Məhkəmə qərarları › İş №2(102)-6570/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6570/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6570/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı LPO “İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1674/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı LPO “İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 30 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı LPO “İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh LPO “İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 6975.08 manat əsas, müqavilə müddəti üçün hesablanmış 682 manat faiz, 1638.71 manat cərimə, müqavilə müddəti bitdiyi tarixdən 06.11.2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanan 1002.98 manat borcun, ümumilikdə 10298.77 manatın və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnam ə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı LPO “İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh LPO “İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 6975.08 manat əsas, müqavilə müddəti üçün hesablanmış 682 manat faiz, 1638.71 manat cərimə, müqavilə müddəti bitdiyi tarixdən 06.11.2019cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanan 1002.98 manat borcun, ümumilikdə 10298.77 manatın və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın X7 mülkiyyətində olan ümumi sahəsi 109.06 kv.m-dən ibarət olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 8-ci blok, 15-ci mərtəbədə yerləşən 60 nömrəli mənzilə yönəldilməsi, həmin mənzili n açıq hərracdan satılması və borcun mənzilin satışından əldə olunan vəsait hesabına LPO “İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, satışdaən əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X7 mülkiyyətində olan ümumi sahəsi 109.06 kv.m-dən ibarət olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 8-ci blok, 15-ci mərtəbədə yerləşən 60 nömrəli mənzilə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh və həmin mənzildə qeydiyyatda olan və yaşayan digər şəxslərin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və onların həmin mənzildən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı LPO “İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığo rtalanması Fondu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh LPO “İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 6975.08 manat əsas, müqavilə müddəti üçün hesablanmış 682 manat faiz, 1638.71 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1002.98 manat faiz borcunun, ümumilikdə 10298.77 manatın və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı LPO “İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbini onunla əsaslandırmışdır ki, 22.12.2011 -ci il tarixdə “İddiaçı” ASC və Cavabdeh arasında AF-11037 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh bank tərəfindən 22.12.2011-ci il tarixli kredit müqaviləsi üzrə 33610 manat məbləğində illik 10% olmaqla, 60 ay müddətinə kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsinə əsasən Cavabdeh kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə ödəməli idi. “İddiaçı” ASC müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini Cavabdeh vermişdir. Lakin borclu Cavabdeh krediti götürdüyü tarixdən etibarən kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməmişdir. Borclu Cavabdeh dəfələrl ə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. 06.11.2019-cu il tarixinə kredit müqaviləsi üzrə Ləğv prosesində olan “İddiaçı” ASC-nə Cavabdeh 6975,08 manat əsas, faiz borcu üzrə 682 manat, cərimə üzrə 1638,71 manat.ə kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1002,98 manat məbləğində gecikdirilmiş faiz borcu, cəmi 10298,77 manat məbləğində borcu vardır Laçın Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(047)-143/2020 saylı, 25 fevral 2020-ci il tarixli qərardadı ilə (hakim Cavad İbrahimov) iş üzrə məhkəmə qiymətləndirmə ekspertizasının təyin edilməsi, ekspertizanın aparılmasının "xxxx" MMC-yə həvalə edilməsi qərara alınmışdır. "xxxx" MMC-nin 13.11.2020-ci il tarixli rəyinə əsasən, X7 mülkiyyətində olan ümumi sahəsi 109.06 kv.m-dən ibarət olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 8-ci blok, 15-ci mərtəbədə yerləşən 60 nömrəli mənzilin bazar qiyməti 120000 manat, likvid qiyməti 110000 manat təşkil edir. Birinc instansiya məhkəməsinin 2(047)-19/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Cavad İbrahimov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh əsas borc üzrə 6975,08 manat, faiz borcu üzrə 682 manat, 500 manat cərimə, cəmi 8157,08 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulub iddiaçı Ləğv prosesində olan «İddiaçı» ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddia tələbinin əsas və faiz borcu hissə si tam əsaslıdır. Ona görə də iddia tələbi bu hissələrdə təmin edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı cavabdehdən 1638.71 manat məbləğində cərimə pulu tələb edir. Məhkəmə mülki qanunvericilik normaları baxımından dəbbə pulunun azaldılması və iddianı cərimə hissəsində 500 manat həcmində təmin etməyi qanuni və əsaslı hesab edir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iş üzrə iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə illik 5 faizlə hesablanmış 1002.98 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləğinin tutulub ona verilməsini tələb etsə də, öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, yəni kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu və eyni zamanda kred it vəsaitinin geri qaytarılmasının gecikdirilməsində cavabdehin təqsirinin olmasını sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən də məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh əsas borc üzrə 6975,08 manat, faiz borcu üzrə 682 manat və cərimə borcu üzrə 500 manat məbləğində borcun alınıb iddiaçı Ləğv prosesində olan “İddiaçı» ASC-nin xeyrinə verilməsi qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1 442, 445.1, 448.1, 449.1, 462.1, 465.2, 467-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin cərimə və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İsmayıl Əhmədov - sədrlik edən və məruzəçi, Tale Kərimov, Tofiq Heydərov) 2(106)-1674/2021 saylı, 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Laçın Rayon Məhkəməsinin 2(047)-19/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin iddianı qismən təmin etməsi düzgün olmuşdur. Apelyasiya şikayətindən iddiaçının cərimə borcunun məhkəmə tərəfindən azaldılması ilə razılaşmadığı görünsə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin cərimə borcunu azaltmaq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462, 467-ci maddələrinin tələbinə uyğun olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin Cavabdeh gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1002,98 manat məbləğində gecikdirilmiş faiz borcunu tutmaması da düzgün olmuşdur. Belə ki, kredit müqaviləsinin müddəti 22.12.2016-cı il tarixdə bitsə də iddiaçı məhkəməyə yalnız 25 deka br 2019-cu ildə müraciət etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı İH nin 22 iyul 2000-ci il tarixli 12 nömrəli protokol Qərarının 2.2-ci bəndində göstərilmişdir ki, kredit təşkilatlan əsas məbləğləri və faizləri yaxşı təmin edilmiş” və “yığılma prosesində olan” kreditlər (hər iki şərt birgə yerinə yetirilirsə) istisna edilməklə, kreditlərin qaytarılma müddətindən aslı olmayaraq faizlərin, yaxud əsas məbləğin ödənişi kredit müqaviləsi üzrə nəzərdə tutulmuş vaxtdan 90 gün və daha çox gecikdirilirsə “faizləri hesablanmayan kreditlər” statusu verərək faiz ən hesablanmasım dayandırır. İşdən görünür ki, Cavabdeh kredit borcunu uzun müddət 2011-ci ildən 2015-ci ilədək intizamla ödəmiş, gecikmələr yalnız kredit münasibətlərinin sonuncu, 5-ci ilində olmuşdur. Müqavilənin 2016-cı ildə bitmə sindən sonra iddiaçı uzun müddət məhkəməyə müraciət etməmiş və cavabdehə əsassız faizlər hesablanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur və ona görə də apelyasiya şikayəti təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı LPO “İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin faiz və cərimə borcu hissəsində ləğv edilərək iddia tələbinin tam təmin olunması vəya işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şi kayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Kreditor kred it müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu za man pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə kredit müqaviləsinin qüvvədə olma müd dəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmaqla faiz borcunun (əldən çıxmış fayda) tutulması hər hansı şərtlə məhdudlaşdırılmamışdır. Qətnamə bu hissədə kifayət qədər əsaslandırılmayıb. Həmçinin nəzərə çatdırmaq istəyir ki, oxşar mübahisəyə dair iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X10, X4, X2, X5 və X3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 24 fevral 2021-ci il tarixli 2-2(106)-44/2021 saylı qətnaməsindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən 2-2(102)-280/2021 saylı, 13.07.2021-ci il tarixli qərar qəbul olu naraq, iddiaçının kassasiya şikayətinə münasibətdə faiz borcu, cərimə və müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Buna oxşar məhkəmə təcrübələri kifayət qədərdir. Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin ki, məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyni təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlər görsün. Eyni zamanda, məhkəmə “cərimə borcu tələbinin” azaldılması hissəsində qətnamədə Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə istinad etsə də, onun ikinci hissəsini - “tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır” müddəasını mübahisəli münasibətə tətbiq etməmişdir. Çünki, cərimənin 500 manat müəyyən edilməsi 1.638,71 manat cərimə borcu ilə müqayisədə tənasübsüz surətdə azdır və kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Cərimənin həcmini azaldarkən qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır. Bundan əlavə, məhkəmə cərimə borcunun həcmini əhəmiyyətli azaldarkən, Azərbaycan Respublikası Mülki Məcəllənin 465.2-ci maddəsini nəzərə almamışdır. Maddəyə əsasən, “Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cə rimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər”. Bu şərt isə cavabdehlə bağlanmış kredit müqavilələrində öz əksini tapmışdır. Müqavilədə dəbbə pulunun nəzərdə tutulması müqavilə üzrə öhdəliyin vaxtında və düzgün icrası üçün qanunvericiliklə müəyyən edilmiş sanksiyadır. Qeyd etmək vacibdir ki, Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq kredit təşkilatı kredit üzrə hesablanan faizləri (gəliri) alıb-almamasından asılı olmayaraq bu faizlərə görə gəlir vergisi və ƏDV, əmanətçilərə isə faiz ödəyir. Borclu, faizləri və digər borc öhdəliklərini ona verilmiş cədvəl üzrə vaxtında ödəmədikdə, kreditor ziyana düçar olur. Bu ziyanın qarşısını almaq məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada kredit müqavilələrində dəbbə pulunun ödənilməsi sanksiyası nəzərdə tutulmuşdur. Cavabdehdən tutulmalı dəbbə pulunun həcmini formal məbləğədək azaldarkən, məhkəmə ziddiyyətli məhkəmə təcrübəsi yaratmış olur. Göstərilən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması isə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi əsaslarını müəyyən edən Mülki Prosessual Məcəllənin 418.1- ci maddəsinə görə qətnamənin ləğv edilməsi üçün əsasdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, i ddiaçı LPO “İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X1 vəkili Abbasov Murtuzəli Aydın oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Rəsulova Aysel Ələddin qızı kasasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğundan təmin edilməməsini və apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tə ləblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnı z və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri). MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa e tmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci mad dəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında əks olunmuş hüquqi mövqe bir daha təsdiq edilməklə nəzərə alınmalıdır ki, MM-in 449-cu, xüsusilə də 449.3-cü maddəsində təsbit olunmuş qaydalara müvafiq olaraq müqavilə ilə müəyyən edilmiş pul öhdəliklərinin icrasının gecikdirilməsinə görə zərərin əvəzini ödəməyi tələb etmək hüququ müəyyən xüsusiyyətlərə malikdir. Belə ki, MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddən in mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Həmin Qərarda göstərilmişdir ki, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizliklə) əlaqələndirməklə, MM-in 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə məsuliyyət daşımamasını bu şərtlə müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. MM-in 449.1-ci maddəsinə müvafiq olaraq, (MM-in 445.7-ci maddəsində təsbit edilmiş illik beş fa iz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhk əməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən illik beş faiz faiz borcu və cərimə borcu hissəsində mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissələrdə ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı həmin hissələrdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 01 iyul 2021-ci il tarixli qətnaməsi gecikdirilmiş vaxt üçün illik beş faiz borcun cavabdehdən tutulmasının təmin edilməyən hissəsində ləğv edilməli və mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Əvvəla, iddiaçının cərimə borcunun azaldılmasının əsassızlığı ilə bağlı dəlili üzrə qeyd edilməlidir ki, işə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi cərimə borcunu azaldarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə tam olaraq əməl etmişdir. Belə ki, cərimə borcu azaldılarkən həm iddiaçının, həm də cavabdehlərin əmlak vəziyyəti, mənafeləri nəzərə alınmışdır. Cərimə borcunun azaldılması kreditorun əmlak mənafelərinə hər hansı ziyan vurması müəyyən edilməmişdir. Odur ki, iddiaçının qeyd edilən hissə üzrə dəlilləri əsassızdır və kasasiya şikayətinin bu bar ədə dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin bu hissədə ləğv edilməsinə əsas ola bilməz. Bununla belə məhkəmə kollegiyası, müqavilənin bitdiyi vaxtdan 06.11.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanmış 1002.98 manat məbləğində faizin təmin edilməməsi hissəsində apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarının düzgün hesab etmir. Belə ki, kredit müqaviləsi üzrə müştərinin öhdəliyinin dairəsi müqavilə ilə yanaşı, qanunla da müəyyən edilir. Bu da Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarında əks edilib. Məhkəmə kollegiyası «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 200 9-cu il tarixli qərarına da istinad edir. Konstitusiya Məhkəməsinin adıçəkilən qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, «MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Mübahisə yarandığı halda, məsələ məhkəmə qaydasında həll olunarkən, tərəflərin hüquq və mənafelərinin daha səmərəli qorunması üçün, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə qətnaməsinin çıxarılmasından əvvəl borc məbləği ödənilibsə, məhkəmə öz qərarında faiz və maliyyə sanksiyası məbləğini dəqiq göstərməlidir. Həmçinin, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyanın hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Bu hal Məcəllənin 449.4-cü maddəsində öz əksini tapmışdır. Belə ki, həmin normaya əsasən özgə vəsaitindən ist ifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur». Bu baxımdan, müqavilənin bitdiyi vaxtdan 06.11.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanmış 1002.98 manat məbləğində faiz ödənilməsi tələbinə Mülki Məcəllənin 449-cu maddəsinin və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi kontekstində qiymət verilməlidir. Apellyasiya məhkəməsi isə həmin tələbə Mülki Məcəllənin 449-cu maddəsinin və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi kontekstində qiymət verməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, müqavilənin bitdiyi vaxtdan sonrakı dövr üçün faiz tutulması barədə tələbi rədd edərkən apellyasiya məhkəməsinin gətirdiyi dəlil –Cavabde h kredit borcunu uzun müddət 2011-ci ildən 2015-ci ilədək intizamla ödəməsi, gecikmələrin yalnız kredit münasibətlərinin sonuncu, 5-ci ilində olması, müqavilənin 2016-cı ildə bitməsindən sonra iddiaçının uzun müddət məhkəməyə müraciət etməməsi və cavabdehə əsassız faizlər hesablanması – əsaslı sayıla bilməz. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin hallarının tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin hüquq bərabərliyinin və ədalətli məhkəmə araşdırmasının təmin edilməsi məqsədilə kasasiya şikayəti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)1674/2021 saylı, 01 iyul 2021-ci il tarixli qətnaməsi ilik 5 faiz həcmdə faiz borcunun tutulması tələbinin təmin edilməyən hissəsində ləğv edilməli və mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan “İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1674/2021 saylı, 01 iyul 2021-ci il tarixli qətnaməsi ilik 5 faiz həcmdə faiz borcunun tutulması tələbinin təmin edilməyən hissəsində ləğv edilsin və mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1674/2021 saylı, 01 iyul 2021-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar