Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6615/2019 09.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, vəkili X2, Cavabdeh və onun vəkili X2 oğlunun iştirakları ilə, İddiaçı “xxxx” Bank ASC-nin Cavabdeh qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-31/18 saylı, 26 dekabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh və vəkili X3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: “xxxx” X7 Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh “xxxx” Bank ASC-nin xeyrinə 22 noyabr 2010-cu il tarixli 122001/0149/10/09 N-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh məxsus X2 küçəsində istifadədə olan 0.06 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 27.7 kv.m ümumi, 27.7 kv.m yaşayış sahəsindən ibarət iki otaqlı 12 nömrəli mənzilə tutulma yönəldilməsi, 22 noyabr 2010-cu il tarixli **********10 №-li Kredit müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında 15241 ( on beş min iki yüz qırx bir) manat əsas borc, 809.90 (səkkiz yüz doqquz manat 90 qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, əsas borcun qaytarılma sının gecikdirilməsinə görə 22.07.2013-cü il tarixinə qədər 369.80 (üç yüz altmış doqquz manat 80 qəpik) manat məbləğində hesablanmış cərimə faizlərinin, cəmi 16420.70 ( on altı min dörd yüz iyirmi manat 70 qəpik) manat və 02.07.2013-cü il tarixindən başlayaraq tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 40% (qırx) faiz hesabı ilə hesablanan cərimə faizləri, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 (on altı) manat məbləğində çəkilmiş xərclərin, ipoteka predmetinə tutmanınn yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 32 (otuz iki) manat məbləğində çəkilmiş xərcərin ipoteka predmetinin dəyərində və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilm iş xərclərin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. “xxxx” Bank ASC iddia tələbinə dəyişiklik edilməsi barədə ərizə (İ cild, i.v.126) təqdim edərək, 22 noyabr 2010-cu il tarixli 122001/0149/10/09 N-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh məxsus X2 küçəsində istifadədə olan 0.06 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 27.7 kv.m ümumi, 27,7 kv.m yaşayış sahəsindən ibarət iki otaqlı 12 nömrəli mənzilə tutulmanın yönəldilməsi və 22 noyabr 2010-cu il tarixli **********10 nömrəli Kredit müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında 15241 ( on beş min iki yüz qırx bir) manat əsas, 22.11. 2014-cü il tarixə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 25%-lə hesablan mış 6333,04 manat məbləğində adi faizlər üzrə borc məbləği, 22.11.2014-cü il tarixdən 15.07.2015-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 19 faiz hesabı ilə hesablanmış 1874,22 manat məbləğində əldən çıxmış faydanın əvəzi və 15.07.2015-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % hesabı ilə hesablanmış 3965,41 manat məbləğində cərimə faizlərinin, cəmi 27413,67 manat və 15.07.2015-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinin qalığına illik 19% hesabı ilə hesablanan faizlər formasında zərərin (əldən çıxmış faydanın) əvəzi, 15.07.2015-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinin qalığına illik 15% hesabı ilə hesablanan cərimə faizlərini n, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 32 manat və sənədlərin notariat qaydada təsdiq edilməsinə görə 16 manat məbləğində çəkilmiş xərclərin, 30 manat dövlət rüsumunun əvəzinin ipoteka predmetinin dəyərindən iddiaçıya ödənilməsi və ipoteka predmeti olan Cavabdeh məxsus X2 küçəsində istifadədə olan 0.06 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 27.7 kv.m ümumi, 27.7 kv.m yaşayış sahəsindən ibarət iki otaqlı 12 nömrəli mənzilin ilkin satış qiymətinin 18000 manat məbləğində təyin edilməklə açıq hərracda satılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Siyəzən rayon Məhkəməsinin (hakim İlqar Quliyev) 07 sentyabr 2015-ci il tarixli, 2(059)03/2015 saylı qətnaməsi ilə iddia tələb i təmin edilmiş, Cavabdeh “xxxx” Bank ASC-nin xeyrinə 22 noyabr 2010-cu il tarixli **********10 №-li kredit müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında 15241 (on beş min iki yüz qırx bir) manat məbləğində əsas borc məbləği, 22.11.2014-cü il tarixdən 15.07.2015-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 19% (on doqquz) faiz hesabı ilə hesablanmış 1874,22 ( bir min səkkiz yüz yetmiş dörd manat 22 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi və 15.07.2015-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş) faiz hesabı ilə hesablanmış 3 965,41 (üç min doqquz yüz altmış beş manat 41) manat məbləğində cərimə faizləri, cəmi 27413,67 (iyirmi yeddi min dörd yüz on üç manat 67 qəpik) manatın və 15.07.2015-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin fakti ki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinin qalığına illik 19% (on doqquz) faiz hesabı ilə hesablanan faizlər formasında zərərin (əldən çıxmış faydanın) əvəzinin, 15.07.2015-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinin qalığına illik 15% (on beş) faiz hesabı ilə hesablanan cərimə faizləri, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 32 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 manat məbləğində çəkilmiş xərclərin, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus X2 küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşə n 10 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 27,7 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 12 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmeti olan Cavabdeh məxsus X2 küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 27,7 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 12 nömrəli mənzilin ilkin satış qiymətinin ipoteka predmetinin ipoteka müqaviləsinin 2.1-ci bəndində qeyd olunmuş likvid dəyərinin 18 000 manat məbləğində təyin edilməklə açıq hərracda satılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər G.Tağızadə - sədrlik edən və məruzəçi, A.Hüseynov, T.Quliyev) 08.02.2016-cı il tarixli 2(105)-411/2016 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edi lməyərək Siyəzən rayon Məhkəməsinin iş üzrə 07.09.2015-ci il tarixli 2(059)-03/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ə.Nurməmmədov - sədrlik edən və məruzəçi, A.İsgəndərov, Ə.Əhmədov) 14.06.2016-cı il tarixli 2(102)-2862/2016 nömrəli qətnaməsi ilə Cavabdeh kassasiya şikayəti təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-411/2016 nömrəli iş üzrə 08 fevral 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər A.Abbasov - sədrlik edən və məruzəçi, Ş.Abasov, T.Məmmədov) 26.12.2018-ci il tarixli 2(105)-31/2018 nömrəli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Siyəzən rayon Məhkəməsinin 07 sentyabr 2015-ci il tarixli, 2(059)-03/2015 saylı qətnaməsi ləğv edilərək iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmış, 22 noyabr 2010-cu il tarixli **********10 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh “xxxx” Bank ASC-nin xeyrinə 15241 (on beş min iki yüz qırx bir) manat əsas, 6333,04 (altı min üç yüz otuz üç manat dörd qəpik) manat faiz, 200 (iki yüz) manat cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 32 (otuz iki) manat, sənədlərin notariat qaydada təsdiq edilməsinə görə 16 (on altı) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat pulun əvəzi olaraq cəmi 21852,04 (iyirmi bir min yeddi yüz qırx dörd manat dörd qəpik) manat pulun tutu lması, tələbin Cavabdeh məxsus ipoteka predmeti olan X2 küçəsi, ev 10, mənzil 12-yə yönəldilməsi, həmin mənzil ilkin satış qiymətinin 28000 (iyirmi səkkiz min) manat olmaqla açıq hərracdan satılması, satışdan əldə edilmiş pulunun 21852,04 manatının cavabdehin banka olan borcuna tutulması, qalan hissədə iddia tələbinin təmin edilməməsi, ekspertiza xərcinin cavabdehə aid edilməsi qət edilmişdir. Cavabdeh və vəkili X2 oğlu kassasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.12.2018-ci il tarixli qətnaməsinin ləğv edilərək mülki işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiy ası məhkəməsi işə baxarkən iş üzrə mühasibatlıq ekspertizası keçirilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə məhkəmə tərəfindən təqdim olunmuş sənədlərlə bağlı başdansovdu tədqiqat aparılmış, nəticədə reallığı əks etdirməyən ekspert rəyi verilmişdir. İş üzrə təkrar ekspertizanın keçirilməsi barədə cavabdehin şifahi vəsatətinə məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Həmçinin 19 mart 2013-cü il tarixinə əsas borcun 12500 manat olması, 22.11.2014-cü il tarixdən 10.07.2015-ci il tarixədək əhaliyə 16% lə kredit verildiyi halda, cavabdehə yüksək faizlə kredit verilməsi, 23 aprel 2012-ci il tarixdə 1042 və 18 iyun 2012-ci il tarixdə 3347 manat ödəniş etməsi ekspertiza keçirilən zaman nəzərə alınmamışdır. Məhkəmə qətnaməsindən də göründüyü kimi Əmlak Ekspert Mərkəzinin 07 dekabr 2016-ci il tarixli ƏEM/D 22-725/16 saylı rəyinə əsasən cavabdehə məxsus X2 küçəsi, 10 saylı evin 12 saylı mənzilinin 07 dekabr 2016-cı il tarixinə bazar dəyəri 19000 (on doqquz min) manat müəyyən edilmiş, elə həmin Əmlak Ekspert Mərkəzinin 19 aprel 2017-ci il tarixli, ƏEM/A 103-548/17 saylı rəyinə əsasən həmin mənzilin 19 aprel 2017-ci il tarixinə bazar dəyəri 28000 (iyirmi səkkiz min) manat müəyyən edilmişdir. Eyni ekspert təşkilatı tərəfindən 4 ay müddətində mənzilin bazar dəyəri ilə bağlı fərqli rəylər verilmişdir. Apellyasiya instansiya məhkəməsi mübahisələndirilən mənzilin axırıncı dəfə 19 aprel 2017-ci il tarixdə qiymətləndirilməsini, ötən iki il ərzində mənzil bazarında ciddi artım olduğunu nəzərə almamış, mənzilin hazırki dövrə uyğun bazar qiymətinin müəyyən ediləməməsində haqlı olmamışdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılarkən ipoteka predmeti olan əmlakın hazırki dövrdə bazar dəyəri müəyyən edilməmiş, son dövrlərdə banka ödənilmiş pul vəsaiti nəzərə alınmamış, nəticədə artıq faizlər və cərimə hesablanmışdır. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və vəkili X1 kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3və vəkili X2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdirlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmələr tərəfindən iş materialları ilə müəyyən edilmişdir: 22 noyabr 2010-cu il tarixdə bağlanmış **********10 nömrəli kredit müqaviləsinə əsasən “xxxx Bank” ASC tərəfindən borcalan Cavabde h 48 ay müddətinə illik 25 faiz ödənilməsi şərti ilə 30000 manat məbləğində fərdi təsərrüfatın genişləndirilməsi məqsədilə kredit verməyi, borcalan isə həmin krediti və kreditə hesablanmış faizləri müqavilənin əlavəsi olan ödəniş cədvəlinə uyğun olaraq müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmağı öhdəsinə götürmüşdür. Bank müqavilədən irəli gələn öhdəliyi icra edərək krediti ödəmiş, lakin borcalan Cavabdeh müqavilə öhdəliklərini üzrlü səbəblər olmadan icra etməmişdir. Müqavilənin şərtlərinə görə borcalan tərəfindən əsas borc məbləğinin ödənilməsi müddətləri pozulduqda, vaxtı ötmüş borc məbləğinə gecikdirmənin hər günü üçün illik 40 faiz dərəcəsi ilə hesablanmış cərimə faizlərini banka ödəməlidir. Kredit müqaviləsinin 3.3.4-cü bəndinə görə borcalan müqavilənin 1.1-ci bəndində nəzə rdə tutulmuş müddətdə krediti qaytarmadığı, habelə ödəniş cədvəlinə (1 №-li əlavə) nəzərdə tutulmuş müddətlərdə kreditin hər hansı hissəsini qaytarmadığı və ya hesablanmış faizlərin ödənilməsi 3 ay ərzində 2 dəfə ardıcıl gecikdirdiyi təqdirdə, kreditin məbləğini və hesablanmış faizləri vaxtından əvvəl ödənilməsini tələb etmək və ipotekaya qoyulmuş əmlaka ödəniş yönəltmək hüququ vardır. Tərəflər arasında bağlanmış 22 noyabr 2010-cu il tarixli 122001/0149/10/09 saylı ipoteka müqaviləsinə görə borcalan mülkiyyət hüququ ilə ona məxsus olan X3küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 10 nömrəli 2 mərtəbəli binanın 1-ci girişində 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 27,7 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 12 nömrəli mənzili **********10 nömrəli 22 noyabr 2010-cu il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipotekaya vermişdir. Müqavilənin 2.1-ci bəndinə görə, tərəflərin razılığına əsasən qiymətləndirmə aktına müvafiq olaraq ipoteka predmetinin qiyməti 18000 manat müəyyən edilmişdir. İşdə olan ödəmə cədvəlinə görə Cavabdeh 22 noyabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə əsas borcu 10625,00 manat, faiz borcu 4616,00 manat, 809,90 manat və 369,80 manat olmaqla, cəmi 16420,70 manat təşkil edir. 24 dekabr 2012-ci il tarixli, 352 saylı xəbərdarlıq məktubuna görə «xxxx Bank» ASC tərəfindən borcalana və ipoteka qoyana kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirilmədiyi təqdirdə qanunda nəzərdə tutulmuş məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 08 noyabr 2018-ci il tarixli, 33102 saylı ekspert rəyinə əsasən kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh 22 noyabr 2014-cü il tarixinə, yəni müqavilənin bitmə tarixinə əsas borcu 15317,57 manat, faiz borcu 6414,23 manat, cərimə borcu isə 5846,46 manatdır. Əmlak Ekspert Mərkəzinin 19 aprel 2017-ci il tarixli, ƏEM/A 103-548/17 saylı rəyinə əsasən Cavabdeh məxsus X2 küçəsi, ev 10, mənzil 12-nin 19 aprel 2017-ci il tarixinə bazar dəyəri 28000 (iyirmi səkkiz min) manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib hesab etmişdir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Siyəzən rayon Məhkəməsinin 07 sentyabr 2015-ci il tarixli, 2(059)-03/2015 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılm aqla iddia tələbi qismən təmin edilməli, 22 noyabr 2010-cu il tarixli **********10 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh “xxxx” Bank ASCnin xeyrinə 15241 (on beş min iki yüz qırx bir) manat əsas, 6333,04 (altı min üç yüz otuz üç manat dörd qəpik) manat faiz, 200 (iki yüz) manat cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 32 (otuz iki) manat, sənədlərin notariat qaydada təsdiq edilməsinə görə 16 (on altı) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat pulun əvəzi olaraq cəmi 21852,04 (iyirmi bir min yeddi yüz qırx dörd manat dörd qəpik) pul tutulmalı, tələb Cavabdeh məxsus ipoteka predmeti olan X2 küçəsi, ev 10, mənzil 12-yə yönəldilməli, həmin mənzil ilkin satış qiyməti 28000 (iyirmi səkkiz min) manat olmaqla açıq hərracdan satılmalı, satışdan əldə edilmiş pulun 21852,04 manatı cavabdehin banka olan borcuna tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər m üvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi, tərəflər arasında kredit və ipoteka müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və fa izi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir; əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən əsa s öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Cavabdeh kassasiya şikayətində kredit müqaviləsi üzrə əsas və faiz borcunun əsassız yerə şişirdilməsini, tərəfindən edilmiş ödənişlərin nəzərə alınmamasını və ipoteka predmetinin real bazar qiymətinin daha yüksək olmasını qeyd etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İş üzrə ödənilməli olan əsas və faiz borcu, həmçinin ipotekanın satış qiyməti müvafiq ekspertiza keçirilməklə müəyyən edilmişdir. Ekspert rəyində maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla əsas və faiz borcu müəyyən edilmişdir. Həmçinin əmlakın qiymətləndirilməsi barədə Əmlak Ekspert Mərkəzinin 07.12.2016-cı il və 19.04.2017-ci il tarixli qiymətləndirmə rəyləri ilə əmlaka qoyulmuş qiymət arasındaki fərq isə ikinci ekspert rəyində evin artırma tikililərlə birlikdə qiymətləndirilməsi ilə əlaqədar yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1 -ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətna mə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-31/18 saylı, 26 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6615/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6615/2019
09.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver