Məhkəmə qərarları › İş №2(102)-656/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-656/2020

29.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-656/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)9145/2019 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim H.M.Əhmədova, iş № 2(007)-89/2019) İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması, Cavabdeh2 ilə X4 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli mənzilin alqı-satqısına dair müqavilənin ipoteka müqaviləsi hesab edilməsi və cavabdehlər Cavabdeh2 ilə Cavabdeh6 arasında bağlanmış N saylı mənzilinin alqı-satqısına dair bağlanmış xx xxxxxx 2016-cı il tarixli müqavilənin və onun əsasında Cavabdeh6 adına verilmiş Reyestrdən Çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh1 əsas borca, faiz borcuna və dəbbə puluna görə cəmi 36.630,4 manat MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ş.A.Məmmədova, V.T.Həsənov və X.Ə.Sarıyev) Bakı şəhəri Nizami rayon məhkəməsin in xx xxxxxx 2019-cu il tarixli qətnaməsi 36.630,4 manat məbləğində borcun tutulmasına dair hissədə ləğv edilmiş, həmin hissədə iddianın rədd olunması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: xx xxxxxx 2012-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh1 arasında borc müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən MMC tərəfindən Cavabdeh1 12 ay müddətinə 25.000 manat məbləğində borc verilmişdir. xx xxxxxx 2012-ci il tarixdə Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 təmsilçiliyi ilə özünə məxsus olan N saylı evin iki otaqlı 23 saylı mənzilini X1. xx xxxxxx 2012-ci il tarixdə X3 həmin mənzilə mülkiyyət hüququnu bildirən Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Alqı-satqı müqaviləsi və Nin adına verilmiş Reyestrdən Çıxarış məhkəmə qətnaməsi ilə etibarsız hesab olunduqdan sonra həmin mənzil Cavabdeh2 tərəfindən xx xxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh6 satılmış və sonuncunun mənzilə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. 2017-ci ilin dekabr ayında İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və qeyrilərinə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin işdə olan sübutlara düzgün qiymət vermədən iddia müddətinin ötürülməsi barədə nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin ba xılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, MMC ilə Cavabdeh1 arasında kredit müqaviləsi xx xxxxxx 2012-ci il tarixdə 1 il müddətinə bağlanmış və müqavilənin müddəti xx xxxxxx 2013-cü il tarixdə bitmişdir. MMC isə hazırkı iddia tələbi ilə məhkəməyə 2017-ci ilin dekabr ayında müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil edir. İşdən göründüyü kimi MMC qanunda müəyyən olunmuş 3 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” qərarına görə kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddəti tə tbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Mənzilin alqı-satqısına dair müqavilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə etibarsız sayıldığından həmin müqavilənin ipoteka müqaviləsi hesab edilməsi üçün əsaslar olmamışdır. İddia müddətinin ötürülməsi barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi iş materiallarına və qanunun tələblərinə uyğun olduğundan kollegiya qətnaməni qanuni və əsaslı sayır, hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar