Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6578/2021 15.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı “borc müqaviləsinin və qəbzin dəyişdirilməsi və ya ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2021-ci il tarixli, 2(106)2503/2020 nömrəli qərardadın dan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağcabədi Rayon Məhkəməsinin 17 may 2021-cı il tarixli 2(017)-758/2021 nömrəli qərardadı ilə (hakim E.B.Quliyev) İddiaçı Cavabdeh oğluna qarşı “borc müqaviləsinin və qəbzin dəyişdirilməsi və ya ləğv edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilmişdir. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət, Ağcabədi Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(017)-758/2021 nömrəli qərardadı ilə təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyul 2021-ci il tarixli 2(106)-2503/2021 nömrəli (hakim İ.H. Əhmədovun sədrliyi və məruzəsi ilə, hakimlər R.M.Cəfərovdan və M.Ə.Bağırovdan ibarət tərkibdə) qərardadı ilə Ağcabədi Rayon Məhkəməsinin 17 may 2021-cı il tarixli, 2(017)-758/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Ağcabədi Rayon Məhkəməsinin 17 may 2021cı il tarixli, 2(017)-758/2021 nömrəli və 04 iyun 2021-cı il tarixli 2(017)-758/2021 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmışdır. İddiaçı 24 avqust 2021-ci il tarixdə kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyul 2021-ci il tarixli, 2(106)-2503/2020 nömrəli qərardadının ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2021-ci il tarixli, 2(106)-2503/2020 nöm rəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır. İddiaçı kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(106)-2503/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, apellyasiya instansiyası məhkəməsinin 09 iyul 2021-ci il tarixli qərardadı iddiaçıya verilməmiş, poçt xəbərnaməsində olan imza ona məxsus deyildir. Belə olan halda isə məhkəmə onun üzərinə müddətin bərpası barədə ərizə vermək vəzifəsini qoymaqda haqlı olmamışdır. Məhkəmə iclasının yeri və va xtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş, vəkillərinin iştiraklarını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416.1-ci kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 405.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Hazırki iş üzrə müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin 09 iyul 2021-ci il tarixli qəra rdadı iddiaçıya poçt vasitəsi ilə göndərilmiş və 27 iyul 2021-ci il tarixdə ona rəsmi təqdim olunmuşdur. İddiaçı isə, qərardaddan kassasiya şikayətini qanunvericiliklə müəyyən olunmuş 10 günlük müddəti buraxmaqla, 19 avqust 2021-ci il tarixdə poçt orqanına təqdim etmişdir. Bu səbəbdən kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadının iddiaçıya verilməməsinə dair kassasiya şikayətinin dəlili əsassızdır və iş materialları ilə sübut olunmur. Belə ki, Azərbaycan Respublikası MPM-in 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sə nədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmi n Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İş materiallarına əsasən qərardad iddiaçının özünün iddia ərizəsində və şikayətlərində qeyd etdiyi xxx göndərilmiş və həmin ünvanda “İddiaçı” adlı şəxs tərəfindən imza olunmaqla qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə sənədi iddiaçının göstərdiyi ünvana çatdırılıbsa, yuxarıda qeyd olunan prosessual normalarına uyğun o, tərəfə təqdim olunmuş hesab edilir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin 09 iyul 2021-ci il tarixli qərardadının iddiaçıya başqa qaydada verilməsi də iş materiallarından müəyyən olunmur. Odur ki, belə nəticəyə gəlmək olar ki, iddiaçı həmin qərardadı məhz 27 iyul 2021-ci il tarixdə rəsmi almışdır. Ona görə də məh kəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin geri qaytarılmasına dair apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər dəlillər apellyasiya məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(106)-2503/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6578/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6578/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver