Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-654/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh: Cavabdeh1 Cavabdeh: Cavabdeh2 İddia tələbi: kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi Açar sözlər: borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1255/2020 nömrəli iş üzrə 12 avqust 2020-ci il tarixli q ətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş kasasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan: -“xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, N1683/15 saylı kredit müqaviləsindən, müqaviləyə əlavədən və ödəniş qrafikindən görünür ki, bank (borc verən) Cavabdeh2 (borc alan) illik 29% hesablanmaqla 36 ay müddətinə, aylıq ödəniş 209,53 manat olmaqla 5.000 manat məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İlk ödəniş tarixi xx xxxxxx 2015-ci il, sonuncu ödəniş tarixi xx xxxxxx 201 8-ci il olaraq müəyyən edilmişdir. Müqavilənin 10.1-ci bəndinə əsasən borclu ödənişləri müəyyən olunmuş gündən sonrakı 7 təqvim günü müddətində ödəmədikdə, gecikdirilən hər gün üçün ödənilməmiş borc məbləğinin 1% miqdarında cərimə ödəməlidir. -“xxxx” ASC ilə zamin Cavabdeh1 və borc alan Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, N-1683/15 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh2 kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür. -LPO İddiaçı ASC tərəfindən təqdim edilən xx xxxx 2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 xx xxxxxx 2015-ci il tarixli, N-1683/15 saylı kredit müqaviləsi üzrə xx xxxx 2018-ci il tarixi nə 4.723,06 manat əsas borc, 4.828,27 manat faiz borcu və 119,39 manat müqavilə müddəti bitdikdən sonra hesablanımş faiz borcu olmaqla, ümumilikdə 9.670,72 manat borc hesablanmışdır. -LPO İddiaçı ASC-nin Cavabdeh2 ünvanladığı xx xxxx 2018-ci il tarixli xəbərdarlıqdan görünür ki, borclulara kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcun ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli, 11470 saylı rəyindən görünür ki, Cavabdeh2 xx xxxxxx 2015-ci il tarixli, 1683/15 saylı kredit müqaviləsi üzrə müqavilə müddətinə, yəni xx x xxxxx 2018-ci il tarixə banka olan borcu əsas məbləğ üzrə 3.902,04 manat, faiz borcu üzrə isə 3.214,54 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan müştərək qaydada Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 4.723,06 manat əsas borc, 4.828,27 manat faiz borcu və 119,39 manat dəbbə pulu olmaqla, ümumilikdə 9.670,72 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 911/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Ə.Rüstəmli) iddia tələbi qismən təmin edilər ək, xx xxxxxx 2015-ci il tarixli, N-1683/15 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3.902,04 manat əsas borc, 3.214,54 manat manat faiz borcu və 50 manat dəbbə pulu olmaqla, ümumilikdə 7.166,58 manat məbləğində vəsaitin iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 22 manatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada Ləğv prosesində olan İddiaçı ASC xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manatın 52 manatının iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-dən, 148 manatının isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı Ləğv prosesində olan İddi açı ASC apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1255/2020 nömrəli, 12 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.F.Babayev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsinin apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulan əsas və faiz borcunun məbləğinə aid hissədə dəyişdirilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalı olan əsas borcun məbləğinin 4490,67 (dörd min dörd yüz doğsan manat altmış qəpik) manat, faiz borcunun məbləğinin isə 3570,61 (üç min beş yüz yetmiş manat altmış bir qəpik) manat müəyyənləşdir ilməsi, qətnamənin iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə münasibətdə və onun mübahisələndirdiyi digər hissələrdə dəyişdirilmədən saxlanılması və iş üzrə keçirilmiş ekspertizanın xərci qismində 100 (manatın) manatın 30 (otuz) manatının iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-dən, 70 (yetmiş) manatının isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/hAZ41NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülməsi qət edilmişdir. Kasasiya şikayətinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı Ləğv prosesində olan İddiaçı ASC kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv olunmasına və iddia tələbinin təmin olunmayan hissədə tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası əsassız və yalnışlıqlarla tərtib olunmuş ekspert rəyini sübut növü kimi qəbul edərək bankın hüquqlarını pozmuş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin vəkili Vəkil kasasiya şikayətinin dəlillərini müdafiə ed ərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci ma ddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdir ilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kasasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq norm alarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Apelyas iya instansiyası məhkəməsi hesab etmişdir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və müqavilə şərtləri baxımından bankla cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir Ekspert rəyini, həmçinin irəli sürülən iddia tələbini nəzərə alaraq apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı olan əsas borcun məbləği müqavilənin bitmə tarixinə, yəni xx.xx.2018-ci il tarixinə 4.490,67 manat, faiz borcunun məbləği isə 3.570,61 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfində n mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kasasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki K ollegiyasının 2(103)-1255/2020 nömrəli, 12 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-654/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-654/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver