Məhkəmə qərarları › İş №2(102)-660/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-660/2023

06.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-660/2023 06.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə aidiyyəti, kommersiya mübahisəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızından və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7065/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə kassasiya qaydasında baxaraq, İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddia çı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6042 manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat məbləğində xidmət haqqı, 82 manat məbləğində dövlət rüsumu, ümumilikdə 6224 manat tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, aralarında bağlanmış icarə müqaviləsi əsasında mülkiyyətində olan avtomobili etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsində vermiş, cavabdehin qanunsuz hərəkətləri nəticəsində avtomobilə zərər dəymişdir.

3. Cavabdeh iddiaya etiraz edərək, bildirmişdir ki, gündəlik 25 manat ödəməklə iddiaçıdan maşın götürüb, taksi fəaliyyəti ilə məşğul olub və götürdüyü maşını divara vurub. Lakin əslində avtomobilə tələ b olunan həcmdə ziyan dəyməyib.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2509/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim: Ş.Əliyev) iddia tələbi təmin edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

5. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə əsaslı qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İ.S.Şirinov (sədrlik edən və məruzəçi), C.A.Yusifov və A.V.Tanrıverdiyev) 2(103)-7065/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Apellyasiya instansiya məhkəməsi qərardadı onunla əsaslandır mışdır ki, hazırkı mülki iş üzrə tərəflərin VÖEN-i olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar və hazırkı mülki iş üzrə mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlıdır.

8. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 31.1., 24.2., 26.1, 384-cü maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

9. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahi yyəti üzrə baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

10. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı iş sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisəyə dair iş olduğu üçün qərardad çıxarılarkən Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Dövlət Vergi Xidmətinin elektron informasiya sistemindən edilmiş çıxarışlardan görünür ki, iddiaçının vergi ödəyicisi kimi sahibkarlıq fəaliyyətinin xx.xx.2018-ci ildən dayandırılması barədə vergi orqanı tərəfindən qərar qəbul edilmişdir və o, həmin tarixdən bu günədək sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. İş materiallarında görünür ki, iddiaçı ilə cavabdeh arasında avtomobilin sonuncuya icarəyə verilməsi ilə bağlı münasibətlər 12 noyabr 2021-ci il tarixdən yaranmışdır. İddiaçı vergi ödəyicisi kimi sahibkarlıq fəaliyyətinin xx.xx.2018-ci il tarixdən dayandırılması barədə vergi orqanı tərəfindən qərar qəbul edildiyindən və o, həmin tarixdən sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığından, hazırkı iş üzrə tərəflər arasında avtomobilin sonuncuya icarəyə verilməsi ilə bağlı münasibətlər isə həmin tarixdən sonra yarandığından işə ümumi məhkəmədə baxılmalıdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

11. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

12. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommers iya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

13. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.

14. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarı

15. MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflə rin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11).

16. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyət indən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12).

17. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir (bənd 13).

18. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından ası lı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır (bənd 14).

19. Məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir (bənd 28). Kassasiya baxışının hədləri

20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırmas ı kimi qiymətləndirilməməlidir.

21. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, baxılan iş üzrə həm iddiaçı, həm də cavabdeh vergi ödəyicisi kimi qeydə alınmış fiziki şəxslər, yəni sahibkarlıq subyektləridir. Hazırkı mübahisə tərəflərin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlmişdir.

24. MPM-in 26-cı və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 11-14-cü bəndlərinə əsasən belə mübahisələr kommersiya məhkəməsinə aiddir.

25. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 28-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymə tləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir.

26. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi işin aidiyyəti üzrə göndərilməsi barədə düzgün qərar qəbul etmişdir. Qüvvədə olan mülki prosessual qaydalara əsasən işə kommersiya məhkəməsində baxılmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7065/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar