Məhkəmə qərarları › İş №2(102)-655/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-655/2019

31.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-655/2019 31.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 31 yanvar 2019-cu il şəhəri İş № 2(102)-655/19 Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1nun vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, iddiaçı x1nun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyul 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli, 2(010)1545/2018 saylı q ətnaməsi ilə (hakim R.Həsənov) iddianın qismən təmin edilməsi, cavabdeh x2 12032 manat əsas borc və 700 manat faiz borcu olmaqla, ümumilikdə 12732 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Ləğv prosesində olan x4-nin hesabına ödənilməsi, tələbin girov qoyulmuş cavabdeh x2 mülkiyyətində olan “KAMAZ-5410” yük markalı, buraxılış ili 1990-cı il olan, ban 933172Birkasiz, qırmızı rəngli, 10-OX-*** dövlət nömrə nişanlı yük avtomobilə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçının banka olan borcunun ödənilməsi, kredit borcu tam ödənildikdən sonra, ipoteka predmetinin satışından qalan pul vəsaitinin cavabdehə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kolle giyasının 11 iyul 2018-ci il tarixli, 2(103)7642/2018 saylı qətnaməsi ilə (hakimlər: N.Cəfərov, V.Baxışova və V.Həsənov) Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli, 2(010)-1545/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı x1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyul 2018-ci il tarixli, 2(103)-7642/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdehlər x2 və x3 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsinə, tələbin girov predmetinə yönəldilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 12032 manat əsas borcun, müqavilə müddəti bitdik dən sonra əsas borca illik 5 % hesablanmış 7642 manat faiz borcun, ümumilikdə isə 19674 manat məbləğində pul vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan x4-nin hesabına ödənilməsi, tələbin girov qoyulmuş cavabdeh x2 mülkiyyətində olan “KAMAZ-5410” yük markalı, buraxılış ili 1990-cı il olan, ban 933172 Birkasiz, qırmızı rəngli, 10-OX-*** dövlət nömrə nişanlı yük avtomobilinə yönəldilməsi, açıq hərrac yolu İlə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyul 2018-ci il tarixli, 2(103)-7642/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı x1nun vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh x2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdən göründüyü kimi Bank müqavilə müddəti bitdikdən sonrakı dövr üçün 5 faizlə hesablanmış faiz borcu kimi 7.642 manat tutulmasını tələb etsə də, apellyasiya instansiyası məhkəməsi bu tələbi qismən - 700 manat hədində təmin etmiş, tələbin qalan hissəsini rədd etmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Belə ki, pulun qaytarılmasının gecikdirilməsi faktı baş verib. İddiaçının hesabladığı 7.642 manat pulun tutulmasının hüquqi əsası Mülki Məcəllənin 445.7-ci maddəsindəki n orma təşkil edir. Bu maddəyə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirİlmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Göründüyü kimi, gecikdirilmiş vaxt üçün illik 5 faiz o halda tutulur ki, kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməsin. Hazırkı işdə iddiaçı (kreditor) digər əsaslardan (zərər vurma, faydalanma və s. əsaslardan) çıxış edərək daha böyük məbləğ tələb edə bilmir. Odur ki, gecikməyə görə borclu iddiaçıya illik 5 faiz ödəməyə borcludur. Mülki Məcəllənin 445.7-ci maddəsində “faiz” ifadəsi ilə “dəbbə pulu” anlayışı ifadə olunub. Belə ki, borclunun 5 faiz ödəmək vəzifəsini müəyyən edən 445.7-ci maddəsində hipotezası “borclu pul məbləğinin ödənilməsin i gecikdirdə” kimi göstərilmişdir. Hipoteza - hüquq normasının struktur hissəsi olmaqla normanın tətbiqini şərtləndirir, yəni norma yalnız hipotezada göstərilən şərtlər olduğu halda tətbiq edilir. Göründüyü kimi, 5 faiz ödəmək vəzifəsi öhdəliyin icrası gecikdirildiyi halda yaranır, gecikməyə görə ödənilən pul isə dəbbə pulu sayılır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsində dəbbə puluna verilmiş anlayışdan görünür ki, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği dəbbə puludur. Nəzərə alınmalıdır ki, dəbbə pulunun ödənilməsi yalnız müqavilə ilə deyil, qanunla da müəyyənləşdirilə bilər. Belə ki, Mülki Məcəllənin 464.1-ci maddəsinə görə kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəz ərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. 445.7-ci maddədə göstərilən “5 faiz” qanunla müəyyənləşdirilən dəbbə puludur, sadəcə dəbbə pulunun məbləğinin təyin edilməsində “ədədə görə faizin tapılması” hesablamasından istifadə olunub. Dəbbə pulu kimi tələb olunan 7.642 manat tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Odur ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq dəbbə pulu azaltmış, onu məbləğini 700 manat müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi zaminə qarşı tələbi düzgün olaraq rədd etmişdir. Belə ki,zaminliyin müddəti keçdiyinə görə zaminliyə xitam verilmişdir. Mülki Məcəllənin 477.0.4-cü maddəsi nə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyiin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təyin edilmədiyindən zaminliyə onun təmin etdiyi öhdəliyin (kredit öhdəliyinin) icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Kredit müqaviləsindən əmələ gələn kredit öhdəliyinin icrası vaxtı 07.04.2010-cu il tarixində başa çatmışdır, hazırkı iddia isə bu tarixdən 7 il 8 ay sonra - 19.01.2018-ci il tarixində irəli sürülmüşdür. Zaminliyə xitam verildiyindən zamin x3 bankın qarşısında məsuliyyət daşımır. Şərh olunanları n əzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar