Məhkəmə qərarları › İş №2(102)-655/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-655/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-655/2021 15.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, ekspert rəyi, sübutetmə) Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)3354/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəy yən etdi: İşin halları: xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi ilə “xxxx” ASC tərəfindən Cavabdeh 27 ay müddətinə, illik 19% ödəmək şərti ilə 48000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh mülkiyyətində olan “xxx” markalı, 2011-ci il buraxılışlı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobili bank qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. İddiaçı tərəfindən tərtib olunmuş Maliyyə arayışına əsasən Cavabdeh xx xxxxxx 2017-ci il tarixə 26222,77 manat əsas, 6872,23 manat faiz, 23827,38 manat dəbbə pulu olmaqla, cəmi 56922,38 manat borcu mövcuddur. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhk əməmühasibatlıq ekspertizasının xx xxxxxxx 2018-ci il tarixli, 15490 saylı və təkrar məhkəməmühasibatlıq ekspertizasının xx xxxx 2019-cu il tarixli, 7860 saylı rəylərinə əsasən maliyyə arayışı məlumatları və xx xxxxxx 2014-cü il tarixli 003 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh (bütün ödənişlər nəzərə alınmaqla) “xxxx” ASC-yə 6821,44 manat məbləğində artıq ödənişin olması müəyyən edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan “xxxx” ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 26222,77 manat əsas, 6872,23 manat faiz, 23827,38 manat dəbbə pulu olmaqla, cəmi 56922,38 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh məxsus “xxx” minik markalı, buraxılış ili 2011-ci il olan, **-RU-*** dövlət nömrə nişanlı avtomobilinə yönəldilməsi, həmin avtomobilin hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində banka borcu yaranmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(006)222/2019 nömrəli qətnaməsi ilə (hakim P.A.Hüseynov) iddia təmin edilməmişdir. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilmiş, onun xx xxxxxx 2014-cü il tarixli 00 3 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya borcu qalmamışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan “xxxx” ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(006)-222/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-3354/2020 nömrəli qətnaməsi ilə (hakim A.V.Tanrıverdiyevin sədrliyi və məruzəsi ilə, T.S.Səmədovdan və İ.S.Şirinovdan ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(0 06)-222/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə təyin edilmiş ekspertizaların rəylərinə müvafiq olaraq cavabdehin mübahisələndirilən kredit müqaviləsi üzrə iddiaçıya borcu qalmamasına dair mövqeyi qanuni və əsaslıdır. İş materialının 104-cü vərəqində olan xx xxxxxx 2014-cü il tarixli, FJB**********407 saylı qəbzə və ekspert rəyinə əsasən 21000 manat və eləcə də bütün digər ödənişlər edilmişdir. Odur ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində tədqiq olunmuş sübutlar və ekspert rəyləri əsasında cavabdehin mübahisələndirilən kredit müqaviləsi üzrə iddiaçıya borcunun qalmaması, bütün ödənişlər nəzərə alınmaqla cavabdehin “xxxx” ASC-yə 6821,4 4 manat məbləğində artıq ödənişinin olması müəyyən edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı Ləğv prosesində olan “xxxx” ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vasitəsi ilə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-3354/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, ekspertiza mərkəzinin rəyləri ilə müəyyən edilmiş məbləğ cavab dehin Banka olan borcu barəsində reallığı əks etdirmir və düzgün hesablanmamışdır. Lakin, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, bank tərəfindən təqdim olunan hesabdan çıxarış və maliyyə arayışında, müqavilə üzrə bütün ödənişlər nəzərə alınmaqla, həmin ödəniş real olmadığından göstərilməmişdir. Həmçinin ekspert rəyində cavabdeh tərəfindən banka ümumilikdə 59074 manat məbləğində ödənişin həyata keçirilməsi göstərilsə də, bank tərəfindən təqdim olunan hesabdan çıxarışa əsasən ümumi ödəniş 36489,11 manat təşkil etmişdir. xx xxxxxx 2014-cü il tarixli 21000 manatlıq ödəniş həyata keçirilməmişdir. Eyni zamanda, xx xxxxxx 2014-cü il tarixli qəbzdə “Bank işcisinin imzası” yerində fərqli imza var. Odur ki, həmin qəbz sübut kimi qəbul edilə bilməz və məhkəmənin mübahisəli ödəniş qəbzinin surətinə əsaslanması yol verilməzdir. Ekspert rəyləri əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili Vəkil məhkəmə kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunverici liyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kasator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyinə görə, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verən ə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çı xarış təqdim edilir. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhk əmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkə mənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, iddianı rədd edən birinci instansiya məhkəməsi və həmin qətnaməni dəyişdirilmədən saxlayan apellyasiya instansiyası məhkəməsi mövqelərini onunla əsaslandırmışlar ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının rəyləri ilə cavabdehin iddiaçı qarşısında icra olunmamış öhdəliklərinin olmaması müəyyən edilmişdir. Lakin məhkəmələrin istinad etdikləri həmin rəylərdə gəlinən nəticələr özü özlüyündə ziddiyyətlidir. İlk olaraq qeyd olunmalıdır ki, hər iki rəyin nəticə hissəsində maliyyə arayışı məlumatlarına və kredit müqaviləsinin şərtlərinə istinad olunur. Lakin iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışında (habelə cavabdehin hesabından çıxarışda) rəyin tədqiqat hissəsində istinad olunan kredit müqaviləsi üzrə xx xxxxxx 2014-cü il tarixdə 21000 manat ödənilməsinə dair hər hansı məlumat öz əksini tapmamışdır. Rəylərin tədqiqat hissəsi nəzərdən keçirilərkən isə müəyyən olunur ki, ekspertlər həmçinin iş materiallarında olan ödəniş qəbzlərinin surətlərinə istinad etmişlər. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd olunduğu kimi, həqiqətən iş materiallarında (s. 104) Cavabdeh hesabına X1 tərəfindən 21000 manat kredit ödənişinin edil məsinə dair xx xxxxxx 2014-cü il tarixli qəbzin kserosurəti mövcuddur. Lakin məhkəmələr həmin qəbzi və ona əsasən verilmiş ekspert rəylərini iş üzrə mötəbər sübut qismində qiymətləndirsələr də, qəbzin əslini tədqiq etməmişlər. İddiaçının həmin ödənişin edilməsi mübahisələndirildiyi halda, bununla Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinin tələbi pozulmuşdur. Digər tərəfdən iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də, müəyyən olunur ki, həmin ekspertiza üzrə yeni tədqiqat aparılmamış, ilkin ekspert rəyində göstərilənlər tamamilə köçürülməklə məhkəməyə təqdim olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə təkrar ekspert rəyinə istinad etməklə, Azərbaycan Respublikası MPM-in 101.7 və 103.1-ci maddələrini pozmuşdur. Halbuki, “S.Əliyevanın şikayəti ilə əlaqədar Az ərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstəril məlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi qənaətə gələrkən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual qan unvericiliyin tələblərinə əməl etməmişdir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən kredit müqaviləsi üzrə bütün ödəniş qəbzlərinin əsillərinin məhkəməyə təqdim edilməsini cavabdehə təklif etməli, həmin ödənişlərin təyinatlarını (mübahisələndirilən kredit müqaviləsinə aidiyyətini) araşdırmalı, zərurət olarsa təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi məsələsi müzakirə etməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgü n hüquqi qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-3354/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar