Məhkəmə qərarları › İş №2(102)-6601/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-6601/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6601/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Bilal Yetimovanın cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kasasiya baxışından çıxarma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı Bilal Yetimovanın vəkili X1, cavabdeh "xxxx" MMC-nin və maraqlarına toxunan şəxs Maraqlı şəxs vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5925/2021 nömrəli iş üzrə 30 iyul 2021-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxsn tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 30 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: MÜƏYYƏN ETDİ: İddiaçı Bilal Yetimova cavabdeh "xxxx" MMC-yə qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 200000 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan manatına olan məzənnə ilə cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 11 mart 2021-ci il tarixli 2(001)-29/2021 nömrəli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti və apelyasiya şikayət inə əlavə ərizəsi verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan maraqlarına toxunan şəxs Maraqlı şəxs apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şeyda Məhərrəmova sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Vəfaddin İbayev) 30.07.2021-ci il tarixli, 2(103)-5925/2021 saylı qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(001)-29/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cava bdeh "xxxx" MMC və maraqlarına toxunan şəxs Maraqlı şəxs Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.07.2021-ci il tarixli, 2(103)-5925/2021 nömrəli qətnaməsindən kasasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin (hakim M.Əhmədova) 10.11.2021-ci il tarixli, 2(102)-6601/2021 saylı qərardadı ilə kasasiya şikayətləri icraata qəbul edilərək, məhkəmə iclası 30.11.2021-ci il tarixə, saat 10:35-ə təyin edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı Bilal Yetimova və maraqlarına toxunan şəxs Qasımova Tamillla Cavanşir qızı məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilənlərə əsasən, maraqlarına toxunan şəxs Qasımova Tamillla Cavanşir qızının kasasiya şikayəti kasasiya baxışından çıxarılmaqla apelyasiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan maraqlarına toxunan şəxs Maraqlı şəxs apelyasiya şikayətindən və Dövlət Vergi Xidməti tərəfindən verilmiş hüquqi şəxsin qeydiyyat məlumatlarına dəyişiklik edilməsi barədə 2020-ci il tarixli məlumatından görünür ki, maraqlarına toxunan şəxs Qasımova Tamillla Cavanşir qızı cavabdeh "xxxx" MMC-nin təsisçisidir və 75% paya sahibdir. Buna baxmayaraq, apelyasiya kollegiyasının qəbul etdiyi qətnaməni həm cavabdeh, həm də onun 75% paya sahib təsisçisi mübahisələndirmişdir. Belə olan halda, yəni maraqlarına toxunan şəxsin təsisçisi olduğu MMC apelyasiya kollegiyasının qəbul etdiyi qətnaməni mübahisələndirdiyi halda, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.07.2021-ci il tarixli, 2(103)-5925/2021 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs vermiş olduğu kasasiya şikayəti Mülki Prosessual Məcəlləyə zidd olaraq icraata qəbul edilmiş hesab edilməli, Azərbaycan Respublikası Ali Məhkəməsinin 11.11.2021-ci il tarixli “işin icraata qəbul edilməsi” barədə qərardadı qismən, yəni maraqlarına toxunan şəxs Maraqlı şəxs vermiş olduğu kasasiya şikayətinə münasibətdə ləğv edilməli və maraqlarına toxunan şəxs Maraqlı şəxs vermiş olduğu kasasiya şikayəti kasasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM -nin 417.1.7-ci maddəsinə əsasən, kasasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kasasiya şikayəti ilə apelyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kasasiya baxışından çıxarmaqla apelyasiya instansiyası məhkəməsinə qaytara bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 11.11.2021-ci il tarixli “işin icraata qəbul edilməsi” barədə qərardadı qismən, yəni maraqlarına toxunan şəxs Maraqlı şəxs vermiş olduğu kasasiya şikayətinə münasibətdə ləğv edilməli və maraqlarına toxunan şəxs Maraqlı şəxs vermiş olduğu kasasiya şikayəti kasasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Göstə rilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 404-409, 417ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin 11.11.2021-ci il tarixli “işin icraata qəbul edilməsi” barədə qərardadı qismən, yəni maraqlarına toxunan şəxs Maraqlı şəxs vermiş olduğu kasasiya şikayətinə münasibətdə ləğv edilsin və maraqlarına toxunan şəxs Maraqlı şəxs vermiş olduğu kasasiya şikayəti kasasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar