Məhkəmə qərarları › İş №2(102)-6619/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6619/2021

24.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6619/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” X5rşı iş üzrə QƏRARİ ( Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-808/2021 nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 noyabr 2021-ci il ta rixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı həyat yoldaşı X2 hamilə olması ilə əlaqədar 2015-ci ilin aprel ayında Qəbələ MRX-nin göndərişi əsasında Cavabdeh1nə daxil olmuş və orada müayinə olunduqdan sonra üzərində qeysəriyyə əməliyyatı aparılmışdır. Əməliyyatdan bir neçə saat keçdikdən sonra xəstə X10 Rayon X1 Hüquqi şəxsin tabeliyində olan Cavabdeh1ndə vəfat etmişdir. Xəstənin üzərində əməliyyat aparan Maraqlı şəxs1 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti etməkdə təqsirli bilinərək Şəki Rayon Məhkəməsinin 26 iyul 2016-cı il tarixli hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilmiş və barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzası 2 il sınaq müddətinə şərti hesab edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin sentyabr ayında mərhum Aygün Kərimovanın həyat yoldaşı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həyat yoldaşının ölümü ilə əlaqədar ona 5800 manat məbləğində maddi və 45.000 manat məbləğində mənəvi ziyan dəyməsini əsas göstərməklə Cavabdeh1 həkimlərinin səhlənkarlığı üzündən ona dəymiş maddi və mənəvi ziyanın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılarkən Cavabdeh1 əsl cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X4 Ərazi Bölmələrinin İdarə X12 Rayon X1 Hüquqi Şəxslə əvəz edilmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-85/2021 saylı, 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim: C.F.İmanov) iddia qismən təmin edilərək cavabdeh Azərbaycan Respu blikası İcbari Tibbi Sığorta üzrə X4 Ərazi Bölmələrinin İdarə X12 Rayon X1 Hüquqi şəxsdən mənəvi ziyana görə İddiaçı Məhəmmədiyyə oğlunun xeyrinə 25.000 manat tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə cavabdeh apellyasiya şikayəti verərək qətnamənin işin faktiki hallarına düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-808/2021 saylı, 26 may 2021ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və A.A.Mahmudov) apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(075)-85/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasi ya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdeh kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, cərrahi əməliyyatın riski barədə iddiaçının məlumatlandırılmasını, tutulan pul məbləğinin onun zənginləşməsinə səbəb olub-olmamasının əsaslandırılmamasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişlər. Cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” X8 nümayəndəsi Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1 Hüqu qi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçının həyat yoldaşı ü zərində aparılmış qeysəriyyə əməliyyatından bir neçə saat sonra ölmüş və bunun əməliyyatı aparmış Saniyə Hüseyinovnanın səhlənkarlığı üzündən baş verməsi Şəki Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1097.1, 1099.1, 1099.2, 1112 və 1114.1-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, iddiaçının ona dəymiş mənəvi ziyanın ödənilməsini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər i vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Müəyyən olunmuşdur ki, həyat yoldaşının ölümü ilə əlaqədar iddiaçı mənəvi sarsıntı və iztirab keçirməklə ona mənəvi ziyan dəymişdir. Mənəvi ziyana dair hissədə iddianı qismən təmin edib ziyanın məbləğini müəyyən edərkən məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbay can Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsaslanmış və hesab etmişdir cavabdehdən mənəvi ziyana görə 25.000 manatın tutulması ədalətli və ağlabatandır. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-808/2021 nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar