Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-661/2021 15.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, xxx qızına, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, mülkiyyət hüququnun tanınması və s.” tələblərinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviçdən (sədrlik edə n və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)6645/2020 nömrəli qərardadından üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)358/2020 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, xxx qızı arasınd a ünvan 1 ünvanında yerləşən 285 saylı mağazaya dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və iddiaçının həmin ünvana mülkiyyət hüququnun tanınması qət edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(010)-358/2020 nömrəli qərardadı ilə apellyasiya şikayəti bunun üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmaqla verilməsi əsası ilə geri qaytarılmışdır. Üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 sa ylı Bakı Ərazi İdarəsi şikayət verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(010)358/2020 nömrəli qərardadının ləğv edilməsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-358/2020 nömrəli qiyabi qətnaməsindən verilmiş apellyasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(010)358/2020 nömrəli qərardadı ilə həmin şikayət təmin edilməmiş və mülki ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-6645/2020 nömrəli qərardadı ilə mübahisə predmeti b arəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(011)-358/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(103)-6645/2020 nömrəli qərardadından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barə də xəbərdar olunmuş kasator məhkəməyə xx xxxxxx 2020-ci il tarixli məktubla müraciət edərək, Azərbaycan Respublikası MPM-in 410.1-ci maddəsinə əsasən kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası izah edir ki, mülki prosessual qanunvericilikdə barəsində kassasiya şikayəti verilməli olan məhkəmə aktlarının məhdud dairəsi dəqiq müəyyən edilmiş və bundan hər hansı istis na, o cümlədən apellyasiya şikayətinin qaytarılması barədə birinci instansiya məhkəməsinin qərardadının yoxlanılması nəticəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qərardadlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki halda kassasiya şikayəti verilməsinin istisna olunması tərəfin hüquq və azadlıqların məhkəmə təminatı və məhkəməyə təkrar müraciət etmək kimi konstitusion hüquqlarla ziddiyyət təşkil etmir. Belə ki, apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadları ilkin olaraq birinci instansiya məhkəməsi qaytardığı üçün həmin qərardadlardan verilən şikayətlərə MPM-in 269-cu maddəsində nəzərdə tutulmuş qaydada birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən təkrar baxılır. Yəni, qanunvericil iklə belə qərarların yalnız iki instansiya məhkəməsi tərəfindən yoxlanılması nəzərdə tutulmuşdur. Bu baxımdan MPM-in 402-ci maddəsinin tələbinə görə üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci tarixli qərardadından verdiyi kassasiya şikayəti kassasiya instansiya məhkəməsinin baxış predmeti ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və üçüncü şəxsin kassasiya şikayəti məhkəmə baxışından çıxarılmaqla, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-6115/2020 nömrəli qərardadı ləğv edilsin. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı Apell yasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-6645/2020 nömrəli qərardadından verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq, qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-661/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-661/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver