Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6558/2021 28.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6558/21 (Açar sözlər: lizinq müqaviləsinə xitam verilməsi) Bakı şəhəri, 28 dekabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsinə xitam verilməsi, lizinq borcunun qaytarılması və dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)- 444/2021 saylı, 14.07.2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Nikoil” X3 ilə Cavabdeh1 arasında 02 oktyabr 2014-cü il tarixdə bağlanmış daxili lizinq müqaviləsinə əsasən, bank tərəfindən Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 2 mərtəbəli fərdi yaşayış evi, Lənkəran şəhəri, 4-cü məhəllə, 0.0112 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası, Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0,12 ha torpaq sahəsi və Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0,06 ha torpaq sahəsini X4 müvəqqəti sahibliyinə və istifadəsinə verilmiş, sonuncu isə həmin əmlaklara görə cəmi 323.263 manat li zinq haqqı ödəməyi öhdəsinə götürmüşdür. 2. 23 sentyabr 2015-ci il tarixli maliyyə arayışına əsasən, X4 həmin tarixə icra olunmamış öhdəliyi 141926.54 manat əsas borc, faiz borcu (mükafat) üzrə 22585.95 manat, ümumilikdə isə 164512.49 manat təşkil etmişdir.
3. X4 həyat yoldaşı X1 başqa bir işdə cvabdehlər X7, "xxxx" İKB ASC-nin “Lənkəran” filialı və "xxxx" İKB ASC-yə qarşı 0458211, 0458212, ******* saylı, 08 oktyabr 2014-cü il tarixli alqı-satqı müqavilələrinin ləğvi, 02 oktyabr 2014-cü il tarixli 13-G4-1011396-14 saylı daxili maliyyə lizinq müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması tələbinə dair” iddia irəli sürmüşdür. Həmin işdə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında alqı-satqı müqaviləsi olmamış, onlar arasında kredit münasibətləri olmuş və özlərinə olan əmlakı lizinq şirkətinə satmamışlar. Lənkəran Rayon Məhkəməsinin 2(049)-77/2018 saylı 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə həmin iddia rədd edilmiş, iddiaçının həmin qətnamədən vermiş olduğu appelyasiya şikayəti Şirvan Apelyasiya Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli 2(106)-2588/2019 saylı qətnaməsi ilə təmin olunmamış və qətnamə dəyişdirilmədən saxlanılmışdır. 4. "YeloBank” Açıq Səhmdar Cəmiyyəti lizinq ödənişlərinin vaxtında ödənilməməsi əsası ilə hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "YeloBank” Açıq Səhmdar Cəmiyyəti (əvvəlki "xxxx" İKB ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "lizinq müqaviləsinə xitam verilməsi, lizinq borcunun qaytarılması və dəymiş ziyanın əvəz inin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" İKB ASC-nin Lənkərən filialı ilə Cavabdeh1 arasında bağlanmış 02 oktyabr 2014-cü il tarixli 13-G4-1-01396-14 saylı daxili lizinq müqaviləsinə xitam verilməsi, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı RX seriyalı çıxarışa əsasən mülkiyyət hüququ ilə "xxxx" İKB-na məxsus olan Lənkəran rayonu, Sütəmurdov kəndində 0.1194 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 264.9 kv.metr olan 2 mərtəbəli fərdi yaşayış evinin, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı RX seriyalı çıxarışa əsasən mülkiyyət hüququ ilə "xxxx" İKB-na məxsus olan Lənkəran şəhəri, 4-cü məhəllədə 0.0112 ha torpaq sahəsində yerləşən, ümum i sahəsi 104.3 kv.metr olan qeyri-yaşayış binası, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı RX seriyalı çıxarışa əsasən mülkiyyət hüququ ilə "xxxx" İKB-na məxsus olan Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.12 ha torpaq sahəsinin və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı RX seriyalı çıxarışa əsasən mülkiyyət hüququ ilə "xxxx" İKB-na məxsus olan Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.06 ha torpaq sahəsinin lizinq verənə - "xxxx" İKB-na geri qaytarılıb, boşaldılmaqla təhvil verilməsi və Cavabdeh1 ilə "xxxx" İKB-nin Lənkəran filialı arasında bağlanmış 02 oktyabr 2014-cü il tarixli 13-G-4- 1-01396-14 saylı daxili lizinq müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və isti fadə edilməsinə görə 141926.54 manat əsas, 22585.95 manat faiz, cəmi 164512.49 manat borcun və ödənilmiş 30 manat dövlət rüsümunun Cavabdeh1 və Cavabdeh2 alınaraq "xxxx" İKB-nin Lənkəran filialının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, ödənişləri vaxtında etməmiş və öhdəliyin icrasını gecikdirmişdir ki, nəticədə onun Banka borcu yaranmışdır.
7. Lənkəran Rayon Məhkəməsinin 05 yanvar 2016-cı il tarixli, 2(049)-77/2016 nömrəli qətnaməsi ilə (hakim M.Rzayev) iddia təmin edilmişdir.
8. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 442, 445, 448, 472.1, 472.2, 748-1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
9. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermişd ir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli, 2(106)-02/2020 nömrəli qətnaməsi ilə (hakimlər İ.Əsədov - sədrlik edən və məruzəçi, M.Həsənov və Z.Zeynalov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh lizinq müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən və mövcud borcu ödəmədiklərindən əsas və faiz borcunu cavabdehlərdən tələb etməkdə haqlıdır.
12. Cavabdeh1 qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Azərbaycan Respublikas ı Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər G.Quliyev - sədrlik edən və məruzəçi, İ.Xələfov və Z.Əliyev) 05 avqust 2020-ci il tarixli, 2(102)-3330/2020 nömrəli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli, 2(106)02/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi lizinq müqaviləsi üzrə tərəflərin iradə ifadələrinin həqiqi mənasını, o cümlədən həmin müqavilələrin bağlanmasınadək tərəflər arasında aparılmış danışıqları, yazışmaları, onlar arasındakı qarşılıqlı münasibətləri, həmçinin tərəflərin sonrakı davranışlarını nəzərə almamaqla, cavabdehlərdən 164.512 manat məbləğində lizinq ödənişinin tutulması ilə bərabər, fərdi yaşayış evi, torpaq sahələri və qeyri-yaşayış sahəsinin də iddiaçı banka təhvil verilməsi barədə səhv nəticəyə gəlmişdir.
15. Məhkəmə kollegiyası tərəflərin sözügedən müqavilələri bağlayarkən iradə ifadələrinin həqiqi mənasını, bütövlükdə həmin müqavilələrin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alaraq və cavabdehlərin işin faktiki halları barədə irəli sürdükləri dəlillərin mahiyyətinə toxunmayaraq hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən həmin dəlillər araşdırılaraq mülki və mülki prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
16. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyul 2021- ci il tarixli, 2(106)- 444/2021 saylı qətnaməsi ilə (hakimlər T.Kərimov - sədrlik edən və məruzəçi, T.Heydərov və İ.Əhmədov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 05 yanvar 2016-cı il tarixli, 2(049)-77/2016 nömrəli qətnaməsi 02 oktyabr 2014-cü il tarixli 13-G4-1-01396-14 saylı daxili lizinq müqaviləsi üzrə 141926.54 manat əsas borc, 22585.95 manat faiz olmaqla, ümumilikdə 164512.49 manat borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx"İKB ASC-nin Lənkəran filialının xeyrinə ödənilməsi hissəsində dəyişdirilmiş, 02 oktyabr 2014cü il tarixli, 13-G4-1-01396-14 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektlərindən 23 sentyabr 2015-ci il tarixinədək sahiblik və istifadə edilməsinə görə 9428.84 manat məbləğində lizinq ödənişi borcunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" ASC-nə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki halda iddiaçı tərəfindən irəli sürülən tələb 23 sentyabr 2015-ci il tarixinə hesablanan lizinq obyektlərindən istifadəyə görə gecikdirilmiş lizinq ödənişlərinin cavabdehdən tutulması olduğundan, iddiaçının təqdim etdiyi maliyyə arayışlarında isə iddiaçı tərəfindən lizinq alandan lizinq obyektlərindən istifadə etdiyi dövr üçün hesablanan lizinq ödənişləri deyil, lizinq obyektini alarkən ödədiyi alqı-satqı qiymətinin əsas borc olaraq istənilməsi lizinq müqaviləsinin ruhuna zidd olmaqla, anlaşılan deyildir.
18. İşdə olan lizinq ödənişi cədvəlinə əsasən iddiaçının birinci instansiya məhk əməsində iddia qaldırarkən tələb etdiyi 23 sentyabr 2015-ci il tarixinə lizinq obyektlərindən istifadə üçün lizinq alanın ödəməli olduğu məbləğ Apellyasiya Məhkəməsi tərəfindən lizinq ödənişi cədvəli əsasında sadə riyazi hesablama yolu ilə hesabdanmışdır: 23 sentyabr 2015-ci il tarixinədək lizinq alan lizinq obyektlərindən istifadə üçün (02.10.2014-dən 02.09.2016) 11 ay 21 günün ödənişini etməli idi. 11 ayın ödənişi (11 X 2693.86 = 29632.46) 29632.46 manat, 21 günün lizinq ödənişi isə (2693.86: 30 = 89.7953; 89.7953 X 21 = 1885.70) 1885.70 manat, ümumilikdə isə lizinq verənin mükafatı da daxil olmaqla (29632.46 + 1885.70 = 31518.16) 31518.16 manat təşkil etmişdir. Lizinq alanın 16 yanvar 2015-ci il tarixinə etmiş olduğu 22089.32 manat lizinq ödənişi nəzərə alınsa (31518.16 - 22089.32 = 94 28.84), lizinq alanın 23 sentyabr 2015-ci il tarixinə lizinq ödənişləri üzrə borcunun 9428.84 manat təşkil etməsi müəyyən olunur.
19. Apellyasiya şikayətinin digər hissələrdə dəlilləri əsasında dəyərləndirmə aparan məhkəmə kollegiyası hesab etmişdir ki, həmin dəlillər qətnamənin qalan hissələrdə ləğv olunması, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz.
20. Əvvəla ona görə ki, bağlanmış lizinq müqaviləsinin tərəflərin iradəsini ifadə etməməsi əsası ilə etibarsız olması hissəsində hazırki mübahisə üzrə preyudisial əhəmiyyət kəsb edən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur ki, həmin qətnamədə cavabdehin keçmiş arvadı olmaqla, həmin zaman üçün əmlak mülkiyyətçisi olmuş satıcı Nəzmiyyə Baxşiyeva tərəfindən alqı-satqı müqavilələrinin ləğv edilməsi və lizinq müqaviləsinin etibarsız hes ab edilməsi tələbi irəli sürülmüş və iddiası rədd edilmişdir.
21. Digər tərəfdən, iddiaçı lizinqverən olaraq xüsusi mülkiyyətində olan əmlakını (lizinq obyektini) qanunvericilik aktı normaları baxımından müqavilə üzrə öhdəliklərini lazımınca icra etməyən lizinqalandan normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla geri tələb etməkdə haqlıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı "xxxx" ASC kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhk əməsi cavabdehlərdən tutulmalı lizinq haqlarının məbləğini müəyyən edərkən mötəbər sənədi deyil, “sadə” hesablamanı əsas götürmüş, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli olduğu halda bunu etməmiş, ekspert rəyi olmadan qətnamə qəbul edilmişdir.
23. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini onunla əsaslandırmışdır ki, lizinq müqavilələrinin notarial qaydada təsdiqlənməməsi məhkəmələr tərəfindən nəzərə alınmamışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxm ayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
26. Maddə. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülü r.
28. Maddə. 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
29. Maddə. 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.
30. Maddə. 748-1.9. Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır.
31. Maddə. 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməzsə, lizinq verən pul məbləğlərini və lizinq obeyktini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ əldə edir.
32. Maddə. 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
33. Maddə. 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.
34. Maddə. 748-10.4. Liz inq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir.
35. Maddə. 748-11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amartizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faizlər, lizinqverənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmal ı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
39. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
42. İddiaçının kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, apellyasiya məhkəməsi tərəfindən tutulmalı olan borcun məbləği müəyyən edilərkən məhkəməmühasibatlıq ekspertizasının rəyi alınmamışdır.
43. Mülki Prosessual Məcəllənin 97.1.-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb ol unan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
44. Məhkəmə kollegiyası hesab edir ki, müvafiq hesablama xüsusi bilik tələb etmədiyindən apellyasiya instansiyası məhkəməsinin sadə riyazi hesablama aparmaqla nəticəyə gəlməsi qanunvericiliyə zidd deyildir və apellyasiya instansiyası məhkəməsi ekspertiza təyin etməməklə prosessual qənaət prinsipinə əməl etmişdir. 45. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, prosessual q ənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir.
46. İddiaçı həm lizinq obyektlərinin ona qaytarılmasını və həm də lizinq mükafatının tam olaraq ödənilməsini tələb edir. Apelyasiya Məhkəməsi lizinq obyektlərinin qaytarılması hissəsində qətnaməni dəyişdirmədən saxlamışdır. Lizinq mükafatını isə iddia tələbində göstərilən vaxta qədər tərəflər arasında bağlanmış ödəniş cədvəlinə uyğun olaraq hesablamışdır. Hesablamada aydın olmayan bir məsələ yoxdur və ekspertiza keçirilməsinə zərurət qalmamışdır. Sadəcə iddiaçı təşkilat lizinq müqaviləsinin sonuna nəzərdə tutulan ödənişləri tələb edir. Həm in məbləğin tutulmasının qanuni əsası yoxdur. Çünki lizinq ödənişləri lizinq obyektindən istifadə haqqıdır. Əgər məhkəmə lizinq obyektlərinin qaytarılmasını qət edirsə, həmin vaxta qədər lizniq mükafatını tuta bilər. İddiaçının tələbində də Lizinq obyektlərinin qaytarılması tələb olunduğundan məhkəmə həmin dövrə qədər lizinq mükafatını hesablamışdır. Bundan sonra cavabdeh lizinq obyektlərini qaytarmaqdan imtina etməkdə davam edərsə iddiaçı ayrıca olaraq vuruluş zərər və əldən çıxmış fayda ilə bağlı tələb irəli sürə bilər.
47. Cavabdehin kassasiya şikayətinin dəlili isə, bütün instansiya məhkəmələri, o cümlədən, kassasiya instansiya məhkəməsi tərəfindən mülki işə birinci dəfə baxılarkən araşdırılaraq hüquqi qiymət verilmişdir.
48. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən, kassasi ya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
49. Göründüyü kimi, Apellyasiya Məhkəməsi Ali Məhkəmənin göstərişlərinə əməl edərək, birinci instansiya məhkəməsinin qətnaməsini müvafiq hissələrdə yoxlamış, qanunvericiliyin tələblərinə riayət etməklə, qanuni və əsaslı qətnamə qəbul etmişdir.
50. Odur ki, kassatorların formal mülahizələrə əsaslanan, hər hansı sübutla təsdiq olunmayan dəlilləri qanuni və əsaslı qətnamənin ləğvi üçün əsas ola bilməz.
51. İlk növbədə qeyd olunur ki, lizinq müqaviləsinin əhəmiyyətsiz müqavilə olması ilə bağlı dəlillər öz təsdiqini tapmamışdır. Cavabdehin həyat yoldaşının eyni əsaslarla həmin müqavilələrin etibarsızlığı iddiası təmin olunmamışdır. Bundan başqa, "YeloBank” Açıq Səhmdar Cəmi yyətinin (əvvəlki "xxxx" İKB ASC) Cavabdeh1 qarşı analoji lizinq müqaviləsi üzrə (hazırkı işdə olan lizinq müqavilələri ilə eynilik təşkil edən başqa lizinq müqaviləsi də mövcud olmuşdur) lizinq borcunun qaytarılması və vurulmuş zərərin ödənilməsi tələbinə Lənkəran rayon Məhkəməsində baxılmış, həmin məhkəmənin 05 yanvar 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, lizinq müqaviləsi etibarlı müqavilə hesab olunaraq həmin müqavilə üzrə borcun tutulması qət edilmişdir. Qeyd olunan qətnamə apelyasiya və kassasiya məhkəmələri tərəfindən dəişdirilmədən saxlanmışdır.
52. Cavabdeh özü etiraf edir ki, "YeloBank” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialının əməkdaşı X5 (cavabdehin qardaşının oğludur və bankdan krediti onun vasitəsi ilə götürdüyünü israr edir) dələduzluq etməsi ilə bağlı ci nayət işində o, zərərçəkən şəxs kimi tanınmış və vurulmuş zərərin tələb edilməsi üçün mülki iddia qaldırmaq hüququ izah edilmiş, bundan sonra ona vurulan ziyanın tutulması barədə Lənkəran rayon Məhkəməsində iddia qaldırmış və həmin məhkəmənin 19 fevral 2020-ci il tarixli qətnaməsi ilə X2 onun xeyrinə 325.000 manat və 15.000 ABŞ dollarının tutulması qət edilmişdir. Göründüyü kimi təmin olunan həmin pul məbləğinin həcmi hazırkı işdə əmlakların dəyəri kimi ödənilmiş pul vəsaitinin məbləğindən iki dəfədən artıqdır.
53. Qeyd olunanları nəzərə alaraq lizinq müqavilələrinin etibarsız əqd olması ilə bağlı dəlillər əsaslı hesab oluna bilməz.
54. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88-ci maddəsi).
55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
56. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
57. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" ASC və Cavabdeh1 kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-444/2021 saylı, 14.07.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova