Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6602/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3786/2021 nömrəli iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən veri lmiş kassasiya şikayətləri üzrə işə 17 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti etməkdə təqsirli bilinərək cəzasının əvvəli 07 yanvar 2017-ci il tarixdən hesablanmaqla 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 16 noyabr 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qərarı ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 29 may 2019-cu il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2017-ci il tarixli hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsiri sübuta yetirilmədiyi üçün ona həmin maddə ilə bəraət verilərək məhkəmə iclası zalından həbsdən azad edilmişdir. Hökm qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin may ayında İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində 2 il 4 ay ərzində q anunsuz olaraq azadlıqdan məhrum edilməklə mənəvi iztiraba məruz qalmasını, yaşadığı ərazidə və əvvəllər işlədiyi kollektivdə narkotik maddələrin satışı ilə məşğul olan şəxs kimi tanınmaqla nüfuzdan düşməsini və sair əsas göstərməklə Azərbaycan Respublikası CPM-nin 57.1, 58-ci maddələrinə əsasən ona dəymiş 50.000 manat məbləğində maddi və 100.000 manat məbləğində mənəvi zərərin ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3344/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: Ə.R.Abbasova) iddia qismən təmin edilərək mənəvi zərərin əvəzi olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən İddiaçı xeyrinə 5000 manat tutulması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə cavabdeh Azərbaycan Res publikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək iddiaçıya dəymiş ziyanın dövlət büdcəsindən tutularkən həmin ziyanın dəyməsinə səbəb olmuş təqsirkar vəzifəli şəxsin müəyyən olunmamasını və həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılmalı olmasına izah verilməməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını və s. əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddianın tam həcmdə təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3786/2021 saylı, 12 aprel 2021-ci il tarixli qət naməsi ilə (hakimlər – V.N.Sadıqov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və F.F.Babayev) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3344/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi kassasiya şikayəti verərək İddiaçı CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə aparılan ibtidai istintaq zamanı əməlini etiraf etməsini və etirafedici ifadəni fiziki və psixi təsir altında verməsini sübuta yetirə bilməməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən halların aşkar olunmamasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellya siya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda İddiaçı kassasiya şikayəti verərək ona dəymiş ziyana görə kompensasiya tutularkən keçirtdiyi mənəvi iztirab və sarsıntıların lazımınca nəzərə alınmamasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını və s. əsas göstərməklə qismən ləğv edilib iddianın tam həcmdə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Tərəflər kassasiya şikayətlərinə qarşı etiraz verməmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəkili verdikləri kassasiya şikayətini müdafiə edərək təmin edil məsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1101.1 Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Azərba ycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətlərində qətnamənin ləğv edilməsi tələb olunduğundan, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdı r. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şikayəti təmin olunmamalı, iddiaçının şikayəti isə qismən təmin olunaraq Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilərək Azərbaycan Respublikası Maliyyə Nazirliyindən iddiaçının xeyrinə 28.000 manat məbləğində mənəvi ziyanın tutulmasına dair qərar qəbul edilməlidir. İş materiallarından görünür ki, iddiaçı qanuni əsaslar olmadan cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum olunması ilə əlaqədar 2 il 4 ay müddət ərzində həbsdə saxlanılmışdır. İddiaçının həmin müddət ərzində həbsdə saxlanılmasının qanunsuz olması onun haqqında olan qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunmuşdur. Həmin hökmlə ittiham olunduğu cinayətdə təqsirinin sübuta yetirilməməsi əsası ilə iddiaçıya bəraət verilmişdir. Apellyasiya instansiyası məhkəməsi qanunsuz həbsdə saxlanılması ilə əlaqədar iddiaçıya mənəvi zərər dəyməsi barədə düzgün nəticəyə gəlsə də, dəymiş mənəvi ziyana görə onun xeyrinə 5000 manat tutulmasını qanuni hesab edərkən səhvə yol vermişdir. Belə ki, məhkəmə kollegiyası tərəfindən bu zaman mənəvi sarsıntı və iztirabların ağırlıq dərəcəsi və səbəb olduğu nəticələr lazımınca qiymətləndirilməmişdir. İddiaçı 28 ay müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüf uzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Oxşar müddəa “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində də nəzərdə tutu lmuşdur. Həmin Qanunun 5-ci maddəsinə görə bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir Həmin Qanunun 6-cı maddəsinə əsasən 5-ci maddədə nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Qanunun 7-ci maddəsinə əsasən şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərinin pisləşməsinə g ətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008ci il tarixli qərarının 10-cu bəndinə görə mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli ol malıdır. Kollegiya iddiaçıya ödənilməsi qət olunmuş ziyanın məbləğini ağlabatan və ədalətli saymır və hesab edir ki, həmin məbləğ hər ay üçun 1000 manat olmaqla 28 ay üçün 28.000 manat məbləğində müəyyən olunmalıdır. Göstərilənlərlə əlaqədar, kollegiya hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsinin kassasiya şikayətində iddia tələbinin əsassız olması səbəbindən rədd edilməli olmasını təsdiq edən heç bir tutarlı dəlil olmadığından kollegiya kassasiya şikayətini əsassız hesab edir və bildirir ki, şikayət təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Mə hkəməsi Mülki Kollegiyasının 2(103)-3786/2021 nömrəli iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. İş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən mənəvi ziyana görə 28.000 manat tutulub İddiaçı ödənilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6602/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6602/2021
17.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver