Məhkəmə qərarları › İş №2(102)-6588/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6588/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6588/2021 06.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-118/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə 06 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank, hal-hazırda ləğv prosesindədir) ilə Cavabdeh1 (bundan sonra – borcalan) arasında bağlanmış 22 aprel 2014-cü il tarixli, MF-KL/36 saylı kredit müqaviləsi ilə Bank borcalana illik 20% olmaqla 60 ay müddətinə müddətinə 19,125 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin təminatı qismində Cavabdeh2 (bundan sonra – ipoteka qoyan) məxsus ünvan 1 ünvanında yerləşən 69.91 kvadra t metr ümumi, 47.35 kvadrat metr yaşayış, 22.56 kvadrat metr yardımçı sahədən ibarət olan 3 otaqlı mənzili (bundan sonra – mənzil və ya ipoteka predmeti) ipoteka ilə yüklü edilmiş, qiymətləndirmə aktı əsasında ipoteka müqaviləsində mənzilin bazar qiyməti 40000 manat müəyyən edilmiş, ipotekanın yüklülüyü dövlət reyestrində qeydə alınmışdır. Öhdəlik borcalan tərəfindən lazımınca icra edilməmiş və bunun nəticəsində borc yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək borcalandan 14436 ABŞ dolları əsas, 4969 ABŞ dolları faiz borcu, 957 ABŞ dolları cərimə, cəmi 20362 ABŞ dolları məbləğində kredit borcunun, məhkəmə qətnaməsi çıxarılan günədək hesablanacaq əlavə faiz borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün iddiaçı tərəfindən ödənilən 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ödənilmiş rüsum məbləğinin tutulub iddiaçının xeyrinə ödənilməsi, ödəmənin ipoteka qoyana məxsus olan mənzilə yönəldərək, həmin mənzilin açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borcalan Bank qarşısında öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Borc barədə cavabdehlərə xəbərdar edilsələr də, öhdəlik yerinə yetirilməmişdir. İddiaçının təqdim etdiyi m aliyyə arayışında 10 yanvar 2018-ci il tarixə istinad edilən kredit müqaviləsi üzrə 13178 ABŞ dolları əsas, 4680 ABŞ dolları faiz, cəmi 17858 ABŞ dolları borcun mövcud olduğu qeyd edilmişdir. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(039)281/2018 nömrəli iş üzrə 10 yanvar 2018-ci il tarixli qətnаməsi ilə (hakim T.Əliyev) iddia qismən təmin edilmiş, borcalandan 13178 ABŞ dolları əsas, 4680 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə, cəmi 18058 ABŞ dolları borc məbləğinin ödənilən günə məzənnə üzrə manatla və 120 manat məhkəmə xərcinin iddiaçının xeyrinə tutulması, tutmanın, ipoteka predmetinə yönəldilərək həmin mənzilin açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaiti hesabına borcun iddiaçıya ödənilməsi, mənzilin ilkin satış qiymətinin 40000 manat m üəyyən edilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, borcalan tərəfindən müqavilə üzrə öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində borcun yaranması təsdiq olunur və həmin borc ondan iddiaçının xeyrinə tutulmalıdır. İddianın əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilən kredit müqaviləsi üzrə 14436 ABŞ dolları əsas və 4969 ABŞ dolları faiz borcunun yarandığı qeyd edilsə də, təqdim edilmiş arayışla təsdiq olunur ki, 10 yanvar 2018-ci il tarixə həmin müqavilə üzrə 13178 ABŞ dolları əsas, 4680 ABŞ dolları faiz borcu yaranmışdır. Bu səbəbdən də məhkəmə belə qənaətə gəlmişdir ki, iddia h əmin hissələrdə qismən, maliyyə arayışında qeyd edilən həddə təmin edilməlidir. İddianın cərimə borcunun tutulması hissəsi ilə əlaqədar birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu məbləği azaldılaraq 200 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində də, iddia tələbini əsaslı hesab etmiş, ipoteka predmetinin ilkin satış qiymətini tərəflər arasında bağlanmış ipoteka müqaviləsində qeyd edilən bazar qiyməti ilə 40000 manat müəyyən etmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 442, 467, 739.1, 317.1, 319.1-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə istinadla əsaslandırmışdır. Cavabde h - ipoteka qoyan qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə onun iştirakı olmadan baxılmışdır. Məhkəmə bildirişi ona çatmadığından məhkəməyə gələ bilməmişdir. Götürülmüş kredit müqaviləsinin təminatı kimi mülkiyyətində olan mənzilin ipoteka qoyulduğu bildirilir. O, həmin məbləğdə kredit üçün mənzilini ipoteka qoymamışdır. Onunla bağlanmış ipoteka müqaviləsinə əsasən 5000 ABŞ dolları məbləğində kredit üçün mənzili ipoteka qoyulmuş və həmin borc da ödənilib qurtarmışdır. Ancaq qətnamənin məzmunundan görünür ki, 19125 ABŞ dolları kredit götürülmüşdür. Bundan əlavə faiz borcu da 2 qat hesablanmaqla hədsiz şişirdilmişdir. Halbuki, həmin borc məbləği reallığı əks etdirərsə o, borcu ödəyib, m ənzilini ipotekadan çıxara bilər. Tam təmirli mənzili isə 2014-cü ildə qoyulmuş qiymətə uyğun satış qiymətilə hərraca çıxarılmışdır. Halbuki, onun məhkəmə araşdırılmasında iştirak etmək, etiraz vermək, vəsatətlər vermək hüquqları vardır. Həmin hüquqları təmin olunmadan qəbul edilmiş qətnamə ədalətlilik və müəyyənlik tələblərinə cavab vermədiyindən qanuni və əsaslı hesab edilə bilməz. Apellyasiya şikayətinin dəlillərinin araşdırılması məqsədi ilə Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) iş üzrə 4 noyabr 2020-ci il tаrixli qərаrdаdı ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) iş üzrə məhkəmə-xətşünaslıq və məhkəməmühasibatlıq ekspertizаları təyin edilmiş, ekspertizаların аpаrılmаsı Azərbаycаn Respubli kаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmiş, ipotekа predmetlərinin qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici dəvət edilmiş, ipotekа predmetinin qiymətləndirilməsi “X1” MMC-yə həvаlə edilmişdir. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 06 yanvar 2021-ci il tarixli 9/5779 nömrəli rəyinə əsasən, bank ilə borcalan arasında bağlanan 22 aprel 2014-cü il tarixli, MFKL/36 nömrəli kredit müqaviləsi üzrə borcalanın 06.11.2017-ci il tarixə banka olan kredit borcu və kreditə hesablanmış faiz borcu ümumilikdə 20433,48 ABŞ dolları məbləğində müəyyən olunur. O cümlədən, əsas borc üzrə 16508,12 ABŞ dolları, faiz borcu üzrə 3925,36 ABŞ dolları. Təqdim edilmiş Azərbаycаn Respublikаsı Ədli yyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 25 yanvar 2021-ci il tarixli 4/1151 nömrəli rəyə əsasən, ekspertizaya təqdim olunmuş, mülki işin 6-cı vərəqində olan bank ilə ipoteka qoyan adlarından olan 22 aprel 2014-cü il tarixli ipoteka müqaviləsinin 1-ci və 3-cü səhifələrində orta hissədə olan imzalar, sonuncu səhifəsində “İpoteka qoyan” qrafasındakı “xxx” yazıları və mülki işin 9-cu vərəqində olan 22 aprel 2014-cü il tarixli ödəniş cədvəlində “İpoteka qoyan” qrafasındakı imza və imza qarşısındakı “xxxxx” yazıları – Cavabdeh2 tərəfindən icra olunmuşdur. Təqdim edilmiş “X1” MMC-nin 09 aprel 2021-ci il tarixli 039/LBC nömrəli rəyinə əsasən mənzilin hazırkı dövrə olan orta bazar qiyməti 64500 AZN, likvid qiyməti 60000 AZN təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin 2(107)-118/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), V.Məlikov və İ.Şükürov) аpellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, borcalandan Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində hesablanmaqla tutularaq iddiаçıya verilməli olan faiz borcunun məbləği 3925,36 ABŞ dolları, cəmi borcun məbləği 17103,36 ABŞ dolları müəyyən edilmiş, mənzilin ilkin satış qiyməti 60000 manat müəyyən edilmiş, qətnamənin mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə, həmçinin məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borcalan tərəfindən kredi t müqaviləsi öhdəliklər tam yerinə yetirilmədiyindən birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Mülki Məcəllənin 317, 319.1, 385.1, 442, 467, 739-cu maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə istinad etməkdə haqlı olmuşdur. Borcun məbləği, ipoteka müqaviləsindəki imzanın ipoteka qoyana məxsusluğu və ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyan tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq ekspertizalar təyin edilmişdir. Məhkəmə 06 yanvar 2021-ci il tarixli 9/5779 nömrəli məhkəmə ekspertizasının rəyinə münasibət bildirərək qeyd etmişdir ki, ekspert rəyi ilə 06 noyabr 2017-ci il tarixə əsas borcun məbləği 16508,12 ABŞ dolları göstərilsə də, iddiaçı iddia ərizəsində əsas kredit borcuna g örə daha az məbləğ - 14436 ABŞ dolları tələb etdiyindən, birinci instansiya məhkəməsi iddianı əsas borca görə qismən - 13178 ABŞ dolları həcmində təmin etdiyindən, iddiaçı isə razılaşaraq qətnaməni mübahisələndirmədiyindən, əsas borcun məbləği iddia tələbinin təmin edildiyi həcmdə saxlanılmalı, faiz borcunun məbləği rəyə uyğun hesablanmalı və cəmi borcun məbləği onlara münasib olaraq dəyişdirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda gəldiyi qənaətinin ipoteka predmetinin ilkin satış qiymətinin 40000 manat müəyyən edilməsi ilə bağlı hissəsi ilə razılaşmayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış q iymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. Həmin qərardadda göstərilənləri nəzərə alan apellyasiya instansiyası məhkəməsi mənzilin qiymətləndirilməsi üçün müstəqil qiymətləndiricinin rəyinə istinad edərək hesab etmişdir ki, ipoteka predmetinin açıq hərracdan ilkin satış qiyməti – likvid qiymət – 60000 manat müəyyən edilməlidir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 442, 467, 739.1, 317.1, 319.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33 və 39.3-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı (Vəkil2) və Cavabdeh2 (Vəkil1) qətnamədən kassasiya şikayəti vermişlər. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin q ətnaməsinin faiz borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində ləğv edilməsini və işin həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsi zamanı cari hesabdan çıxarış, ssuda hesabından çıxarış, gecikdirilmiş əsas borcu və gecikdirilmiş faiz borcunu əks etdirən hesabdan çıxarış məlumatları, ödəniş tarixləri və iş üçün zəruri olan digər sənədlərin hamısını ətraflı təhlil etdikdə tam aydın olur ki, ekspert kredit borcunun hesablanması zamanı düzgün nəticəyə gəlməmişdir. Ekspert rəyində bu sənədlərə lazımi qaydada əhəmiyyət verilməmişdir. Məhkəmə əsaslılığ ı şübhə doğuran ekspert rəyini əsas götürərək sübut kimi qəbul etmiş, borc məbləğinin həqiqiliyini müəyyən etmək üçün təkrar ekspertiza keçirməkdən imtina etmişdir. Kassasiya şikayətinin dəlillərindən biri də ipoteka predmeti olan əmlakın olduqca yüksək qiymətləndirilməsi ilə bağlı müstəqil qiymətləndiricinin gəldiyi nəticə ilə bağlıdır. İş materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin qiymətləndirilməsi üçün iş üzrə məhkəmə əmtəəşünaslıq-ekspertizası təyin etmiş və rəyin alınmasını “X1” MMC-yə həvalə etmişdir. İpoteka predmeti olan əmlakın likvid qiyməti heç də həqiqəti əks etdirmir. Belə ki, ekspert tərəfindən qiymətləndirmə aparılarkən ipoteka predmeti olan əmlakların qiyməti olduqca şişirdilmiş, əmlakın faktiki əmlak vəziyyəti və onun yerl əşmə zonası nəzərə alınmamışdır. Rəy tərəflərə təqdim edilməmiş və iş üzrə ekspert rəyləri ilə tanış olmaq üçün məhkəmə tərəfindən tərəflərə şərait yaradılmamışdır. Bu səbəbdən də ekspert rəylərinə qarşı etiraz və sübutları yazılı şəkildə məhkəməyə təqdim edə bilməmişlər. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tədqiq olunmuş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə istinad edərək müəyyən etmişdir ki, faiz borcu iki qat - 46% dərəcəsi ilə hesablanmışdır. Çünki Banka aparılan ödənişlərin böyük hissəsi faiz tutulmasına hesablandığından cədvəl dən də görünür ki, faiz borcu 06.11.2017ci il tarixə göstərilən faizin yarısı qədər qalmışdır. Keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyi mötəbər sayıla bilməz. Çünki həmin ekspert rəyində onun imzası təsdiq olunduğu vərəqlərdə ipoteka müqaviləsinin 19125 ABŞ dolları məbləğində kreditin borcalana verilməsi ilə bağlı bağlandığı öz təsdiqini tapmamışdır. O, həmin məbləğdə kredit üçün mənzilini ipoteka qoymamışdır. Onunla bağlanmış ipoteka müqaviləsinə əsasən 5000 ABŞ dolları məbləğində kredit üçün mənzili ipoteka qoyulmuş və həmin borcu da ödənilib qurtarmışdır. 3 otaqlı tam təmirli mənzilin Mingəçevir şəhərində fəaliyyət göstərməyən qiymətləndiricinin rəyi əsasında likvid qiymətinin 60000 manat qiymətləndirilməsi də onun hüquqlarını pozur. Məhkəmə faizlərin 2 qat hesablanmasını, mə nzilin satış qiymətinin 80000 manatdan az olmamasını nəzərə almamışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçı və cavabdeh ipoteka qoyanın kassasiya şikayətləri əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miq darda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739). “İpoteka haqqında” Qanun Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (maddə 103.1). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi y oxdur (maddə 88). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticə lənə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətlərinin əsas dəlilləri ekspert (mütəxəssis) rəylərinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız e kspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert (mütəxəssis) rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Eyni zamanda tərəflər apellyasiya baxışı zamanı əlavə və ya təkrar ekspertiza təyin olunması barədə vəsatətlər verməmişlər. Kassasiya şikayətlərinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassas iya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-118/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar