Məhkəmə qərarları › İş №2(102)-657/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-657/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-657/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı QSC-nin Cavabdeh3 Rəhim oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-657/22 (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2021-ci il tarixli, 2(103)95/2021 saylı qərardadından İddiaçı QSC kassasiya şikayəti üzrə işə 22 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı ları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı QSC məhkəmədə Cavabdeh3 və digərlərinə qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 026R********** saylı kredit razılaşması üzrə 8.477,78 manat əsas, 1.789,92 manat faiz borcu və 3243,7 manat cərimə olmaqla, cəmi 13.511,4 manat kredit borcunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim A.S.Məmmədov) iddia qismən təmin edilib. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qə bul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov sədrlik edən, məruzəçi, C.A.Yusifov və V.Ə.Baxışova) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılıb. 01 oktyabr 2021-ci il tarixdə iddiaçı qətnamədən kassasiya şikayəti verib və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, sözügedən qətnamənin surəti Mülki Prosessual Məcəllənin 135.5 və 135.6-cı maddələri nə əsasən 25 fevral 2021-ci il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə2 məxsus şəxsi elektron kabinetə yerləşdirilib və ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılıb. İddiaçının kassasiya şikayəti isə 01 oktyabr 2021-ci il tarixdə məhkəməyə daxil olub. İddiaçı qanunla müəyyən edilmiş prosessual müddəti ötürüb. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 135.5, 135.6, 408.1-ci maddələrinin və digər prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, k assasiya şikayətinin mümkün hesab edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zam anda müddət buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və sair). Həmin Məcəllənin 405.0.1 və 405.0.2-ci maddələrinə əsasən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində apelyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilə bilər. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və o nlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdı rması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib, işdə, apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edil miş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddət buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 405.0.1 və 405.0.2-ci maddələrinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsi, sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə tətbiq edib, işin hallarını nəzərə al ıb müəyyən etmişdir ki, sözügedən qətnamənin surəti Mülki Prosessual Məcəllənin 135.5 və 135.6-cı maddələrinə əsasən 25 fevral 2021-ci il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə2 məxsus şəxsi elektron kabinetə yerləşdirilib və ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılıb. İddiaçının kassasiya şikayəti isə 01 oktyabr 2021-ci il tarixdə məhkəməyə daxil olub. Beləliklə, iddiaçı qanunla müəyyən edilmiş prosessual müddəti üzrsüz səbəblərdən ötürüb və prosessual müddətin bərpası barədə vəsatət verməyib. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini geri qaytararkən düzgün nəticəyə gəlib və yuxarıda sadalanan proses sual normaların tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib. İddiaçı kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən prosessual normaların tələblərini pozduğunu, birinci instansiya məhkəməsinin qətnaməsinin surətinin rəsmi qaydada ona təqdim edilmədiyini, qətnamənin surətinin rəsmi qaydada iddiaçının deyil, nümayəndənin elektron kabinetinə yerləşdirildiyini və sair göstərsə də kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, iddiaçının verdiyi etibarnamədən görünür ki, Nümayəndə2 əsas iş yeri İddiaçı QSC olub və sonuncunun adından Nümayəndə2 verilmiş etibarnamədə məhkəmə aktından şikayət verilməsi xüsusi göstərilib. Mülki Prosessual Məcəllənin 69.2, 74.1, 74.2-ci maddələrinin tələblərinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla...yaxud müvafiq qaydada səlahiyyət verilmiş və ya əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan prosessual normaların tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də əsassız sayıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının qətnamədən verdiyi kassasiya şikayətini geri qaytararkən düzgün nəticəyə gəlib və sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyiş dirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı QSC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2021-ci il tarixli, 2(103)-95/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar