Məhkəmə qərarları › İş №2(102)-658/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-658/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-658/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X3 Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatın verilməsinin cavabdehə həvalə edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2558/2021 nömrəli iş üzrə 15 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 f evral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh1 ASC tərəfindən verilmiş 18.02.2015-ci il tarixli arayışından görünür ki, İddiaçı Cavabdeh1 ASC-də **********430000 saylı ssuda hesabı var. 20.06.2008-ci il tarixli 054 saylı kredit müqaviləsinə əsasən İddiaçı 104640 manat məbləğində ipoteka krediti verilmişdir. Hal-hazırda bu müqavilə üzrə borcalanın banka heç bir borcu yoxdur. "xxxx" MMC tərəfindən verilmiş 23.07.2019-cu il tarixli çıxarışından görünür ki, İddiaçı 20.06.2008-ci il tarixli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 35.178,64 manat, kreditin faiz məbləği 21.423,64 manat təşkil edir. X3 Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 16.03.2020-ci il tari xli arayışından görünür ki, LPO Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 20.06.2008-ci il tarixli kredit müqaviləsi üzrə 10.03.2020-ci il tarixə Banka 35178,64 manat məbləğində əsas borcu, 24111,13 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 59289,77 manat məbləğində borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Mərkəzi Bankını cəlb etməklə cavabdeh X3 Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatın verilməsinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə əri zə ilə məhkəməyə müraciət edərək X3 Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun əsl cavabdeh X3 Cavabdeh1 ASC ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X3 Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ikinci cavabdeh kimi mülki işə cəlb edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 ASC arasında 20.06.2008-ci ildə 054 saylı kredit müqaviləsi bağlanılıb və həmin kredit müqaviləsinə əsasən ona 104.640 manat məbləğində ipoteka krediti verilmişdir. İddiaçı tərəfindən 20.06.2008-ci il tarixli 054 saylı kredit müqaviləsi üzrə bütün öhdəliklər yerinə yetirilib və heç bir borc məbləği qalmayıb. Borcunun olmadığı ü çün də Cavabdeh1 ASC-nin İdarə Heyətinin sədri Z.B.Quliyeva tərəfindən öz imzası və bankın möhürü ilə təsdiq edilmiş 18 fevral 2015-ci il tarixli 11/K61 saylı arayış verilmiş və İddiaçı 20.06.2008-ci il tarixli 054 saylı kredit müqaviləsinə əsasən 104640 manat məbləğində ipoteka krediti verildiyi və bu müqavilə üzrə borcalanın banka heç bir borcu olmaması qeyd edilmişdir. Lakin buna baxmayaraq Azərbaycan Kredit Bürosundan verilən çıxarışda məlum olmuşdur ki, X3 Cavabdeh1 ASC-də qeyd etdiyi müqavilə üzrə İddiaçı adında 35178,68 manat kreditin qalıq məbləği və 21.423,64 manat faiz borcu olduğu qeyd edilmişdir. Bank tərəfindən borcu olmadığı halda onun adında borc məbləğinin qalması tamamilə qanunsuzdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov, iş № 2(006)-2271/2021) iddia tələbi qismən təmin edilərək, «Mərkəzləşdirilmiş Kredit Reyestrində» 20.06.2008-ci il tarixli 054 saylı kredit müqaviləsi üzrə İddiaçı borcunun olmaması məlumatının verilməsinin cavabdeh X3 Cavabdeh1 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi, iddia tələbinin digər cavabdeh X3 Cavabdeh1 ASC-yə münasibətdə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 20.06.2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmişdir və onun banka heç bir borc məbləği qalmamışdır. Bu barədə bank tərəfindən 18.02.2015-ci ildə arayış verilmişdir. Bu baxımdan borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Apellyasiya instansiyası məhkəmə sində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Mehdiyev, iş № 2(103)-2558/2021) cavabdeh X3 Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(006)-2271/2020 saylı qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatı dəyəri olan 200 (iki yüz) manat İddiaçı alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesabına keçirilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bank-müştəri münasibətlərində kreditor qarşısında icranı təsdiq edən mübahisəsiz sənəd yalnız bank sənədidir. İddiaçı borcunun olmaması barədə ödəniş və kassa sənədləri ilə bağlı mötəbər sübutlar təqdim etməmişdir. Kollegiya qeyd edir ki, iddiaçının təqdim etdiyi Cavabdeh1 ASC tərəfindən verilmiş 18.02.2015-ci il tarixli X2 arayışı borcun tam ödənilməsinin mötəbər sübutu kimi qəbul edilə bilməz. Bundan əlavə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 25 iyun 2021-ci il tarixli, 9/2875 saylı rəyinə əsasən İddiaçı 20.06.2008-ci il tarixli, 054 saylı kredit müqaviləsi üzrə 30.10.2020-ci il tarixə 35221,64 manat əsas, 45936,54 manat faiz borcu vardır. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsa slandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)2558/2021 nömrəli iş üzrə 15 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin idarə heyətinin sədri Z.B.Quliyeva tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş 18 fevral 2015-ci il tarixli, 11/K61 saylı arayışdan da aydın olduğu kimi iddiaçının banka heç bir borcu qalmamışdır. Göründüyü kimi, 18 fevral 2015-ci il tarixli, 11/K61 saylı arayışda həm "xxxx" ASC-nin möhürü, həm də səlahiyyətli şəxsinin imzası öz əksini tapmışdır. Bu səbəbdən 18 fevral 2015-ci il tarixli, 11/K61 saylı arayışın mötəbərliyi mübahisə mövzusu olmamalıdır. Məhkəmə tərəfindən istinad edilmiş maddi normalar (“Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması” Qaydaları 2.8, 12.6 və 6.4.3-cü bəndləri) düzgün tətbiq edilməmişdir. Belə ki, bankın idarə heyəti və idarə heyətinin sədri bankın nizamnaməsi və əsasnaməsi ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində bankın cari fəaliyyətinə rəhbərliyi həyata keçirir. İdarə Heyəti səhmdarların ümumi yığıncağının, müşahidə şurasının, X2 səlahiyyətlərinə aid edilmiş məsələlərdən başqa Bankın fəaliyyəti ilə bağlı bütün məsələlərə öz iclaslarında baxa bilər və onlar üzrə qərar qəbul edə bilər. İdarə Heyətinin əsas vəzifələri bankın cari fəaliyyətinin məsələləri üzrə və kreditlər üz rə öz səlahiyyətləri daxilində qərarlar qəbul etməkdən ibarətdir. Digər tərəfdən İddiaçı ilə müxtəlif banklar arasında, müxtəlif zamanlarda kredit müqavilələri bağlanmış və kredit müqaviləsi üzrə yaranan öhdəliklər icra edildikdən sonra eyni qaydada borcun olmamasına dair arayışlar təqdim olunmuş və bundan sonra mərkəzləşdirilmiş kredit reyestrində müvafiq qeydlər aparılmışdır. "xxxx" ASC tərəfindən 25.10.2021-ci il tarixdə, "xxxx" ASC tərəfindən 25.10.2021-ci il tarixdə İddiaçı təkrar arayışlar təqdim edərək bank təcrübəsinin bu yöndə olduğuna və sözügedən arayışların öhdəliyin tam icrasını təsdiq etdiyi qənaətinə gəlinməsinə əsas verir (arayışlar qoşmaya əlavə edilir). Bundan əlavə məhkəmənin yuxarıda qeyd edilən, bankın inzibatçısı, idarə heyətinin üzvü və sədri tərəfindən imzalanmış və təqdim edilmiş arayışa mötəbər sənəd kimi qiymət verməməsi digər maddi normanın pozulması ilə nəticələnmişdir. Belə ki, iddiaçı tərəfindən kredit təşkilatının kassasına edilmiş mədaxil barədə qəbzin özündə “qorunması, saxlanılması” kimi bir öhdəliyi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin öhdəliklərlə bağlı müddəaları iddiaçıya nisbətdə tam pozulmuşdur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh bu kredit portfeli ilə bağlı “arayış, qəbzlərin” Bank tərəfindən Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməməsini təsdiq edir. Məhkəmə tərəfindən qeyd edilən məsələ ilə bağlı sübutetmə yükünün iddiaçıya aid edilməsi əsassız və qanunsuzdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Ka ssasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kass asiya şikayəti vermiş, qətnamənin tam ləğv olunmasını və iddianın təmin olunmasına dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə i fadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. 529.1-ci maddəsinə əsasən, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissəhissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2-ci maddəsinə əsasən, öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 529.5.-ci maddəsinə əsasən, borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. 529.6.-cı maddəsin əsasən, əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. 529.7.-ci maddəsinə əsasən, icra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əv əz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və mad di sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müs təsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3.-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesinin ilk addımı kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdu r. Baxılan işin halları ilə müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh1 ASC arasında 20.06.2008-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən iddiaçıya 104.640 manat məbləğində ipoteka krediti verilmişdir. İddiaçıya Cavabdeh1 ASC tərəfindən verilmiş 18.02.2015-ci il tarixli arayışa əsasən həmin müqavilə üzrə iddiaçının banka heç bir borcunun olmaması göstərilmişdir. Lakin buna baxmayaraq "xxxx" MMC-dən verilən çıxarışda onun 20.06.2008-ci il tarixli müqaviləsi üzrə 35178,68 manat kreditin qalıq məbləği və 21.423,64 manat faiz borcu olması qeyd edilmişdir. Bu səbəbdən müqavilə üzrə onun heç bir borcunun olmaması məlumatının verilməsinin cavabdehlərə həvalə edilməsini xahiş etmişdir. Tərəflərin bildirdiyi hallar nəzərə alındıqda iddianın qanuni əsası kimi MM-in 739.1-ci və 528, 529-cu maddələri nəzərdən keçirilə bilər. Borc müqaviləsinə dair normanın məzmunundan göründüyü kimi borc müqaviləsi üzrə münasibətlərin tərəfləri borc verən və borc alandır. Borc müqaviləsinə görə, borc verən pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını borc verənə qaytarmağı öhdəsinə götürür. Sadə yazılı və ya notarial qaydada təsdiqlənmiş kredit müqaviləsinə istinad edən kreditor, borc verdiyini sübutetmə yükündən azad olur, buna müvafiq olaraq borcu qismən və ya tam ödədiyini iddia edən borclu, borcunu qaytardığını sübuta yetirmək yükünü daşıyır. İşin müəyyən edilmiş halı ilə müəyyən olunduğu kimi iddiaçıya Cavabdeh1 ASC tərəfindən verilmiş 18.02.2015-ci il tarixli arayışına əsasən həmin müqavilə üzrə iddiaçının banka heç bir borcunun olmaması göstərilmişdir. İddiaya etiraz edən cavabdeh tərəf həmin arayışın verilməsinə baxmayaraq iddiaçının ödənilməyən əsas və faiz borcunun olmasını (35178,68 manat kreditin qalıq əsas məbləği və 21423,64 manat faiz), həmin məbləğin ödənilmədiyini göstərir və bu səbəblə borcun olmamasına dair sənədin verilməsinin mümkün olmadığını qeyd edir. Cavabdeh tərəf apellyasiya şikayətində yeganə dəlil olaraq sözügedən arayışın ləğvedici Əmanətlərin Sığortalanması Fonduna təhvil verilmədiyini və arxivdə olmadığını göstərir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, «… Bank-müştəri münasibətlərində kreditor qarşısında icranı təsdiq edən mübahisəsiz sənəd yalnız bank sənədidir. Mərkəzi Bankın “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mü hasibat uçotunun aparılması Qaydaları”nın 2.8-ci bəndinə əsasən bank sənədləri-bank əməliyyatlarının həyata keçirilməsi üçün zəruri və kifayət qədər məlumatları əks etdirən, onun qanuniliyini təsdiq edən və əməliyyatların mühasibat uçotunda əks olunmasına əsas verən sənəddir. Bunlara ödəniş sənədləri və kassa sənədləri daxildir. Həmin qaydaların 12.6-cı bəndinə görə bankların bütün əməliyyatları onların xarakteri barədə məlumatlardan ibarət olan, əməliyyatların qanuniliyini təsdiq edən və onların uçotda əks etdirilməsi üçün əsas olan sənədlərlə rəsmiləşdirilməlidir. Eyni zamanda Mərkəzi Bankın “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin indeksasiyasının təşkili” Qaydalarının 6.4.3-cü bəndinə əsasən kredit təşkilatının kassiri nağd p ulu qəbul etdikdən sonra “nağd pulun mədaxili üçün elan”ın müvafiq hissələri kassir tərəfindən imzalanır, qəbz hissəsi pulu təhvil verən şəxsə qaytarılır, elan hissəsi isə günün kassa sənədlərinə tikilmək üçün kassirdə qalır, əlavə olaraq order hissəsi də hesabdan çıxarış ilə birlikdə müştəriyə təqdim edilməsi üçün məsul icraçıya verilir. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, iddiaçı borcunun olmaması barədə ödəniş və kassa sənədləri ilə bağlı mötəbər sübutlar təqdim etməmişdir.» Mərkəzi Bankın “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları”nın 3.3-cü bəndinə əsasən banklarda mühasibat uçotunun təşkili və aparılmasına, bank əməliyyatlarının aparılması üzrə qanunvericiliyin təmin olunmasına, uçot siyasətinin formalaşd ırılmasına, maliyyə hesabatlarının düzgün, tam və vaxtında təqdim olunmasına ilk növbədə bank rəhbərliyi məsuliyyət daşıyır. Həmin qaydaların 12.5-ci bəndinə əsasən sənədlərin vaxtında və keyfiyyətlə tərtib olunmasına, onların mühasibat uçotunda əks etdirmək üçün müəyyən olunmuş müddətlərdə digər bölmələrə ötürülməsinə və sənədlərdəki məlumatların dürüstlüyünə bu sənədləri tərtib edən və imzalayan şəxslər məsuliyyət daşıyır. Aşkar olaraq müəyyən olunur ki, cavabdeh həmin arayışın Cavabdeh1 ASC-nin İdarə Heyətinin sədri tərəfindən və qanunauyğun olaraq verilmədiyinə istinad etmir, yalnız arayışın ləğvediciyə təhvil verilmədiyini göstərir. İşin digər halları ilə müəyyən olunur ki, sözügedən arayış 18.02.2015-ci il tarixdə verilmiş, Cavabdeh1 ASC-nin lisenziyası Maliyyə Bazarlarına Nəzarət Pa latasının 21.07.2016-cı il tarixli qərarı ilə ləğv edilmiş və 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli qərarı ilə məcburi ləğv prossesinə başlanılmış, Əmanətlərin Sığortalanması Fondu 27.07.2016-cı il tarixdən ləğvedici təyin olunmuşdur. Qeyd edilməlidir ki, X1 sədri tərəfindən iddiaçıya borcunun mövcud olmamasına dair sənəd verilmişdir, belə sənədi mövcudluğu mübahisə halında iddiaçı öz öhdəliyini icra etdiyini sübuta yetirmək vəzifəsi daşıyır. Məlum olduğu kimi öhdəliyini icra edən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verir və öhdəliyin kreditorun xeyrinə lazımınca icrası ona xitam verilməsi üçün əsasdır. İşə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi isə X1 sədrinin verdiyi arayışın müqa vilədən irəli gələn öhdəliyin icrası barədə sənəd sayılıb-sayılmayacağına istinad olunan maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verməmişdir. Qeyd edilənlər ona dəlalət edir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən halları nəzərə almamış, bu barədə apellyatorun dəlillərinə (dəlillərdə sənədin verilmədiyi, borcun ödənilmədiyi deyil, yalnız sənədin bankın ləğvedicisinin arxivində olmamasına istinad edilir), habelə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış və nəticədə iş üzrə düzgün olmayan qətnamə çıxarmışdır. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş yeni apellyasiya baxışına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2558/2021 nömrəli iş üzrə 15 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə geri qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar