Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6545/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9475/2021 nömrəli iş üzrə 02 sentyabr 2021-ci il tarixli qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 noyabr 2021-ci il tarixd ə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 19 may 2015-ci il tarixli kredit müqaviləsinə əsasən MMC-yə 24 ay müddətinə 1.200.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 19.05.2015-ci il tarixli 02 saylı kredit müqaviləsinə 05.08.2016-cı il tarixində 01 saylı əlavə edilmişdir. Əlavəyə əsasən borcalana verilmiş 1.200.000 ABŞ dolları məbləğində kredit üzrə qalıq 1.100.000 ABŞ dolları məbləğində əsas borc hissəsinin geri qaytarılma müddəti tərəflər arasında imzalanmış ödəniş cədvəlinə uyğun olaraq 19.05.2018-ci il tarixinədək uzadılmışdır. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh2 arasında 19 may 2015-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə ə sasən Cavabdeh2 məxsus Abşeron rayonu, Saray qəsəbəsində mülkiyyətində olan 1.8693 ha torpaq sahəsi və üzərində yerləşən əmlak kompleksi kimi müəssisə ipoteka qoyulmuşdur. İddiaçı ASC ilə Cavabdeh2 arasında 19 may 2015-ci il tarixli 01 saylı ipoteka müqaviləsinə dair bağlanmış 05 avqust 2016-cı il tarixli 1 nömrəli əlavəyə əsasən 19 may 2015-ci il tarixli 02 saylı kredit müqaviləsinə və bu müqaviləyə edilmiş 05.08.2016-cı il tarixli 01 saylı əlavəyə əsasən “Azər-Türk Bank ASC "xxxx" MMC-yə dövriyyə vəsaiti olaraq 19.05.2018-ci il tarixinədək 1.100.000 ABŞ dolları məbləğində kredit vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2017-ci ilin iyun ayında İddiaçı ASC cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə mür aciət edərək, "xxxx" MMC-nin 19 may 2015-ci il tarixli 02 saylı kredit müqaviləsi və ona 05.08.2016-cı il tarixdə edilmiş 01 saylı Əlavəyə əsasən İddiaçı ASC-yə olan 1.100.000 ABŞ dolları əsas, 121.159,65 ABŞ dolları faiz borcunun, iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun və bildirişlərin DƏDRX-də qeydiyyatı ilə bağlı 30 manat rüsumun cavabdeh "xxxx" MMC-dən tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-189/2018 saylı, 15 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Z.Ağayev) iddia təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə Cavabdeh3 qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair qətnamə çıxarılması barədə apell yasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5358/2018 saylı, 25 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və A.Ə.Hüseynov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-189/2018 saylı, 15 yanvar 2018-ci il tarixli qətnaməsi Cavabdeh3 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3774/2019 saylı, 03 iy un 2019cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5358/2018 nömrəli iş üzrə 25 dekabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 MMC-nin kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat 03.10.2019-cu il tarixdə Cavabdeh2 da Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ona münasibətdə ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6540/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı R ayon Məhkəməsinin 2(010)-189/2018 saylı, 15 yanvar 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. 26.10.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh3 kassasiya şikayəti və 27.10.2020-ci il tarixdə kassasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5358/2018 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qərardadı ilə (hakimlər – R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), C.A.Yusifov və R.M.Həsənov) Cavabdeh3 tərəfindən verilmiş ərizə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5358/2018 saylı, 25 dekabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayətləri verərək Cavabdeh2 qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, Cavabdeh3 isə qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh3 həmçinin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5358/2018 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qərardadından kassasiya şikayəti verərək qərardadın prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərərək ləğv edilməsini və kassasiya şikayətinə baxılmasının mümkün hesab edilməsini xahiş e tmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2305/2021 saylı, 18 may 2021-ci il tarixli qərarları ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6540/2020 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5358/2018 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat 27 avqust 2021-ci il tarixdə Cavabdeh1 MMC Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-189/2018 saylı, 15 yanvar 2018-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)9475/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qərardadı ilə Bakı şəhə ri Suraxanı Rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli 2(010)-189/2018 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılmışdır. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 MMC qərardaddan kassasiya şikayəti verərək apellyasiyanın qeyrimümkün sayılmasının qanunsuz olmasını əsas göstərməklə qərardadın ləğv edilməsini və apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdı r. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdeh MMC-nin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 360 Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 366.4 Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Kassasiya baxışının hədləri Kassasiya şikayəti qərardadın ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qərardadın qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrli k edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə etdikdən sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, "xxxx" MMC-nin nümayəndəsi və vəkili X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli qətnaməsinin surətini 18 sentyabr 2019-cu il tarixdə məhkəmə qəbzini imzalamaqla qəbul etmiş (İ cild, i/v 293), MMC tərəfindən verilmiş apellyasiya şikayəti isə 27 avqust 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Cavabdeh tərəfindən apellyasiya şikayəti müəyy ən olunduğu kimi qanunda nəzərdə tutulmuş müddət ötürülməklə verilmişdir. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilən Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İşdə apellyasiya şikayətinin verilmə müddətinin bərpası barədə ərizə olmadığından, apellyasiya instansiyası məhkəməsi cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətini qeyri-mümkün hesab etmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşır və hesab edir ki, qərardad iş materiallarına və prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan kassasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9475/2021 nömrəli iş üzrə 02 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6545/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6545/2021
17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver