Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-656/2021 19.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş ziyanın ödənilməsi, ziyan məbləğinin müəyyən edilməsi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı(sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, X11 oğlunun katibliyi, İddiaçı, onun vəkili x oğlunun, Cavabdeh1 və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 avqust 2020-ci il tarixli, 2(103)-2831/2020 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 19 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Yasamal RPİ X15 Şöbəsinin polis mayoru N.x tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli 13 may 2019-cu il tarixli tarixli inzibati xəta haqqında protokolun və 20 may 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası vətəndaşı ünvan 1 ünvanında yaşayan xx xxxxxx 1986-cı il təvəllüdlü Cavabdeh1 idarəetmə hüququ olmadan Cavabdeh2 məxsus idarə etdiyi “Hyundai Santa FE” minik markalı nəqliyyat vasitəsi ilə 13 may 2019-cu il ta rixdə saat 12:00 radələrində öz hərəkət yolunun soluna – x küçəsinə dönmə əməliyyatı apararaq “Renault Megane” minik markalı **-CK-*** dövlət nömrə nişanlı avtomobilin zolağına çıxmış, nəqliyyat vasitələri x küçəsi ilə x küçəsinin kəsişməsində “Renault Megane” minik markalı **-CK-*** dövlət nömrə nişanlı avtomobilin hərəkət zolağında onunla toqquşmuş, sonra “Renault Megane” minik markalı **-CK-*** dövlət nömrə nişanlı avtomobil x küçəsindən x küçəsinə çıxmaq istəyən x xun idarə etdiyi x küçəsində dayanmış “Toyota Corolla” markalı **-SN-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə “Toyota Corolla” markalı avtomobilin sürücüsü x x və həmin avtomobildə olan sərnişin Vaqif Hüseynov xəsarət almışlar. Qərarın surətindən göründüyü kimi, əməldə cinayət tərkibi olmadığından cinayət i şinin başlanması rədd edilmiş və “Hyundai Santa FE” minik markalı avtomobilin sürücüsü Cavabdeh1 əməlində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tələblərinə uyğunsuzluq olmasına görə onun barəsində inzibati qaydada tədbir görülməsindən ötrü toplanmış materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti Yasamal RPİ X15 Şöbəsinə göndərilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək və daha sonra tələbinin həcmini artıraraqona dəymiş 15695 manat məbləğində ziyan, 328,97 manat taksi xidmətinə çəkilmiş xərclərin və 30 manat məbləğində dövlət rüsumunun ca vabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 13 may 2019-cu il tarixdə saat 12:00 sürücüsü X1 idarə etdiyi “Renault Megane” minik markalı **-CK-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, x küçəsi ilə x heykəli istiqamətindən 20 nömrəli məktəb istiqamətinə hərəkət edərkən, qarşı tərəfdən x küçəsi ilə əks istiqamətdə hərəkətdə olan Cavabdeh1 idarə etdiyi “Hyundai Santa FE” minik markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobillə öz hərəkət yolunun soluna - x küçəsinə dönmə əməliyyatı apararaq “Renault Megane” minik markalı **-CK-*** dövlət nömrə nişanlı avtomobilin zolağına çıxmış, nəqliyyat vasitələri x küçəsi ilə x küçəsinin kəsişməsində “Renault Megane” min ik markalı **-CK-*** dövlət nömrə nişanlı avtomobilin hərəkət zolağında toqquşmuş, sonra “Renault Megane” minik markalı **-CK-*** dövlət nömrə nişanlı avtomobil x küçəsindən x küçəsinə çıxmaq istəyən x xun idarə etdiyi x küçəsində dayanmış “Toyota Corolla” markalı **-SN-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə onun mülkiyyətində olan “Renault Megane” minik markalı **-CK-*** dövlət nömrə nişanlı avtomobilə 15.425 manat məbləğində ziyan dəymişdir. Hadisə yerinə AR DİN Baş X15 İdarəsinin əməkdaşları gəlmiş. Araşdırma aparıldıqdan sonra avtomobilin sürücüsü Cavabdeh1 inzibati xətanın törətməsində təqsirli bilinmiş və bununla bağlı 13 may 2019-cu il tarixində İPX seriyalı ******* nömrəli inzibati xəta protokolu tərtib edilmişdir. Cavabdeh1 qeyd olunan avtomaşını Cavabdeh2 tər əfindən verilən etibarnamə əsasında idarə edirdi. AR DİN Baş X15 İdarəsinin 29 iyun 2019-cu il tarixli ********* nömrəli məktubundan görünür ki, “Hyundai Santa FE” minik markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh2 mülkiyyətindədir. Dəfələrlə Cavabdeh2 müraciət olunmasına baxmayaraq, vurulan ziyanın tam ödənilməsindən boyun qaçırmışdır. Avtomobilinə vurulmuş ziyanın məbləği cavabdehin avtomobilinin icbari sığortaladığı “xxxx” Sığorta Şirkəti ASC-nin təyin edilən servis mərkəzində müəyyən edilmişdir. “xxxx” MMC tərəfindən verilən 03 iyun 2019-cu il tarixli qüsur aktına əsasən, avtomobilə vurulan ziyan 15.425 manat məbləğində müəyyən edilmişdir. “xxxx” Sığorta Şirkəti ASC tərəfindən ona 10 iyun 2019-cu il tarixində 4.140,35 manat məbləğində ziyan ödənilmişdir. Cavabdehlər Cavab deh1 və Cavabdeh2 vəkili Vəkil iddia ərizəsinə yazılı etirazı məhkəməyə təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ona dəymiş 11.284,65 (on bir min iki yüz səksən dörd manat altmış beş qəpik) manat məbləğində ziyanın və 30 (otuz) manat məbləğində dövlət rüsümünün ödənilməsini tələb etmişdir. İddiaçı irəli sürdüyü tələb tamamilə əsassızdır. Belə ki, X3 13 may 2019-cu il tarixində həyat yoldaşı Cavabdeh2 məxsus “Hyundai Santafe minik” markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobilini idarə edərkən iddiaçıya məxsus “Renault Meqane minik” markalı avtomobilinə zərər vurmuşdur. “Hyundai Santafe minik” markalı **BF-*** dövlət nömrə nişanlı avtomobili qanunvericiliklə müəyyən olunmuş qaydada sığortalandığından dərhal “xxxx”Sığorta Şirkətinə məlumat verilmiş və iddiaçının razılığı ilə sığorta şirkəti tərəfindən servisdə dəymiş zərər müəyyənləşdirilmiş və iddiaçı bu zərər məbləğinə etiraz etməmişdir. “xxxx” Sığorta Şirkətindən əldə etdikləri şirkət tərəfindən tərtib edilən sığorta aktına əsasən, İddiaçı avtomaşına dəyən zərərin məbləği 4.720 (dörd min yeddi yüz iyirmi) manat müəyyən olunduğu, lakin digər zərər dəymiş avtomobilə görə ödənişi nəzərə alaraq iddiaçıya 4.140,35 (dörd min bir yüz qırx manat otuz beş qəpik) manat məbləğində sığorta ödənişi edilmişdir. İddiaçı ödənilən sığorta ödənişinin məbləği ilə dəymiş zərər arasındakı fərq 580 (beş yüz səksən) manatdır. “xxxx” Sığorta Şirkəti tərəfindən tərtib edilən sığorta aktına əsasən, ödənilən sığorta ödənişi ilə dəym iş zərər arasındakı məbləğ fərqini nəzərə alaraq, cavabdeh tərəfindən ödəniləcək məbləğin miqdarının 580 (beş yüz səksən) manat olmalıdır. Göründüyü kimi, İddiaçı məxsus olan “Renault Megane” minik markalı **-CK-*** dövlət nömrə nişanlı avtomobilə 15.425,65 (on beş min dörd yüz iyirmi beş manat altmış beş qəpik) manat (11.284,65 (on bir min iki yüz səksən dörd manat altmış beş qəpik) manattələb + 4.140,35 (dörd min bir yüz qırx manat otuz beş qəpik) manat sığortadan alınan) məbləğində ziyan dəyməsi əsaslı deyil, çünki iddiaçının qeyd etdiyi məbləğ həmin avtomobilin qəzadan əvvəlki vəziyyətindəki real bazar dəyərindən belə çoxdur. Qeyd olunan nəqliyyat vasitəsi öz istehsal ilinə və vəziyyətinə görə 12.000-13.000 manat aralığında “Turbo.az” saytında satışda onlarla avtomobil vardır. Qəza avt omobilin bir hissəsinə dəymişdir. Dəymiş zərər iddiaçının iştirakı ilə müəyyən edilmişdir. İddiaçı razılaşmışdır. Hesab edir ki, iddiaçı bu qəzanı yaxşıca fürsətə çevirmək istəyir. Əsassız gəlir əldə etmək istəyir. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin (hakim Gültəkin Əsədova) 09 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, vurulmuş maddi zərərin əvəzi kimi 6.600 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub iddiaçı X5 ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 120 manatın cavabdehlərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İş materi allarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 03 iyun 2019-cu il tarixli qüsur aktının surətindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Renault Megane” minik markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 15.425 (on beş min dörd yüz iyirmi beş) manat məbləğində maddi ziyan (avtomaşında təmir işlərinin aparılmasının dəyəri 1.800 (bir min səkkiz yüz) manat və dəyişməyə aid olan ehtiyat hissələrinin və detalların dəyəri 13.625 (on üç min altı yüz iyirmi beş) manat) dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24879 nömrəli, 31 oktyabr 2019-cu il tarixli rəyinin nəticə hissəsindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 03 iyun 2019cu il tarixli qüsur aktındakı məlumatlarına əsasən, 2009-cu il buraxılışlı, “Renault Megane” minik markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6.600 (altı min altı yüz) manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manat hesablanmışdır. Məhkəmə hesab etmişdir ki,, Cavabdeh1 təqsirli, hüquqazidd əməli (“Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmaqla) nəticəsində törətmiş olduğu yol-nəqliyyat hadisəsində idarə etdiyi nəqliyyat vasitəsi ilə (yüksək təhlükə mənbəyi) iddiaçı X4 mülkiyyətində olan nəqliyyat vasitəsinə birbaşa zərər vurulmuşdur. İddiaçı X4 yol-nəqliyyat hadisəsi nəticəsində əmlakına vurulmuş zərərin əvəzi Cavabdeh1 əlavə, eyni zamand a qeyd edilən avtomobilin mülkiyyətçisi olan Cavabdeh2 da cavabdeh olduğundan, müəyyən edilmiş maddi ziyan hər iki cavabdehdən müştərək qaydada tutulmalıdır. Vurulmuş zərərin məbləğinə gəldikdə məhkəmə hesab etmişdir ki, iddiaçı X4 əmlakına vurulmuş maddi ziyanın məbləği müvafiq ekspert rəyi ilə müəyyən edilmiş məbləğ əsas götürülməli, həmin rəy ilə müəyyən edilmiş 6.600 (altı min altı yüz) manat məbləğində vəsait iddiaçının xeyrinə cavabdeh şəxslərdən müştərək qaydada tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Məhkəmə mövqeyini Mülki Məcəlləsinin 21.1,1096, 1097.1, 1108.1,1108.2, 1115 Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 101.3, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apelyasiya şikayəti verib şikayətini onunla əs aslandırmışdır ki, iş materiallarına sübut kimi əlavə edilən “xxxx” MMC tərəfindən verilən 03 iyun 2019-cu il tarixli qüsur aktına əsasən avtomobilə vurulan ziyan 15425 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda “FNC Motors” (Renault şirkətinin rəsmi nümayəndəsi) tərəfindən verilən 04.11.2019-cu il tarixli qüsur aktına əsasən 03 iyun 2019-cu il tarixli qüsur aktında göstərilən ehtiyat hissələrinin ümumi dəyəri 18015 manat təşkil edir. Məhkəmə əsassız olaraq göstərilən sübutları nəzərə almadan iddia tələbini qismən təmin etmişdir. Həmçinin məhkəmə onu cavabdehlərdən taksi xidmətlərinə xərclənilən 328,97 manat pul vəsaitinin cavabdehlərdən tutulması barədə tələbinə ümumiyyətlə münasibət bildirməmişdir. Qətnamədən, həmçinin, cavabdehlər də birgə apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətlərini onunla əsaslandırmışlar ki, xxxx sığorta şirkəti tərəfindən tərtib edilən sığorta aktına əsasən, İddiaçı avtomaşına dəyən zərərin məbləği 4720 manat, ona ödənilən sığorta ödənişinin məbləği isə 4140.35 manatdır. İddiaçı ödənilən sığorta ödənişinin məbləği ilə dəymiş zərər arasında fərq 580 manatdır. “xxxx” sığorta şirkəti tərəfindən tərtib edilən sığorta aktına əsasən, ödənilən sığorta ödənişi ilə dəymiş zərər arasındakı məbləğ fərqini nəzərə alaraq, cavabdeh tərəfindən ödəniləcək məbləğin miqdarının 580 manat olduğunu qeyd etməliyik, iddiaçının bu əməli qeyd olunan avtoqəzadan əlavə gəlir əldə etmək, əsassız varlanmaqdır. Bu isə Mülki Məcəllənin 58-ci fəslinin tələblərinin pozulmasıdır. Məhkəmə dəymiş zərərin müəyyən olunması üçün ekspertiza təyin etmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin tərtib etdiyi rəyə istinad edərək dəymiş zərəri 6600 manat məbləğində qəbul etmiş və cavabdehlərdən müştərək qaydada tutularaq həmin vəsaitin iddiaçıya ödənilməsini qət etmişdir. Məhkəmə nəzərə almamışdır ki, dəymiş 6600 manatlıq zərərin 4140.35 manat xxxx sığorta şirkəti tərəfindən ödənilmişdir (iddia ərizəsində etiraf edilir). Göründüyü kimi məhkəmə sığorta şirkəti tərəfindən ödənilən 4140.35 manat məbləğində vəsaitin ödənildiyini nəzərə almadığından yanlış qərar qəbul etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X8 (sədrlik edən və məruzəçi), X6 və X2) 13 avqust 2020-cu il tarixli, 2(103)-2831/2020 nömrəli qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4178/2019 saylı, 09 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi qismən təmin edilərək, vurulmuş maddi zərərin əvəzi kimi 11284 (on bir min iki yüz səksən dörd) manat 65 (altmış beş) qəpik məbləğində pul, taksi xidmətindən istifadə üçün xərclənilmiş 328 (üç yüz iyirmi səkkiz) manat 97 (doxsan yeddi) qəpik, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və iddiaçının apellyasiya şikayəti verilməsi üçün ödədiyi 15 (on beş) 40 (qırx) qəpik manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, iddia tələbi qalan hissələrdə təmin olunmam ası, apellyasiya şikayətinin verilməsi üçün cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumu onların özünə aid edilməsi qət edilmişdir. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə müəyyən etdiyi hallarla və gəldiyi nəticələrlə razılaşmayaraq, hesab etmişdir ki, yüksək təhlükə mənbəyi olan “Hyundai Santafe” markalı avtomobilin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi həm həmin avtomobili idarə etmiş və yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarla sübuta yetirilən Cavabdeh1 üzərinə qoyulmalıdır. Çünki, 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə h allarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər”. Digər tərəfdən İş materialları və mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ilə digər Cavabdeh2 ər-arvaddırlar, sonuncu yol-nəqliyyat hadisəsi törətməmiş və iddiaçının əmlakına zərər vurulmasında onun iştirakı olmamışdır. İşin müəyyən olunan halına görə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Renault Megane” minik markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 07.06.2019-cu il tarixli sığorta aktına əsasən 4720 manat müəyyən edilmiş və xxxx SŞ ASC tərəfindən iddiaçıya 4.140,35 manat məbləğində ziyan ödənilmişdir. İş materiallarında olan və xxxx Sığorta Şirkətinin sifarışı əsasında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 03 iyun 2019-cu il tarixli qüsur aktından görünür ki, baş vermiş yol- nəqliyyat hadisəsi nəticəsində “Renault Megane” minik markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 15.425 manat məbləğində maddi ziyan (avtomaşında təmir işlərinin aparılmasının dəyəri 1.800 manat və dəyişməyə aid olan ehtiyat hissələrinin və detalların dəyəri 13.625 manat) dəymişdir. Apellyasiya baxışı zamanı yenidən təyin edilmiş və keçirilmiş ekspertiza tədqiqatına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspert Mərkəzi qərardadda qoyulan suallar üzrə tədqiqatın aparılmasının mümkünsüzlüyünü qeyd etmiş və iş üzrə verilmiş əvvəlki rəyi təkrarlayaraq bildirmişlər ki, 2009-cu il buraxılışlı, “Renault Megane” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 6600 manat müəyyən edilir. Kollegiya Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04.06.2020-ci il tarixli ekspert rəyi, həmçinin birinci instansiya məhkəməsinin baxışı zamanı verilmiş ekspert rəyi ilə müqayisədə “xxxx” MMC-nin 03 iyun 2019-cu il tarixli qüsur aktını daha mötəbər, inandırıcı və əsaslandırılmış hesab etmişdir. Çünki qərardadda göstərilməsinə baxmayaraq ekspertiza mərkə zinin ekspertləri tərəfindən avtomobilə baxış keçirilməmiş, avtomobilin yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyəti nəzərə alınaraq 2019-cu il tarixə olan bazar qiyməti lazımi qaydada əsaslandırılmadan 11000 manat müəyyən edilmiş və avtomobilin hazırda yararlı vəziyyəti olan hissələrinin qiyməti (40%) həmin məbləğdən çıxılaraq avtomobilə dəymiş ziyanın məbləği 6600 manat müəyyən edilmişdir. Belə olan halda və avtomobilə baxış keçirilmədən verilmiş ekspert rəyinin əsaslılığı şübhə altına alınır. Digər tərəfdən müəyyən edilir ki, “xxxx” MMC tərəfindən verilmiş rəy xxxx Sığorta Şirkətinin sifarışı əsasında və nəqliyyat vasitəsinə baxış keçirilməklə verilmişdir. Apellyasiya məhkəməsi öz mövqeyini Mülki Məcəlləsinin 1096, 1108.1, 1108.2, “İcbari sığortalar haqqında” Qanunun 20.2, 20.5, 20.6-cı Mülki Prosessual Məcəllənin 14.2, 77.1,78.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh1 kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsini və işin tam və hərtərəfli araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti belə əsaslandırılıb ki, iddiaçıya məxsus “Hyundai Santa FE” minik markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobilin zərər vurulmamış vəziyyətində real bazar dəyəri 1100013000 manat arasındadır. Həmin nəqliyyat vasitəsinin yalnız qabaq hissəsinə zərər vurulmuşdur. Avtomobilin üçdə iki hissəsinə zərər dəyməmişdir. Məhkəmə həmin avtomobili iddiaçının mülkiyyətində qaldığını bildiyi halda və iddiaçıy a 1140.35 manat sığorta ödənişi edildiyini bildiyi halda 11284,65 manat məbləğində ziyanın ödənilməsini qət etməklə avtomobilin üçdə bir hissəsinə görə 15424 manat müəyyən edirsə deməli bu nəqliyyat vasitəsinin qiyməti 46272 manat təşkil etməlidir. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkil x oğlu kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i. a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 220.4 Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instans iya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunm aması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir İddianın rədd edilmiş hissəsindən iddiaçı kassasiya şikayəti vermədiyindən cavabdehin kassasiya şikayə ti əsasında qətnamə iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı apellyasiya məhkəməsi tərəfindən hər hansı araşdırma aparılmamış və təqdim edilən sübutlara Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsi baxımından qiymət verilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04.06.2020-ci il tarixli ekspert rəyi, həmçinin birinci instansiya məhkəməsinin baxışı zamanı verilmiş ekspert rəyi ilə müqayisədə “xxxx” MMC-nin 03 iyun 2019-cu il tarixli qüsur aktını daha mötəbər, inandırıcı və əsaslandırılmış hesab edərkən ona əsaslanmışdır ki, ekspe rtiza mərkəzinin ekspertləri tərəfindən avtomobilə baxış keçirilməmiş, avtomobilin yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyəti nəzərə alınaraq 2019-cu il tarixə olan bazar qiyməti lazımi qaydada əsaslandırılmadan 11000 manat müəyyən edilmiş və avtomobilin hazırda yararlı vəziyyəti olan hissələrinin qiyməti (40%) həmin məbləğdən çıxılaraq avtomobilə dəymiş ziyanın məbləği 6600 manat müəyyən edilmişdir. Belə olan halda və avtomobilə baxış keçirilmədən verilmiş ekspert rəyinin əsaslılığı şübhə altına alınır. Lakin “xxxx” MMC tərəfindən verilmiş rəy xxxx Sığorta Şirkətinin sifarışı əsasında və nəqliyyat vasitəsinə baxış keçirilməklə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən nəticəyə gələrkən işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyun 2019-cu il tarixli rəyinin məhkəmə qərardadının İİ sualı üzrə əmtəşünaslıq ekspertizaı üzrə verdiyi nəticəyə istinad etsə də, 1-ci suala verilmiş avtotexniki ekspertizası üzrə nəticəyə hüquqi qiymət verməmişdir. Həmin nəticəyə əsasən isə nəqliyyat vasitələrinə ekspert tərəfindən baxış keçirilərkən konkret olaraq hansı hissələrinin zədələndiyini, onların təmirlə bərpa oluna bilməsini və ya dəyişdirilməsini müəyyən etmək mümkün deyildir. Həmçinin qeyd olunur ki baxış zamanı nəqliyyat vasitələrinin zədələnmiş hissələrini tam şəkildə müəyyən etmək mümkün olmur. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur qeyd olunan sual üzrə yol nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilibedilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və b u Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksəkdir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasın. Yalnız bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. İşin materiallarından görünür ki, ekspertiza zamanı ekspert tərəfindən nəqliyyat vasitəsinə baxış keçirilməklə verilən rəydə həmçinin onu n tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilməsi qənaətinə gəlinmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan bu rəyi nəzərə almadan, mütəxəssis cəlb edilməklə yeni ekspertiza təyin edilməsinin zəruriliyini müzakirə etməmiş, avtomobilə baxış keçirilməklə vurulmuş real ziyan məbləğini konkret müəyyənləşdirmədən səhv hüquqi nəticəyə gəlmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi vurulmuş zərər hissəsində qeyd edilən tələblərə cavab vermir. Kassa siya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl olunmamış, əsaslandırılmış qətnamə qəbul edilməmişdir. Bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Buna görə də, qətnamə iddianın təmin edilmiş hissəsində ləğv edilməli və iş bu hissədə yeni apellyasiya baxışına göndərilməli, kassasiya şikayəti təmin edilməlidir. İşə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, apellyasiya şikayəti və ona etirazın dəlillərinə müfəssəl qiymət verilməli, gəlinən nəticələr qətnamədə əsaslandırılmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2831/2020 nömrəli iş üzrə 13 avqust 2020-ci il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilsin. İş həmin hissədə yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.