Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-657/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-657/21 (Açar sözlər: sahiblik hüququnun bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: Cavabdeh1 vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)2287/2020 saylı qətnaməsindən Cavabdeh1 kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, Bakı şəhəri, Binəqədi rayon İHB-nın xx xxxxxx 2000-ci il tarixli, 2189 saylı Sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış torpaq sahəsindən sahiblik və istifadə hüquqlarının bərpa edilməsi, həmin torpaq sahəsində cavabdeh tərəfindən yerləşdirilmiş köşkün, ağac dibçəklərinin onun hesabına çıxarılması və üçüncü şəxslərin qanunsuz təsirlərindən azad torpaq sahəsinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim İ.Ə.Əliyev) iddia təmin edilərək, iddiaçının sahiblik, istifadə hüquqları bərpa edilməklə, cavabdehin istifadəsində olan gül köşkü, ağac dibçəklərinin xx xxxxxx 2000-ci il tarixli, 2189 saylı Sərəncama əsasən fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış torpaq sahəsindən (əvvəlki Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Bakı-Sumqayıt şosesi,1 may məhəlləsi, 3-cü döngədə yerləşən, indiki Boz qala küçəsi) cavabdehin hesabına çıxarılması və iddianın qalan hissədə rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçıya qanuni əsaslarla fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr torpaq sahəsi ayrılıb. Cavabdehin istifadəsində olan gül köşkü həmin ərazidə yerləşir və onun həmin torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənədi yoxdur. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.2, 152.5, 157.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov sədrlik edən və məruzəçi, X.A.Cəmilova və İ.Ə.Kərimli) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hü quq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və apelyasiya şikayətinə əsasən qətnamənin apelyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.5, 157.2, 157.8ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Kasasiya şikayəti belə əsaslandırılıb ki, apely asiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı, Cavabdeh1 və Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məc əlləsi: Mülki Məcəllənin 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlər arası müqavilələr bu Məcəllə ilə tənzimlənən mülki hüquq münasibətlərinə (beynəlxalq müqavilədən onun tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul edilməsi tələbinin irəli gəldiyi hallar istisna edilməklə) birbaşa tətbiq edilir. Həmin Məcəllənin 152.5. maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, qonşuların və ya üçüncü şəxslərin hüquq larını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2. maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM -nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməli dir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın rədd edilməsi üçün əsasların olmasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayon İHB-nın xx xxxxxx 2000-ci il tarixli, 2189 saylı Sərəncamına əsasən, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr torpaq sahəsi ayrılıb. Hazırda iddiaçı, cavabdehin ona məxsus torpaq sahəsini qanunsuz zəbt etməsini iddia edir. Cavabdeh isə Biləcəri bələdiyyəsinin xx xxxxxx 2008-ci il tarixli, 477 saylı qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ona 6,0 kv.metr torpaq sahəsinin ayrıldığını, həmin torpaq sahəsinə yüngül konstruksiyalı standartlara uyğun müasir ti pli köşkün qoyulduğunu, sonradan Bakı-Sumqayıt yolunun genişləndirilməsi ilə əlaqədar olaraq Binəqədi rayon İcra Hakimiyyətinin razılığına əsasən köşkün yerinin Biləcəri qəsəbəsi, 1 may məhəlləsi, 3-cü döngədə yerləşən ünvana köçürüldüyünü və iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyini göstərib iddiaya etiraz edir. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən, mübahisələndirilən ərazi Bakı şəhəri, Binəqədi rayon İHB-nın xx xxxxxx 2000-ci il tarixli, 2189 saylı Sərəncamı ilə iddiaçıya ayrılmış 600 kv.metr torpaq sahəsidir. Cavabdehin istifadəsində olan gül köşkü də həmin ərazidə yerləşir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutla rı, o cümlədən kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Apelyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib qeyd etmişdir ki, iddiaçı ona məxsus torpaq sahəsini cavabdehin qanunsuz sahibliyindən geri tələb etməkdə haqlı olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehin hazırda sahibliyində olan torpaq sahəsinin iddiaçıya məxsus olması və onun həmin torpaq sahəsinə sahiblik etməsinin qanunazidd olduğu öz təsdiqini tapır. Eyni zamanda işə əlavə edilmiş ekspert rəyi ilə də müəyyən olunur ki, cavabdehin istifadəsində olan gül köşkü iddiaçıya məxsus torpaq sahəsində yerləşir. Həmin ekspert rəyi ilə müəyyən edilən halların həqiqətə uyğun olmamasına əsas verən heç bir hal mövcud deyil. Həmçinin, cavabdeh köçkün yerləşdiyi həmin torpaq sahəsinə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən ona ünvanlanmış razılıq məktubu əsasında sahiblik etdiyini bildirir. Lakin qeyd olunan məktub özülündə hər hansı bir hüquq müəyyənedici sənəd deyil və həmin torpaq sahəsinə hər hansı bir hüququn yaranması üçün əsas ola bilməz. Beləliklə, cavabdeh iddiaçıya məxsus torpaq sahəsinə qanunsuz sahiblik edir. Ona görə də apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin cavabdehin sahibliyində olmasının heç bir qanuni əsası olmadığı üçün o, həmin ərazidən çıxarılmalıdır. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərinə apelyasiya i nstansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)2287/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-657/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-657/2021
16.02.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver