kredit borcun ödənilməsi məqsədi ilə 59.980 manat, əsas borc məbləğinə hesablanmış faiz borcun ödənilməsi məqsədi ilə 6.056,13 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 500 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pu lun cavabdehdən iddiaçının xeyrinə tutulması, borcun ödənişinin ipoteka predmeti olan qeyriyaşayış sahəsinin açıq hərracdan satışı hesabına həyata keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pulun cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, cavabdehin hər iki kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və iddia əsaslı olduğundan qismən təmin edilməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317, 319.1, 296.1, 296.7, 385.1, 442, 443, 448, 739-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraa t

7. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2020-ci il tarixli, 2(103)-209/2020 saylı qətnaməsi ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və E.Y.Şamayev) cavabdehin verdiyi apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 28.08.2013-cü il tarixdə bağlanmış 100.LN.2004.280813.0001 №-li kredit müqaviləsi üzrə əsas kredit borcun ödənilməsi məqsədi ilə 99.845 manat, əsas borc məbləğinə hesablanmış faiz borcun ödənilməsi məqsədi ilə 12.0 84,01 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 1.000 manat; 01.12.2014-cü il tarixdə bağlanmış 100.LN.2004.011214.00001 №-li kredit müqaviləsi üzrə əsas kredit borcun ödənilməsi məqsədi ilə 59.980 manat, əsas borc məbləğinə hesablanmış faiz borcun ödənilməsi məqsədi ilə 6.056,13 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 500 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş ipoteka predmetinə - Cavabdeh məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə 20 ünvanda yerləşən 0,84773 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinə yönəldilməsi, qeyr i-yaşayış sahəsinin ilkin satış qiymətinin 230.000 (iki yüz otuz min) manat müəyyən edilməsi, qeyriyaşayış sahəsinin açıq hərracdan satılması və satışdan əldə olunacaq pul vəsaiti hesabına Cavabdeh borcunun ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdehin hər iki kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına, ekspert rəyinə əsasən hesab etmişdir ki, 28.08.2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas kredit borcunun ödənilməsi məqsədi ilə 99.845 manat, əsas borc məbləğinə hesablanmış faiz borcun ödənilməsi məqsədi ilə 12.084,01 manat; 01.12.2014-cü il tarixdə bağlanmış 100.LN.2004.011214.00001 №-li kred it müqaviləsi üzrə əsas kredit borcun ödənilməsi məqsədi ilə 59.980 manat, əsas borc məbləğinə hesablanmış faiz borcun ödənilməsi məqsədi ilə 6.056,13 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə iddiaçının tələbi qeyd edilən həcmdə təmin edilməlidir.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 28.08.2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, cavabdeh hər iki kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərinin icrasının təminatı kimi özünə məxsus qeyri-yaşayış sahəsini və həmin əmlakın yerləşdiyi torpaq sahəsini bank qarşısında ipoteka ilə yüklü etmişdir. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 14.02.2020-ci il tarixli, 282M №-li rəydən görünür ki, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin rəy verilən tarixə bazar dəyəri – 230.000 manat təşkil edir.

12. Apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443, 445, 465, 448, 739-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 13.Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.03.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Cavabdehin banka olan faiz bo rcu düzgün hesablanmamış, həmin məbləğ süni şəkildə şişirdilmişdir. Ona görə də hazırki mübahisənin ədalətli həlli məqsədi ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilməli və bundan sonra iddiaçının iddia tələbinə hüquqi qiymət verilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi.

17. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili Abışova Günay Rza qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Tətbiq edilən hüquq

18. Azərbaycan Respub likasının Mülki Məcəlləsi Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqa vilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər ə vəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 19. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Əsas anlayışlar 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur; Maddə1.0.9. İpoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normaları nın pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

22. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassas iya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Hazırkı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün yeni baxışa göndərilməlidir.

26. Belə ki, tərəflərin arasında bağlamış 100.LN.2004.280813.0001 №-li, 28.08.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, borcalan Cavabdeh sahibkarlıq fəaliyyəti göstərən şəxs olaraq müqaviləni bağlamışdır. Müqavilənin giriş hissəsində borcalanın məlumatları «12 saylı Ərazi Vergilər İdarəsi tərəfində n 07 iyun 2005-ci il tarixində verilmiş şəhadətnaməyə əsasən sahibkarlıq fəaliyyəti göstərən Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh» kimi göstərilmiş, həm şəxsiyyət vəsiqəsi barədə məlumatlar, həm də VÖEN nömrəsi qeyd olunmuşdur. 27.“Müqavilənin predmeti” bölməsində borcalana kreditdən yalnız dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə istifadə edilməsi əksini tapmışdır. 28.Həmçinin müqavilənin 3.1-ci bəndindən görünür ki, kreditin verilməsi şərtlərindən biri, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən köçürmə əsasında verilməsidir. 29.Bundan başqa, tərəflərin arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, cavabdeh kreditin təminatı olaraq, özünün mülkiyyətində olan qeyri-yaşayış sahəsini – quşçuluq təsərrüfatına aid əmlak kompleksini ipoteka ilə yüklü etmişdir. 30.Məhkəmə kollegiyası hesab edir ki, işə baxmış məhkəmələr işin bu vəziyyətində ilk növbədə işə baxılmasının ümumi və ya kommersiya məhkəməsinə aid olmasını müəyyən etməli idi. 31.Belə ki, Azərbaycan Respublikasının MPM-in 24.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 32.Konstitusiyasının 62-ci maddəsindən çıxış etməklə Azərbaycan Respublikasının MPM-nin 31.1-ci maddəsində də aidiyyət qaydalarının pozulmasına yol verilməməsi əksini tapmışdır. 33.MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəx slərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 34.MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. 35.Məhkəmə aidiyyəti ilə bağlı məsələnin qəti həll olunmadığı halda işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli olan halların araşdırılması əhəmiyyətsizdir. Buna görə də məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlillərini araşdırmır.

36. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmalı, məhkəmə aidiyyəti ilə bağlı prosessual araşdırmanı davam etdirməli, işin prosessual hallarına MPM-nin İİİ fəslinin müddəaları əsasında qiymət verməli, aidiyyətlə bağlı gəlinin nəticədən asılı olaraq sonrakı prosessual hərəkətləri etməlidir.

37. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2020-ci il tarixli, 2(103)209/2020 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar