Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-662/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: alimentin artırılması və s. Açar sözlər: aliment tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4776/2020 nömrəli iş üzrə 08 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmən in binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı ilə cavabdehin faktiki nikah münasibətlərindən xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh adlı bir övladları anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar 2003-cü ildən ayrı yaşamışlar. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5448/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulacaq alimentin ümumi məbləğinin 150 manat həddində müəyyən edilməsi qət edilmişdir. Hazırda iddiaçı övladı barəsində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən 1500 manat məbləğində alimentin tutulmasını, cavabdehin 500 manat əlavə xərcə cəlb edilməsini, həmçinin uşağın müalic ə xərci üçün 1000 manat tələb edir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı alimentin artırılması və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1972/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Ə.Səmədov) iddia tələbinin qismən təmin edilməsi, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2002-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin, müalicə xərclərinə görə 100 (bir yüz) manat, uşağa qulluq edilməsinə görə 50 (əlli) manat, ümumilikdə 350 (üç yüz əlli) manatın alınaraq İddiaçı verilməsi, 30 (otuz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi, iddia tələbinin q alan hissədə təmin edilməməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4776/2020 nömrəli, 08 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) Cavabdeh apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1972/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Kasasiya şikayətinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kasasiya şikayəti verərək apelyasiya instansiy ası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası iddia tələbindən kənara çıxaraq gələcəkdə baş verəcək hadisələrə münasibət bildirmiş, məhkəmə iclasının təxirə salınması barədə teleqrama heç bir əhəmiyyət verməmiş, ədalətli məhkəmə baxışına olan hüquqlarını pozmuş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Bundan əlavə cavabdehin vəkili məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək xx.xx.2002-ci il təvəllüdlü Cəfərov İbrahim Səxavət oğlunun yetkinlik yaşına çatması ilə əlaqədar cavabdehin öhdəliyinə xitam verilməli olduğunu bildirmişdir. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil kasasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini və cavabdehin öhdəliyinə xitam verilməsinə dair ərizəyə münasibət bildirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə İddiaçı və Cavabdeh hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddə sini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşa qların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən uşaqlar üçün bu məbləğ 170 manat müəyyən edilmişdir. Kasasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kasasiya şikayət ində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığınd an birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi hissəsində iş üzrə gəldiyi nəticəsi düzgün olmuşdur. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin göstərdiyi onun alimenti ödəməyə imkanı çatmadığı, ikinci dəfə evlənməsi və həmin nikahdan da bir azyaşlı uşağının olması, anasının xəstə olması onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanma sı, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Apelyasiya instansiyası məhkəməsi bundan əlavə qeyd etmişdir ki, uşağa qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikas ı Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. İddiaçının əlavə tibbi xərclərlə bağlı hazırki iddia tələblərinin qanuni əsası Ailə Məcəlləsində nəzərdə tutulmuşdur. Onun təqdim etdiyi sübutlar da iddianın əsasını təsdiq edir. İddiaçının cavabdehə başqa əsaslarla iddia irəli sürməsi, məsələn alimentin artırılması, uşağa qulluğa görə və.s iddianın bu hissəsinin əsassızlığına dəlalət etmir və iddianın bu hissəsinin təmin olunmaması üçün əsas ola bilməzdi. Çünki, bu tələb bilavasitə uşağa çəkilən əlavə tibbi xərclərlə bağlıdır. Kasasiya kollegiyası kasatorun apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasının təxirə salınması barədə teleqrama heç bir əhəmiyyət verilməməsi dəlilinə münasibətdə qeyd edir ki, Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olur. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Kasasiya kollegiyası qeyd edir ki, kassator kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən ədalətli məhkəmə baxışına olan hüquqların pozulduğunu, iddia tələbindən kənara çıxıldığını, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiy ası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. xx.xx.2002-ci il təvəllüdlü Cəfərov İbrahim Səxavət oğlunun yetkinlik yaşına çatması ilə əlaqədar cavabdehin öhdəliyinə xitam verilməli olmasına dair cavabdehin vəkilinin ərizəsi ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi ilə yalnız miqdarı dəyişdirilmiş alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət olunmuşdur. Bu hissə isə qətnaməni n icra mərhələsinə aid olan məsələdir. Belə ki, MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4776/2020 nömrəli, 08 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-662/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-662/2021
16.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver