Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6538/2019 27.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Qoldman Tatyana Aleksandrovna və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 may 2019cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 may 2019-cu il tarixli qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, kassasiya şikayəti verilməsi üçün bu raxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov məhkəməsinin 05 mart 2018-cı il tarixli qətnaməsi ilə (hakim R.Quliyev, iş № 2(005)-69/2018) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 04.06.2014cü il tarixli, 5062F nömrəli kredit müqaviləsi üzrə 74.690 (yetmiş dörd min altı yüz doxsan) manat mələğində əsas, 21.123,90 (iyirmi bir min yüz iyirmi üç manat doxsan qəpik) manat məbləğində faiz, cəmi 95.813.90 (doxsan beş min səkkiz yüz on üç manat doxsan qəpik) manat məbləğində borcun, 05.12.2014-cü il tarixli, 5554F nömrəli kredit müqaviləsi üzrə 32.15 0 (otuz iki min yüz əlli) manat məbləğində əsas, 10.572,9 (on min beş yüz yetmiş iki manat doxsan qəpik) manat faiz, cəmi 42722.76 (qırx iki min yeddi yüz iyirmi iki manat yetmiş altı qəpik) manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ipotekaya qoyulmuş Cavabdeh məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 18 nömrəli evin 116 nömrəli mənzilinə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, ipoteka predmetinin Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 18 nömrəli evin 116 nömrəli mənzilinin ilkin satış qiymətinin 240.000 (iki yüz qırx min) manat müəyyən edilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin mülkiyyətçi Cavabdeh qaytarılması, ipoteka predmeti olan mənzil açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh həmin Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 18 nömrəli evin 116 nömrəli mənzilindən çıxmadığı təqdirdə, onun məcburi qaydada çıxarılması, ekspertiza xərci 50 (əlli) manatın Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), E.Nəbiyevvə R.Qurbanov, iş № 2(103)-11346/2018) iddiaçının və cavabdehin ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətləri təmin olunmamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-69/2018 saylı iş üzrə 05 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 mart 2019-cu il tarixli qərarı ilə (hakimlər İ.Dəmirov(sədrlik edən və məruzəçi), A.İsgəndərovvə Ə.Əhmədov, iş № 2(102)-1750/2019) iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsi qismən-faiz borcunun tutulması hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. CavabdehBakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tari xli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə və kassasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 may 2019-cu il tarixli qərardadı ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və R.Qurbanov, iş № 2(103)-11346/2018) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 may 2019-cu il tarixli qərardadının ləğv edilməsini, ka ssasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka p redmetinə yönəldilməsi tələbinə dair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov məhkəməsinin 05 mart 2018-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 04.06.2014-cü il tarixli, 5062F nömrəli kredit müqaviləsi üzrə 74.690 (yetmiş dörd min altı yüz doxsan) manat mələğində əsas, 21.123,90 (iyirmi bir min yüz iyirmi üç manat doxsan qəpik) manat məbləğində faiz, cəmi 95.813.90 (doxsan beş min səkkiz yüz on üç manat doxsan qəpik) manat məbləğində borcun, 05.12.2014-cü il tarixli, 5554F nömrəli kredit müqaviləsi üzrə 32.150 (otuz iki min yüz əlli) manat məbləğində əsas, 10.572,9 (on min beş yüz yetmiş iki manat doxsan qəpik) manat faiz, cəmi 42722.76 (qırx iki min yeddi yüz iyirmi iki manat yetmiş altı qəpik) manat məbləğində borc un, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ipotekaya qoyulmuş Cavabdeh məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 18 nömrəli evin 116 nömrəli mənzilinə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, ipoteka predmetinin Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 18 nömrəli evin 116 nömrəli mənzilinin ilkin satış qiymətinin 240.000 (iki yüz qırx min) manat müəyyən edilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə ar tıq məbləğin mülkiyyətçi Cavabdeh qaytarılması, ipoteka predmeti olan mənzil açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh həmin Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 18 nömrəli evin 116 nömrəli mənzilindən çıxmadığı təqdirdə, onun məcburi qaydada çıxarılması, ekspertiza xərci 50 (əlli) manatın Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının və cavabdehin ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətləri təmin olunmamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-69/2018 saylı iş üzrə 05 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 mart 2019-cu il tarixli qər arı ilə iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsi qismən-faiz borcunun tutulması hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. CavabdehBakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə və kassasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,iş materiallarında olan xəbərnaməyə görə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11346/2018 saylı 17 oktyabr 2018-ci il tarixli qətnaməsi 12 dekabr 2018-ci il tarixdə Cavabdeh rəsmi qaydada təqdim edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11346/2018 saylı 17 oktyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti ilə müraciət edilməsi üçün müəyyən edilmiş müddət ötürülmüşdür. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə prosessual hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasənQanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən,məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Mülki Prosessual Məcəllənin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “...qətnamədən şikayət verilməsi ilə müəyyən edilmiş 2 aylıq prosessual müddət buraxılmışdır ki, bunun da səbəbi kassasiya şikayətinin yalnız vəkil tərəfindən tərtib edilməsi halında icraata götürüldüyü üçün mənim də vəkilin xidmətini ödəməyə kifayət qədər vəsaitimin olmadığı səbəbi ilə izah olunur. Həmin müddət ərzində vəsaiti toplamaq üçün nə qədər cəhd etsəm də vaxtında həmin vəsaiti cəmləyə bilmədim. Bu səbəbdən də tərəfimdən sözügedən qətnamədən şikayət vaxtında verilməmişdir. Vəsaiti toplayıb vəkil ilə müqavilə baladıqdan sonra 07 mart 2019-cu il tarixdə kassasiya şikayətinə ərizə əlavə etməklə kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etdim.” Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “Cavabdeh tərəfindən verilmiş müddətin bərpa edilməsi barədə ərizədə isə göstərmişdir ki, vəkilin xidmətini ödəməyə kifayət qədər vəsaitinin olmadığı səbəbi ilə müddəti ötürüb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-cı maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Kollegiya qeyd edir ki, müddətin üzrlü səbəbdən buraxılması təsdiq edilməmiş, ərizədə göstərilən hallar isə müddətin buraxılmasının üzrlü hesab edilməsinə əsas vermir.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 may 2019-cu il tarixli qərardadının ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6538/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6538/2019
27.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver