Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6555/2021 28.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və X7nun cavabdehlər Cavabdeh1, Şəmkir rayon 1 saylı Notariat Kontoru və DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6555/21 (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Bakı şəhəri, 28 dekabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh1 vəkili Həsənov Elçin Vaqif oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1 və X7nun cavabdehlər Cavabdeh1, Şəmkir rayon 1 saylı Notariat Kontor u və DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş Çıxarışın ləğv edilməsi» tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2668/2021 nömrəli, 29.06.2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və X7 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. JN-0023, KOD 50400088 saylı Dövlət aktına əsasən, Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 7.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1997-ci il tarixli, 44 nömrəli qərarı əsasında X3, İddiaçı1 və X7nun ümumi birgə mülkiyyətinə verilmişdir. 27.07.2004-cü il tarixli alğ ı-satqı müqaviləsinə əsasən, X2 rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1997-ci il tarixli, 44 nömrəli qərarı ilə ona verilmiş 7.88 ha torpaq sahəsinin 16415 kvadratmetr hissəsini Cavabdeh1 1.500.000 manata satmışdır. İddiaçı1 24.07.2004-cü il tarixli ərizəsi ilə X3 mülkiyyətində olan torpaq sahəsinin 16415 kv.metr hissəsinin satmasına razılıq vermişdir.
2. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin 22 dekabr 2020-ci il tarixli arayışına əsasən, JN-23 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 7.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3, İddiaçı1 və X7nun adlarına qeyd edilmişdir. Qeyd edilən torpaq sahəsinin 1.6415 ha hissəsi (023C saylı kontur) Şə mkir 1 saylı DNK-un 4Ə-344 reyestr nömrəli, 27.07.2004-cü il tarixli alğısatqı müqaviləsi əsasında Cavabdeh1 adına özgəninkiləşdirilmiş və ona **********8 qeydiyyat nömrəli, 13.06.2017-ci il tarixli reyestrdən çıxarış verilmişdir. Yerdə qalan 23 saylı kontur – 3.4818 ha və 23A saylı kontur – 2.7610 ha torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçılar 27.07.2004-cü il tarixli alğı-satqı müqaviləsini qanunsuz bağlandığını israr edərək hazırkı mübahisəni başlatmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı1 və X7 cavabdehlər Cavabdeh1, Şəmkir rayon 1 saylı Notariat Kontoru və DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pay torpaq sahəsinin ca vabdehə satılmasına dair Şəmkir Rayon 2 saylı Notariat Kontorunda 27.07.2004-cü il tarixdə 4ə-344 saylı reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququna dair 13.06.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli HDQH DƏDR-dən Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27.11.1997-ci il tarixli, 44 saylı qərarı ilə Şəmkir rayonu, Nərimanlı kəndinin ərazisində yerləşən 7.88 hektar pay torpaq sahəsi iddiaçıların ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Torpaq sahəsi bir neçə hissə olmaqla, müxtəlif ərazilərdə yerləşir. İddiaçılar 1999-cu ildə torpaq sahəsinin bir hissəsini - 1641.5 ha torpaq sahəsini X1. Onlar Cavabdeh1 tanımır və torpaq sahəsini ona satmamışlar. Ona görə, hazırki iddianı qaldırmalı olmuşlar.
5. Şəmkir Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli, 2(076)-868/2021 nömrəli qətnaməsi ilə (hakim Z.İmanov) iddia rədd edilmişdir.
6. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq hesab etmişdir ki, Şəmkir 1 saylı DNK-un 4Ə-344 reyestr nömrəli, 27.07.2004-cü il tarixli alğı-satqı müqaviləsi əsasında mübahisələndirilən əmlak Cavabdeh1 adına özgəninkiləşdirilmiş və ona **********8 qeydiyyat nömrəli, 13.06.2017-ci il tarixli reyestrdən çıxarış verilmişdir.
7. Göründüyü kimi, müqavilə icra olunduğu halda, iddiaçılar həmin müqavilənin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia ilə məhkəməyə 16.02.2021-ci il tarixdə müraciət etmişlər.
8. İddiaçılar həmin əqdin etibarsızlı ğı nəticələrinin tətbiqi haqqında iddianı 1 il ərzində deyil, 16 ildən çox müddət keçdikdən sonra irəli sürdüyündən, iddiaçılar qanunda nəzərdə tutulmuş kəsici müddəti ötürdüyündən, məhkəmədə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia irəli sürmək hüququnu itirmişdir.
9. Məhkəmə kəsici müddət tətbiq edərək qeyd etmişdir ki, qanunverici istinad edilən maddi hüquq normalarında əqdi (müqaviləni) bağlandığı zaman şəxsin öz iradəsini sərbəst ifadə etmək, öz hərəkətlərinin mənasını başa düşmək və ya onlara rəhbərlik edə bilmək imkanına malik olmasını imperativ qaydada müəyyən etmişdir. Həmin şərtlərin və qaydaların pozulması əqdin etibarsızlığına səbəb olur. Məhkəmə kollegiyası işin müəyyən olunmuş həqiqi hallarına əsasən nəzərə alır ki, hazırkı iş üzrə iddia tələbi mü qavilənin etibarsızlığı ilə əlaqədar verilmişdir. Qüvvədə olan mülki qanunvericiliyə əsasən, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir.
10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi deyil, kəsici müddət kimi müəyyən edilmişdir. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir.
11. Həmin qətnamədən iddiaçılar İddiaçı1 və X7 apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Gəncə Apellyasiya Məhkəməsinin (hakimlər- A.Bay ramov (sədrlik edən və məruzəçi), A.Hüseynzadə və Ə.Abdullayev) 29.06.2021-ci il tarixli, 2(104)-2668/2021 nömrəli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin olunmamış, Şəmkir Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(076)-868/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, birinci instаnsiyа məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
14. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericiliyin normalarını təkrarlamaqla, birinci instansiya məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab etmişdir.
15. Qətnamədən narazı qalan iddiaçılar kassasiya şikayəti vermişlər. Kassasiya şik ayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
16. Kassasiya şikayətinin dəlilləri
17. İddiaçılar İddiaçı1 və X7 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmiş və kassasiya şikayətini aşağıdakı dəlillərlə əsaslandırmışlar:
1. Alğı-satqı müqaviləsi saxtadır.
2. Alğı-satqı müqaviləsinə satıcı qismində daxil edilməli olan şəxslərin hamsının adı daxil edilməmişdir.
3. Cavabdeh torpaq sahəsindən istifadə etmir və heç onun harada yerləşdiyini də bilmir.
4. Məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməli olduğu halda, təyin edilməmişdir.
5. Müqavilə və ərizədəki imzalar saxta laşdırılmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İddiaçılar məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
20. Cavabdeh1 vəkili Həsənov Elçin Vaqif oğlu kassasiya şikayətini əsassız hesab edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
21. Maddə. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürü lə bilər.
22. Maddə. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
23. Maddə. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
24. Maddə. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
25. Maddə. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məz mununu müəyyənləşdirə bilərlər.
26. Maddə. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
27. Maddə. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə aid şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
28. Maddə.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sü butları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçılar məhkəmələrin iddianı rədd edərkən tətbiq etdiyi maddi və prosessual hüquq normalarının nəyə görə əsaslı olmadığı nı bildirməmişdir.
37. Belə ki, hazırki kassasiya şikayətində qeyd olunan dəlillərin aşağı instansiya məhkəmələri tərəfindən yoxlanmamasının səbəbi iddiaçıların məhkəməyə müraciət etmək üçün “kəsici müddəti” ötürməsidir.
38. Kassasiya kollegiyası aşağı instansiya məhkəmələrinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçıların hazırki iddia tələbi təmin olunan tələb deyil. Əvvəla, torpaq sahəsinin alqı-satqı müqaviləsi 27.07.2004-cü il tarixdə həyata keçirilmiş və məhkəmələr müəyən etmişlər ki, İddiaçı1 özü də həmin əqdə razılıq vermişdir. Onun əqdə razılıq verməsi kənar müşahidəçi üçün də aşkardır. Beləki, cavabdeh 17 ildir ki, torpaq sahəsinə özününkü kimi sahiblik edir və ona qarşı heç bir etiraz edilməmişdir. Digər iddiaçı isə torpaq sahəsi satında yetkinlik yaşına çatmamışdı.
39. Nə zərə almaq lazımdır ki, Mülki Məcəllənin 560.1. maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2. maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 40. 17 il əvvəl satılmış torpaq sahəsinin geri qaytarılması üçün iddia irəli sürülməsində hüquqdan sui-istifadənin əlamətləri var. İddiaçılar məhkəmə müdafiəsi hüququndan sui-istifadə etməklə hazırkı tələbi irəli sürmüşlər. Çünki iddiaçıların mübahisələndirdikləri əqdin etibarsız hesab olunması üçün heç bir əsas yoxdur və onlar açıq-aşkar ədalətsiz tələb irəli sürürlər.
41. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibəti ni tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88-ci maddəsi).
43. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası k imi istinad etdiyi halları sübut etməlidir.
44. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar Əİiyeva Kəmalə Haqverdi qızı və X7nun kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2668/2021 nömrəli, 29.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova