Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6563/2019 16.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X12 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 XXX qızına və Cavabdeh3 qarşı “qonşuya törədilən qanunsuz və hədsiz təsirlərə qadağa qoyulması və yaşayış evi ilə yanaşı tikilmiş malheyvan tövləsinin sökülməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 may 2019-cu il tarixli, 2(107)-1449/2019 saylı qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfind ən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3, Cavabdeh2 qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3, Cavabdeh2 qızına onun yaşayış evinə 25 metrdən yaxın məsafədə mal-heyvan və quş saxlamağın qadağan edilməsi, onun yaşayış evinin yaxınlığında tikilmiş mal-heyvan tövləsinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim F.Abbasov) 19 fevral 2018-ci il tаrixli, 2(025)-50/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “qonşuya törədilən qanunsuz və hədsiz təsirlərə qadağa qoyulması və yaşayış evi ilə yanaşı tikilmiş mal-heyvan tövləsinin sökülməsi” tələbinə dair iddiası təmin edilməmiş, Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddianın qaldırılması ilə əlaqədar ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər M.Əsədli - sədrlik edən və məruzəçi, İ.Quliyev, Ə.Məcidov) 26 iyul 2018-ci il tarixli 2(107)-1674/2018 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tаrixli, 2(025)-50/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən sаxlаnılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Qoldman - sədrlik edən və məruzəçi, Ə.Mirzəliyev, G.Quliyev) 31 yanvar 2019-cu il tar ixli 2(102)-62/2019 nömrəli qərarına əsasən İddiaçı kassasiya şikayəti təmin edilmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2018-ci il tarixli 2(107)-1674/2018 nömrəli qətnaməsi ləğv edilərək mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Mahmudov - sədrlik edən və məruzəçi, V.Məlkov, Ə.Salmanov) 29.05.2019-cu il tarixli 2(107)-1449/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tаrixli, 2(025)-50/2018 nömrəli qətnaməsi ləğv edilərək İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 qarşı “cavabdehlərə onun yaşayış evinə 25 metrdən yaxın məsafədə mal-heyv an və quş saxlamağın qadağan edilməsi, onun yaşayış evinin yaxınlığında tikilmiş mal-heyvan tövləsinin sökülməsinə dair” iddia tələbinin təmin edilməməsi, iddianın qaldırılması ilə əlaqədar ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi barədə yeni qətnamə qəbul edilmişdir. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.05.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslan dırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin nəticəsinə təsir edəcək mühüm əhəmiyyəti olan faktiki halları düzgün aydınlaşdırmamış, araşdırmış olduğu faktiki hallara düzgün qiymət verməmiş, iş üzrə göstərilən faktlar qeyri-mötəbər, ziddiyyətli sübutlarla təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin qətnaməsində, həm də şikayətdə göstərilmiş, işin nəticəsinə təsir edə biləcək əhəmiyyətli halları araşdırmadığına və hüquqi qiymət vermədiyinə görə prosessual hüquq normalarını pozmuş hesab olunur. PROSESSUAL MƏSƏLƏLƏR Proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 41 5.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə qətnaməsinin qanuniliyi cavabdehin kassasiya şikayəti əsasında iddianın təmin edilmiş hissələrində yoxlanılır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki: İddiaçı XXX kəndində qeydiyyatda olmaqla hal-hazırda həmin ünvanda yaşayır və ona məxsus olan həyətyanı sahədə 1974-cü ildə tikilmiş 103 kv.m olan fərdi yaşayış evi və 45 kv.m təndirxana tikilisi vardır. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qər arına əsasən XXX kəndində İddiaçı mülkiyyətinə 0,24 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasən XXX kəndində Cavabdeh2 qızının, Cavabdeh3, X1, X2, X3 və X4 ümumi birgə mülkiyyətinə 0,24 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qəbələ rayon İHB-nınX kənd İD üzrə nümayəndəlik tərəfindən təqdim edilmiş 24 may 2019cu il tarixli, 243 nömrəli məktubun və ona əlavə edilmiş təsərrüfatbaşına kitabdan çıxarışın məzmununa əsasən həmin kənddə qeydiyyatda olan və yaşayan Cavabdeh1 ailə üzvləri ilə birlikdə özünə məxsus evdə yaşayır. Evin ümumi sahəsi 140 kv.m ibarətdir. Ailənin mülkiyyətində 0,52 ha pay torpaq sahəsi, 0,11 ha digər şəxsə icarəyə verilmiş torpaq sahəsi, 77 kv.m sahədə həyət daxili yardımçı tikilisi (tövlə) var. İddiaçı israr edir ki, qarşı tərəfin inşa etdiyi mal tövləsi onun yaşayış evinə yaxın məsafədə tikilərək qanunvericiliklə müəyyən edilmiş ara məsafəsi saxlanmamış, mal tövləsindən gələn zərərli qoxular evinə daxil olur, bu səbəbdən o, öz evində rahat yaşaya bilmir. İddia tələbindən də göründüyü kimi iddiaçı yaşayış evinin yaxınlığındakı tövlənin sökülməsini tələb etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 fevral 2018-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, XXX kəndində Cavabdeh1 tərəfindən inşa edilmiş mal tövləsinin yerləşdiyi torpaq sahəsinin JN-066H nömrəli Şəhadətnamə əsasında XXX qızının mülkiyyətində olan torpaq sahəsində olduğu, Cavabdeh1 tərəfindən inşa edilmiş mal tövləsi ilə İddiaçı məxsus fərdi yaşayış evi arasındak ı məsafənin 24,21 metr, eləcə də mübahisəli mal tövləsi ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən, bir hissəsi təndirxana kimi, digər hissəsi isə yataq otağı kimi istifadə olunan tikili arasındakı ən yaxın məsafənin 2,22 metr təşkil etdiyi müəyyən olunur. Məhkəmə tərəfindən X kəndində yerləşən mübahisə predmeti olan əmlaklara və torpaq sahəsinə İddiaçı, Cavabdeh1 arvadı X1,X kənd İcra nümayəndəsi X1 və Qəbələ rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini XXX iştirakı ilə yerli baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi tövlə onun yaşadığı fərdi yaşayış evindən ekspert rəyində göstərildiyi kimi təxminən 24.5 metr aralıda yerləşir, təndirxana (hansı ki, orada təndir yox idi, təndir tamamilə başqa yerdə quraş dırılmışdır) kimi nəzərdə tutulmuş köhnə tikilidən isə 2,5-3 metr aralıda inşa edilmişdir. Həmin təndirxana tikilisinin bir başı alçaq tavanlı “yaşayış otağı” kimi hazırlanmışdır. Otaq nizamsız və rütubətli idi, içərisinə bir ədəd köhnə şkaf və bir neçə döşək yerləşdirilmişdir. İddiaçının “yaşayış otağı” adlandırdığı həmin otaq dövlət reyestrində qeydiyyatdan keçməmiş, təsərrüfatbaşına kitabda isə təndirxana (altıaçıq) kimi qeyd edilmişdir (bu barədə müvafiq arayışlar da var). Məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq iddiaçı tərəf təmin tikilini yaşayış otağı kimi qeydə alınmasına dair heç bir sübut təqdim edə bilməmiş, bunu yalnız öz mülahizəsinə əsasən əsaslandırmağa çalışmışdır. Yerli baxışda müəyyən edilmişdir ki, iddiaçı öz ailəsi ilə birlikdə tövlədən 24 metr aralıda yerləşən fərdi yaşayış evində yaşayır. İçərisində olan əşyalar isə dediyinə görə ərdən boşanmış bacısına məxsusdur. Qeyd olunan bu hallar yerli baxışda iştirak edən yerli icra nümayəndəsi tərəfindən də təsdiq olunmuşdur. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçının öz həyətindəki tövlə onun yaşadığı evə daha yaxın olmaqla, evdən təxminən 5-7 metrlikdə yerləşir. Qəbələ rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, İddiaçı məxsus yaşayış evi ilə Cavabdeh1 tərəfindən inşa edilmiş mal tövləsi arasındakı məsafə gözlənilir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, həm yerli baxış zamanı, həm də ekspert rəyindən göründüyü kimi iddiaçının yaşadığı mübahisəli fərdi yaşayış evi qonşu torpaq sahəsində inşa edilmiş tövlədən 24.21 metr aralıda yerləşir. İddiaçının özünə məxsus olan tövlə isə (dediyinə görə istifadə olunmur) onun yaşadığı fərdi yaşayış evinin 5-7 metrliyində yerləşir. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının nəzərdə tutduğu təndirxanaya bitişik yaşayış otağı, nə dövlət reyestrində, nə də ki, təsərrüfatbaşına kitabda yaşayış sahəsi kimi qeydə alınmış, əksinə təsərrüfat kitabında təndirxana tikilisi kimi qeydə alınmışdır. Bundan əlavə kənd icra nümayəndəsinin məktubundan da göründüyü kimi mübahisəli tövlə tikintisi Cavabdeh1 öz həyətyanı ərazisində inşa edilmiş, iddiaçının yaşadığı fərdi yaşayış evinə heç bir əks təsiri yoxdur. İşə yenidən baxan apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin göstəriş və tövsiyələrinə riayət etməklə qanunvericiliyin ona verdiyi hüqu qlardan istifadə edərək işi tam və hərtərəfli araşdıraraq müəyyən etmişdir ki, JN-066H seriya nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə adları keçən şəxslər Cavabdeh2 qızı, X5, X6, X7 və X8 işə cəlb olunaraq onlara məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə bildirişi sonradan MPM-in 147-ci maddəsinin tələbləri baxımından həmin şəxslərin (cavabdehlərin) xəbərdar edilməsi üçün müvafiq olaraq sonuncu yaşayış yerləri üzrə X kənd icra nümayəndəliyinə göndərilmişdir. Bildirişə cavab olaraq Cavabdeh2 qızının 2017-ci il tarixdə vəfat etdiyi, X2 isə həmin ərazidə qeydiyyatda olmadığı və yaşamadığı qeyd olunmuşdur. Yerli baxışda iştirak edənX kənd icra nümayəndəsi X16 X2 inşa etdiyi tövlənin X2mülkiyyətində olan torpaq sahəsində yerləşməsinə aydınlıq gətirərək bildirmişdir ki, həqiqətən də tövlənin tikildiyi torpaq sahəsi Elbirin ata-baba torpağıdır. X15 zamanı torpaqların yeri səhv düşüb. Bununla bağlı Elbir DƏDRX-nə də müraciət edib. Davudun torpaq sahəsi isə Elbirin torpağının şərq hissəsində yerləşir (nümayəndə həmin evi və torpaq sahəsini də göstərdi). Davud deyir “mən bu işə qarışmıram” onların öz işidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia tələbi müvafiq sübutlarla təsdiq edilmədiyindən qanunvericilikdə nəzərdə tutulmuş hüquqi müddəalar tətbiq edilə və iddia təmin edilə bilməz. İddianın təmin edilməsi cavabdehin mülkiyyət hüququnun pozulması və ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməməsi ilə nəticələnə bilər. Buna görə də, apellyasiya şikayətinin dəlilləri iddia tələbi i lə eyni olduğundan və faktiki əsası olmadığından əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, bu zaman maddi və prossesual hüquq normalarının tələblərini pozmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. - 170.1-ci maddəsinə əsasən ikit ərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. - 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. İşin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən sökülməsi tələb edilən mal tövləsi cavabdehin faktiki sahibliyində olan həyətyanı torpaq sahəsində inşa edilməklə, iddiaçını n yaşayış evindən 24 metr aralıdır, bu isə Azərbaycan Respublikası Dövlət Tikinti normalarının “kənd yaşayış məskəninin məskunlaşma ərazisi” 4.20-ci maddəsində müəyyən edilmiş yaşayış otaqlarının pəncərələrindən mal-qara və quşlar saxlanılan tikililərədək olan məsafənin 1 və ya 2 tikili olarsa 15 metrdən az olmaması normasına uyğundur. İddiaçının yaşayış otağı olduğunu iddia etdiyi və mal tövləsindən 2,5-3 metr aralı yerləşən tikili isə təsərrüfatbaşına kitabda təndirxana (altıaçıq) kimi qeyd edilmişdir. Kassasiya şikayətində iddiaçı məhkəmənin iş üzrə kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə araşdırma aparmağa çalışsa da, mövcud faktlar üzrə sübutları düzgün qiymətləndirilmədiyini, bəzi faktları ziddiyyətli sübutlarla təsdiq etdiyini, bəzi dəlillərə ümumiyyətlə qiymət verilmədi yini göstərmişdir. Məhkəmə kollegiyası bu dəlilləri əsassız hesab edir və qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 420-ci maddəsinin tələblərinə əməl edilərək, torpaq sahəsinin mülkiyyətçiləri işə cəlb edilmiş, mübahisəli tikiliyə və əraziyə baxış keçirilmiş, Cavabdeh1 yaşayış evi və tikililərinin X2mülkiyyətində olan torpaq sahəsində yerləşməsinin səbəbləri araşdırılmış, yerli baxış zamanı tövlə tikilisinin iddiaçının yaşayış evindən məsafəsi dəqiqləşdirilmiş, həmçinin tövləyə yaxın məsafədə yerləşən iddiaçıya məxsus təndirxana tikilisi və yanındakı otağa baxış keçirilərək, onun təyinatı və şəraiti müəyyən edilmişdir. İşin araşdırılan hallarına əsasən apellyasiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, mübahis ələndirilən tikili iddiaçının yaşayış sahəsindən (yaşayış evindən) normativ sənədlərlə müəyyən edilmiş məsafədən uzaqda yerləşdiyindən iddiaçının hər hansı hüququnu pozmur, qonşunu hədsiz təsirə məruz qoymur. Həmçinin yerli baxış protokolunda qeyd edilənlərdən aydın olur ki, iddiaçının yaşayış otağı adlandırdığı tikili yaşayış sahəsi üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab vermir. Belə ki, Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Yerli baxış protokolundan i sə görünür ki, həmin təndirxana tikilisinin bir başı alçaq tavanlı “yaşayış otağı” kimi hazırlanmışdır. Otaq nizamsız və rütubətlidir, içərisinə bir ədəd köhnə şkaf və bir neçə döşək yerləşdirilmişdir. İddiaçı öz ailəsi ilə birlikdə tövlədən 24 metr aralıda yerləşən fərdi yaşayış evində yaşayır. İçərisində olan əşyalar isə dediyinə görə ərdən boşanmış bacısına məxsusdur. Məhkəmə kollegiyası kassasiya şikayətlinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-p rosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 may 2019-cu il tarixli, 2(107)1449/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6563/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6563/2019
16.10.2019 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver