Məhkəmə qərarları › İş №2(102)-6540/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6540/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6540/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-31/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsində n Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 10 sentyabr 2015-ci il tarixli 486/F-15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 60000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 11 sentyabr 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri Nəsimi rayonu D.Əliyeva küçəsində yerləşən 243 nömrəli evin 23 nömrəli mənzilini həmin kredit müqaviləsi üzrə kreditin təminatı olaraq ipoteka qoymuşdur. Bankın ipoteka hüququ qeydə alınmış dır. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 10 sentyabr 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən, həmin zamin sözügedən kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalan ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Cavabdehlər müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişlər. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə cavabdehə bildiriş göndərilmiş, həmin bildiriş də qeydə alınmışdır. İddiaçılar Cavabdeh2 və X3 cavabdehlər İddiaçı ASC və Bakı şəhəri 53 saylı Notariat ofisinə qarşı kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin məhkəmənin 15 yanvar 2020-ci il tarixli 2(004)-299/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmiş və yekun məhkəmə aktı 17 fevral 2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 10 sentyabr 2015-ci il tarixli, Ns 486/F-15 saylı kredit müqaviləsi üzrə 56221,77 ABŞ dolları əsas, 12586,35 ABŞ dolları faiz, 11088,18 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 79896,30 ABŞ dolları məbləğində kredit borcunun, eləcə də ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 31 manat rüsumun, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsumun Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması, həmin borc məbləğinin Cavabdeh2 məxsus olan Bakı şəhəri Nəsimi rayonu D.Əliyeva küçəsi, 243 saylı evin 23 nömrəli mənzilinə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satışından əldə edilən məbləğ hesabına borcun ödənilməsi, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər kredit və zaminlik müqavilələri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə onların banka borcu yaranmışdır. İddiaçının təqdim etdiyi 16 iyun 2017-ci il tarixli maliyyə arayışına əsaəsn cavabdehlərin 16.06.2017-ci il tarixə banka 56221,77 ABŞ dolları əsas, 12586,35 ABŞ dolları faiz, 11088,18 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 79896,30 ABŞ dolları məbləğində kredit borcu vardır. "xxxx" MMC tərəfindən ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi həyata keçirilmiş, evin bazar dəyərinin 85000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Emin Mehdiyev) 16 mart 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 56221,77 ABŞ dolları əsas borc, 12586,35 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə olmaqla cəmi 69108,12 ABŞ dolları kredit borcunun ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin 30 manat məbləğində dövlət rüsumu və saitinin tutulması, tələbin ipoteka ilə yüklü edilmiş X2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu D.Əliyeva küçəsi, 243 saylı evin 23 nömrəli mənzilinə yönəldilməsi, həmin ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 85000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması və mənzilin satışından əldə olunmuş vəsait hesabına qeyd edilən kredit borcunun ödənilməsi, həmin ipoteka predmetinin açıq hərracda satılması nəticəsində əldə edilmiş vəsait qeyd edilən borcun ödənilməsi üçün yetərli olmadığı halda qalan məbləğin Cavabdeh1 və Cavabdeh3 birgə qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər kredit və zaminlik müqavilələri üzrə üzərinə götürdükləri lazı mı qaydada yerinə yetirmədiklərinə görə, onların bank qarşısında öhdəlikləri yaranmışdır. Məhkəmə əsas və faiz borcu tələb edilən həcmdə tutmuş, tələb edilən 11088,18 ABŞ dolları cərimə borcunu əsas borca tənasübsüz yüksək hesab edərək Mülki Məcəllənin 467-ci maddəsinə əsaslanaraq dəbbə pulunu 300 manat azaltmışdır. Məhkəmə həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi hissədə də tələbi təmin etmiş, ipoteka predmetinin ilkin satış qiymətini məhkəməyə təqdim edilmiş rəyə uyğun olaraq 85000 manat müəyyən etmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın qismən, yəni məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən ediləcək məbləğ həddində təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya ş ikayəti belə əsaslandırılmışdır ki, məhkəmə mühasibatlıq ekspertizası təyin etmədən iddiaçının iddia ərizəsində qeyd etdiyi şişirdilmiş rəqəmləri əsas götürməklə qətnamə qəbul etmişdir. Halbuki onun tərəfindən banka kifayət qədər kredit borcu ödənilmişdir. Bundan əlavə məhkəmə onun məhkəmə iclasında iştirakını təmin etməməklə çəkişmə prinsipinin də tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 29.08.2019-cu il tarixli 7127 nömrəli rəyinə əsasən, 10 sentyabr 2015-ci il tarixli 486/F-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan borcu 30.12.2017-ci il tarixə əsas borc üzrə 56229,66 ABŞ dolları, faiz borcu üzrə 23116,64 ABŞ dolları məbləğində və 16.07.2018-ci il tarixə əsas borc üzrə 56229,66 ABŞ dolları, faiz borcu üzrə 29239,42 ABŞ dolları müəyyən olunur. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: İlham Kərimli - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, Elşən Kazımov) 09 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, məhkəmə mühasibatlıq ekspertizasının rəyinə görə Cavabdeh1 banka olan əsas və faiz borcu iddia tələbində göstərilən məbləğlərdən çoxdur. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsl ərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi kredit borcunun məbləği ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin borcun düzgün hesablanmaması, şişirdilməsi ilə bağlı dəlil öz təsdiqini tapmır. Cavabdeh məhkəmə bildirişlərini almadığını bildirsə də, işdən görünür ki, cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə elektron qaydada məhkəmə bildirişləri göndərilmişdir. (i.v.52) Cavabdeh1 (vəkil X5) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahat ları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmıdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Ekspert rəyi əsassızdır, təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı ba rədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavablərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyas ı məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi a dlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmi n şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni z amanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmir sə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (269.1, 295, 317, 319.1 və 319.6-cı maddələr). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hal ların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticə lənə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlili iş üzrə verilmiş ekspert rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunm ası, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Təkrar ekspertizanın keçirilməsi barədə kassasiya şikayətinin dəlilini də məhkəmə kollegiyası əsaslı hesab etmir. Cavabdeh kassasiya şikayətində təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilmədiyini qeyd etmiş, lakin təkrar ekspertizanın keçirilməsinin zəruriliyini əsaslandırmamış, iş üzrə təkrar ekspertizanın keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Belə ki, MPM-nin 102.2-ci maddəsinə görə, məhkəmə əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-31/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar