Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6609/2019 21.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçı “İddiaçık” ASC-nin nümayəndəsi X1 və iddiaçının vəkili Vəkilin iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 19 iyun 2019-cu il tarixli qərardadından iddiaçı “İddiaçık” ASC-nin və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehə qarşı “kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması” təl əbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13.03.2015-ci il tarixli **********82015 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq" Bankı qarşısında 8 686,36 (səkkiz min altı yüz səksən altı manat 36 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borc, 13.03.2017-ci il tarixədək əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanmış 35 611,23 (otuz beş min altı yüz on bir manat 23 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, 13.03.2017-ci il tarixdən 21.01.2019-cu il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 21 % (iyirmi bir faiz) dərəcəsi ilə hesablanmış 78 501,68 (yetmiş səkkiz min beş yüz bir manat 68 qəpik) manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 21.01.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 79 707,77 (yetmiş doqquz min yeddi yüz yeddi manat 77 qəpik) manat məbləğində penya, cəmi 202 507,03 (iki yüz iki min beş yüz yeddi manat 03 qəpik) manat məbləğində pul vəsaiti və 21.01.2019-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 21 % (iyirmi bir faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 32 (otuz iki) manat, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin Cavabdeh iddiaçı ASC “Xalq" Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2(005)1324/2019 nömrəli qərardadı ilə İddiaçı Cavabdehə qarşı “kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə 8 686,36 manat məbləğində vaxtı keçmiş əsas borc və 8664,69 manat məbləğində adi faizlər üzrə borc məbləğinin tutulmasına dair hissəsində mülki işin icraatına xitam verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2(005)1324/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehə qarşı “kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19 iyun 2019-cu il tarixli 2(103)-8958/2019 saylı qərardadı il ə iddiaçı “İddiaçık” ASC-nin apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli 2(005)-1324/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı “İddiaçık” ASC və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, bankın ilk və sonrakı iddialarının faktiki əsasları eyni olsa da, həmin iddiaların tərəfləri, predmetləri və hüquqi əsasları tamamilə fərqli olduğu üçün hazırki tələbin müvafiq borc məbləğlərinin tutulması hissəsinə münasibətdə mülki iş üzrə icraata MPM-nin 261.0.2-ci maddəsinə müvafiq olaraq xitam verilə bilməz. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 19.06.2019-cu il tarixli qərardadının ləğv edilməsini və icraata xitam verilən hissədə işə yenidən baxılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçı “İddiaçık” ASC-nin nümayəndəsi X2 və iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdəfiə edərək Bakı Apellyasiya Məhkəməsinin MK-nin 19 iyun 2019-cu il tarixli qərardadından verdikləri kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə lazımi qaydada bildiriş göndərilmiş olsa da, Cavabdeh üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 19 iyun 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29.08.2016-cı il tarixli, 2(005)-3024/2016 saylı qətnaməsinə əsasən 13 mart 2015-ci il tarixli **********82015 saylı kredit müqaviləsi üzrə yaranmış 234.998,86 manat məbləğində əsas borc, 8.664,69 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 29. 03.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 2.240,83 manat məbləğində cərimə faizləri, cəmi 245.904,38 manat, eyni zamanda 30 manat dövlət rüsumu və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 60 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 58 manat məbləğində çəkilmiş xərclər cavabdeh (borcalan) Cavabdeh İddiaçın “Baş” filialının xeyrinə tutulması,tələbin cavabdehə məxsus ilkin satış qiyməti 110.000 manat olanünvan 1 ünvanda yerləşən 0,0522 ha torpaq sahəsində yerləşən 38 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində 66,8 kv.m ümumi, 46 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 3 nömrəli mənzilinə və cavabdehə məxsus ilkin satış qiyməti 245.000 m anat olan ünvan 1 ünvanda yerləşən 0,102024 ha torpaq sahəsində yerləşən 185 nömrəli, 13 mərtəbəli binanın 4a girişində, 10-cu mərtəbəsində 131,54 kv.m ümumi, 73.04 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 39 nömrəli mənzilinə yönəldilməsi və həmin mənzillərin açıq hərracdan satılaraq əldə edilən vəsaitdən borcun ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh 13.03.2015-ci il tarixli **********82015 №-li kredit müqaviləsi üzrə iddiaçı “İddiaçık" ASC qarşısında 8 686,36 manat məbləğində vaxtı keçmiş əsas borc və 8664,69 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği tutulması hissəsində mübahisəyə qiymət verilmiş, hazırki iddia tələbində 13.03.2017-ci il tarixədək əsas borc məbləğinə illik 12 % dərəcəsi ilə h esablanmış 35.611,23 manat adi faizlər üzrə borc məbləğinin tutulması tələb olunur ki, bu məbləğin də 8664,69 manat olan hissəsinə artıq qeyd olunan qətnamə ilə qiymət verilib. Həmin qətnamə qanuni qüvvəsini almış, ancaq iddiaçı yenidən Cavabdeh qarşı eyni məsələ ilə bağlı eyni predmetli iddia qaldırmışdır. İddiaçı apellyasiya şikayətində Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29.08.2016-cı il tarixli, 2(005)-3024/2016 saylı qətnaməsində iş üzrə üçüncü şəxs qismində cəlb olunmasına istinad etsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, sonuncu həmin iş üzrə cavabdeh qismində cəlb edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Apellyasiya instansiyası məhkəməsi iş materialları əsasında belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə icraata iddia ərizəsi üzrə 8.686,36 manat məbləğində vaxtı keçmiş əsas borc və 8664,69 manat məbləğində adi faizlər üzrə borc məbləğinin tutulmasına dair hissəsində xitam verməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilm əsi barədə məhkəmə qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan birinci instansiya məhkəməsinin əsas borcun və faizlər üzrə borc məbləğinin tutulmasına dair hissədə mülki işin icraatına xitam verilməsi barədə qərardadının apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılması qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir və qanuni, əsaslı, ədalətli olan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinə əsas ola bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, sübutları tam, hərtərəfli araşdırmış, işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş və hüquq normalarının tələblərini düzgün tətbiq etməklə qərardad qəbul etmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərba ycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “İddiaçık” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 19 iyun 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6609/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6609/2019
21.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver