Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6585/2022 26.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-4489/2019 nömrəli, 14 oktyabr 2022ci il tarixli qərardadından cаvаbdеh Cavabdeh kassasiya şikayəti üzrə işə 26 dekabr 2022ci il tarixdə A li Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İşin halları, birinci instansiya məhkəməsində icraat
1. İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 9000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-641/2019 nömrəli, 13 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiа tələbi qismən təmin olunmuş, Cavabdeh 6000 manatın alınaraq İddiaçı verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
3. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyası nın 2(104)-4489/2019 nömrəli, 05 dekabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli, 2(042)-641/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin olunmuş, Cavabdeh 6000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Salman Hüseynov, Şamil Rzaquliyev)
5. Cavabdeh 10 oktyabr 2022-ci il tarixdə kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
6. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-4489/ 2019 nömrəli, 14 oktyabr 2022-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Salman Hüseynov, Şamil Rzaquliyev)
7. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini iş materialları əsasında yoxlayaraq müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin 05 dekabr 2019cu il tarixli qətnaməsini cavabdeh 30 dekabr 2019-cu il tarixdə poçt vasitəsilə qəbzi şəxsən imzalamaqla qəbul etmişdir. İş üzrə 10 mart 2020-ci il tarixdə icra vərəqəsi göndərilmiş, Gədəbəy rayon İcra və probasiya şöbəsinin 08 aprel 2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanmışdır. Cavabdehin kassasiya şikayəti 10 oktyabr 2022-ci il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuşdur ki, bununla da qətnamədən kassasiya şik ayəti verilmə müddəti ötürülmüş, müddətin bərpasına dair vəsatət də verilməmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən hallara əsasən belə nəticəyə gəlib ki, kassasiya şikayəti geri qaytaılmalıdır.
9. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd edib ki, kassasiya şikayətinin birinci səhifəsində kassator (cavabdeh) qətnaməni 26 sentyabr 2022-ci il tarixdə almasını göstərsə də, cavabdehin ərizə ilə müraciət edərək barəsində kassasiya şikayəti verdiyi qətnamənin surətini 26 sentyabr 2022-ci ildə təkrar əldə etməsi müddətin axımını həmin tarixdə hesablanması üçün əsas ola bilməz.
10. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1 və 408.1.4-cü maddələri ilə əsaslandırmışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh (Vəkil) qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti belə əsaslandırılıb: - cavabdeh Gədəbəy rayonu, Çaldaş kəndində qeydiyyatda olmasına baxmayaraq, 2019-cu ildən ünvan 1 ünvanda yaşayır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin cavabdeh tərəfindən rəsmən qəbul edilməsi inandırıcı deyil və iş materiallarında olan poçt qəbzinə cavabdehin imza atması inandırıcı görsənmir. Məhkəmə bu halı nəzərə alaraq ekspertiza təyin etməli idi; - şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət şəxsin təqsiri ucbatından buraxılmamışdır. Məhkəmənin qətn aməsi cavabdehin olduğu ünvana göndərilsə də, şəxsən cavabdehin özünə çatdırılmamış, nəticə etibarilə cavabdeh qətnamənin mövcudluğundan məlumatsız olmuşdur. Məhz bu səbəbdən cavabdeh qətnamənin surətini xx.xx.2022-ci il tarixdə qəbzə imza edərək rəsmi qaydada almışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 405.0.1. Qətnam ə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının po zulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
14. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
15. Kassasiya şikayətində qərardad tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
16. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Kassasiya şikayətini qaytarmaqla apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
19. Apellyasiya instansiyasınin müəyyən etdiyi işin hallarından görünür ki, qətnamənin surəti cavabdeh tərəfindən 30 dekabr 2019-cu il tarixdə şəxsən imza edilməklə qəbul edilmiş, cavabdeh tərəfindən verilən kassasiya şikayəti məhkəməyə 10 oktyabr 2022-ci il tarixdə daxil olmuş, bununla da kassasiya şikayəti verilməsi üçün 2 aylıq prosessual müddət ötmüş, üstəlik, cavabdeh müddətin bərpası barədə vəsatət də verməmişdir.
20. Belə olan halda da, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin kassasiya şikayətini qaytarması MPM-in 405.0.1 və 408.1.4-cü maddələrinin tələblərinə uyğun olub. İşin müəyyən edilmiş hallarından görünür ki, kassasiya şikayəti verilməsi üçün müddət ötüb, onun bərpası barədə ə rizə də verilməyib. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
21. Məhkəmə kollegiyası cavabdehin Gədəbəy rayonu, Çaldaş kəndində qeydiyyatda olmasına baxmayaraq, 2019-cu ildən ünvan 1 ünvanda yaşaması, bu səbəbdən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin cavabdeh tərəfindən rəsmən qəbul edilməsinin və iş materiallarında olan poçt qəbzinə cavabdehin imza atmasının inandırıcı olmaması, şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin cavabdehin təqsiri ucbatından buraxılmaması, məhkəmə qətnaməsinin cavabdehin olduğu ünvana göndərilsə də, şəxsən cavabdehin özünə çatdırılmaması barədə kassasiya şikayətinin dəlillərini əsassız sayır.
22. Belə ki, Mülki Prosessual Məcəllənin 146-cı maddəsinə görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.
23. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə bildirişləri cavabdehin qeydiyyatda olduğu ünvan üzrə, yəni Gədəbəy rayonu, Çaldaş kəndinə göndərilmiş, cavabdeh həmin bildirişləri almış, birinci instansiya məhkəməsində iştirak etmiş, başqa ünvanda yaşamasını məhkəməyə bildirməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi də eyni ünvan üzrə cavabdehə göndərilmiş, cavabdeh həmin qətnamədən prosessual müddət daxilində apellyasiya şikay əti vermişdir.
24. Cavabdeh apellyasiya şikayətində də yaşadığı (qeydiyyatda olduğu) ünvan kimi Gədəbəy rayonunun Çaldaş kəndini göstərmiş, apellyasiya baxışı haqqında bildiriş həmin ünvana göndərilmiş, cavabdeh apellyasiya baxışında iştirak etmiş, faktiki olaraq ünvan 1 ünvanda yaşaması barədə məlumatı apellyasiya instansiyası məhkəməsinə də verməmişdir.
25. Kassasiya şikayətinə əlavə edilən 14 noyabr 2022-ci il tarixli arayışla bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, həmin arayış məhz kassasiya şikayətinin mümkünlüyü ilə bağlı sənəd olduğu üçün kassasiya instansiyası məhkəməsi həmin arayışa sübut kimi qiymət verməkdə səlahiyyətlidir. Qeyd edilən arayışa gəldikdə, həmin arayışda (arayışın əsaslı olub-olmamasına toxunmadan) cavabdehin ünvan 1 ünvanda 14 noyabr 2022-ci il tarixdən yaşaması qeyd edilib, belə olan halda cavabdeh ən azı iştirak etdiyi apellyasiya instansiyası məhkəməsinin 05 dekabr 2022-ci il tarixli iclasında faktiki ünvanı barədə məlumatı apellyasiya instansiyası məhkəməsinə verməli idi.
26. Nəhayət, baxmayaraq ki, cavabdeh kassasiya şikayətində əsas dəlil kimi faktiki olaraq 2019-cu ildən ünvan 1 ünvanda yaşamasını bildirib, hətta buna dair sübut da əlavə edib, kassasiya şikayətinin “ünvan” bölməsində yenə də Gədəbəy rayonunun Çaldaş kəndini göstərmişdir. Halbuki həm Mülki Prosessual Məcəllənin 407.1.2-ci maddəsində, həm də kassasiya şikayətinin forma və məzmunu ilə bağlı MPM-ə 3 saylı Əlavədə şikayət verən şəxsin öz rəsmi ünvanı ilə yanaşı, faktiki ünvanını qeyd etməli olması barədə göstəriş vardır.
27. Göründüyü kimi, məhkəmə sənədləri cavabdehə rəsmi qeydə alındığı ünvan üzrə çatdırılmış, cavabdehin faktiki yaşadığı ünvanın başqa yer olması barədə nə məhkəmələrdə məlumat olmuş, nə də başqa ünvanda yaşayırdısa da cavabdeh özü Mülki Prosessual Məcəllənin 146-cı maddəsində təsbit olunan vəzifəsini yerinə yetirməklə bu barədə məhkəmələrə məlumat vermişdir.
28. Bu baxımdan, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır. 29.Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cаvаbdеh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Mə hkəməsi Mülki Kollegiyasının 2(104)-4489/2019 nömrəli, 14 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.