Məhkəmə qərarları › İş №2(102)-663/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-663/2021

08.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-663/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: sayğacdan kənar təbii qazdan istifadəyə görə zərər, ekspert rəyinin qiymətləndirilməsi, işdə iştirak edən şəxslərin faktı etiraf edən şifahi izahatları, işin mübahisəsiz halları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5734/2020 nömrəli iş ü zrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı və ya Birlik) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında xx.xx.2017-ci il tarixdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin (bundan sonra – fərdi yaşayış evi) təbii qazla təchiz edilməsinə dair qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin ünvana Birlik tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş və qaz sayğacı quraşdırılmışdır. xx.xx.2017, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar əsasında fərdi yaşayış evində cavabdeh tərəfindən qaz sayğacına qeyri-qanuni qoşulma müşahidə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3260,1 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə 3290,1 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh qazın alqı-satqısı barədə müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçının işçiləri tərəfindən bu faktlar aşkar olunaraq aktlaşdırılmış və bu halı təsdiq edən foto çəkilişlər aparılmışdır. İddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi dəymiş ziyanın bərpasına dair tələbnamələrlə cavabdehin abunə hesabına orta sərfiyyatla xx.xx.2017-ci il tarixə 1944 kub metr, xx.xx.2018-ci il tarixə 1325 kub metr, xx.xx.2018-ci il tarixə 634 kub metr, xx.xx.2018-ci il tarixə 576 kub metr, xx.xx.2018-ci il tarixə 324 kub metr, xx.xx.2018-ci il tarixə 1332 kub metr, xx.xx.2018-ci il tarixə 576 kub metr, xx.xx.2018-ci il tarixə 1008 kub metr, xx.xx.2018-ci il tarixə 1008 kub metr, xx.xx.2018-ci il tarixə 1008 kub metr, xx.xx.2018-ci il tarixə 1008 kub metr, xx.xx.2019-cu il tarixə 1008 kub metr, xx.xx.2019-cu il tarixə 1008 kub metr, xx.xx.2019-cu il tarixə 1008 kub metr, xx.xx.2019-cu il tarixə 1008 kub metr, xx.xx.2019-cu il tarixə 324 kub metr, xx.xx.2019-cu il tarixə 324 kub metr, xx.xx.2019-cu il tarixə 324 kub metr qaz sərfiyyatı hesablanmışdır. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 29981 nömrəli, xx xxxxxx 2020-ci il tarixli rəyi ilə fərdi yaşayış evində iddiaçıya məxsus 76 mm-lik polad qaz borusuna sayğacdan kənar (əlavə) qoşulma halı müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı cavabdeh bildirmişdir ki, qaz xəttinə özbaşına qoşulmayıblar. Qaz idarəsinin işçiləri buna şərait yaradıblar. Həmin şəxslər müəyyən edilməlidir. Qış aylarında 10 manat, yay aylarında 5 manat veriblər. Qeyri-qanuni işlətməkdən başqa çarə olmayıb. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiy a məhkəməsi) 2(001)-487/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Əliyev) iddia qismən təmin edilmiş, cavabdehdən 388.8 manat pul vəsaitinin və 23 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 102 manat pul məbləğinin cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən cavabdehin sayğacdan kənar qazdan qeyri-qanuni istifadə etməsi ilə əlaqədar ilkin olaraq xx.xx.2017-ci il tarixli, ******* nömrəli akt tərtib olunması və həmin akta əsasən cavabdehə 388,8 manat cərimə hesablanmasını əsaslı saymış, sonrakı aktların isə cavabdehin təbii qazdan qeyri-qanuni istifadəsini təsdiq etmək üçün yetərli sübut sayılmamasını müəyyən edərək, iddianı qismən təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinn 21, 1096, 1097, 560.3.2-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müddəalarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-5734/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, iddianın rədd edilmiş hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilmiş, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kolle giyası qeyd etmişdir ki, tərəflər arasında müqavilə xx.xx.2017-ci il tarixdə bağlanmasına baxmayaraq, iddiaçının əməkdaşları xx.xx.2017-ci il tarixdən başlayaraq davamlı olaraq aktlar tərtib etmişlər. Həmin aktlar cavabdehin və hal şahidlərinin iştirakı olmadan tərtib olunmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda ilk dəfə qanunsuz qoşulma faktı aşkar olunduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən, habelə məhkəmədə iddia qaldırmadan davamlı olaraq yeni aktlar tərtib etməsi sözügedən aktların mötəbərliyi barədə şübhə doğurur və onlara əsasən hesabl anmış cərimə məbləğləri qanuni hesab edilə bilməz. Həmçinin, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz iddiaçı, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirilməlidir. Kollegiya hesab etmişdir ki, aktlara görə hesablayıb tələb etdiyi məbləğlər baxımından iddiaçı bunu sübut edə bilməmişdir, əksinə işdəki sənədlər sözügedən borcun həqiqətən yaranmasını ciddi şübhə altına alır. Bu baxımdan apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin bundan sonra – Mülki Məcəllə) 21, 1096, 1097-ci maddələrinə, “Qaz təminatı haqqında” Azərbayca n Respublikası Qanununun 22-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3, 4.2, 4.8, 6.5-ci bəndlərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın rədd edilmiş hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə əsassız nəticəyə gəlmişdir. Kassasiya şikayətinə görə, məhkəmə Birlik tərəfindən təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş, onları araşdırmamış, sübutu təhrif etmişdir. Təbii qazdan qanunsuz istifadəni sübut edən aktlar, ekspert rəyi mövcuddur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinə baxılması zamanı kassatorun vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın rədd edilmiş hissəsində ləğv edilərək, iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barə də lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə bax maqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara i stinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi yalnız iddiaçının şikayəti əsasında iddianın təmin olunmayan hissəsində yoxlanıldığından qətnamə kassasiya qaydasında tam yoxlanılır. Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (11-ci maddənin 6-cı bəndi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın veri lməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7). MPM Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvv əsi yoxdur (maddə 88). Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (maddə 101.7). Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (maddə 103.1). Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (maddə 103.2). İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (maddə 106.1). Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna ya zılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir (madə 265.4). Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;... Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə iddia tələbi cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadə nəticəsində vurulduğu iddia olunan zərərin ödənilməsi ilə bağlıdır. İddiaçı cavabdehin qaz xəttinə sayğacdan kənar qoşulduğunu idd ia edir və sübut qismində öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib olunmuş aktları təqdim edir. Apellyasiya instansiyası məhkəməsi həmin aktları mötəbər sübut hesab etməyərək və həmin aktlar əsasında hesablanmış məbləği əsassız hesab edərək mübahisələndirilən hissədə iddianı təmin etməmişdir. Halbuki MPM-in 88-ci maddəsi məhkəmənin üzərinə işdə olan bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmaq, bundan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermək öhdəliyi qoyur. Normanın mənasına görə məhkəmə işə baxarkən yalnız iddiaçının təqdim etdiyi sübutlara deyil, işə baxılması nəticəsində əldə edilmiş digər sübutlara da qiymət verməlidir. Həmçinin mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kö mək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (MPM-in 64.1, 79.1 və 97.1-ci maddələri). Baxılan iş üzrə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə fərdi yaşayış evində iddiaçıya məxsus 76 mm-lik polad qaz borusuna sayğacdan kənar (əlavə) qoşulma halının olduğu müəyyən edilmişdir. İş üzrə ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasın da olmaqla, MPM-in 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla yanaşı, işin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ olduğu kimi, MPM-in 103.2-ci maddəsinə əsasən, bu halı qəbul etdiyi qətnamədə və ya qərardadda əsaslandırmaq vəzifəsi də vardır. Buna baxmayaraq işə baxmış birinci instansiya məhkəməsi həmin rəyi tədqiq etməmiş, ona qiymət verməmiş və rəylə razılaşmamasının səbəblərini əsaslandırmamışdır. Eyni zamanda Məhkəm ə baxışı zamanı cavabdeh bildirmişdir ki, qaz xəttinə özbaşına qoşulmayıb, qaz idarəsinin işçiləri buna şərait yaradıblar. Həmin şəxslər müəyyən edilməlidir. Qış aylarında 10 manat, yay aylarında 5 manat veriblər. Qeyri-qanuni işlətməkdən başqa çarə olmayıb. Göründüyü kimi cavabdeh izahatında qaz xəttinə sayğacdan kənar qoşulduğunu etiraf etmişdir. Qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Baxılan iş üzrə cavabdehin qaz xəttinə sayğacdan kənar qoşulduğu yalnız şifahi izahatda ifadə edildiyidən, bu, faktın və ya iddianın etirafı kimi qəbul oluna bilməz. Lakin mülki iş üzrə mübahisəni həll edən məh kəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara qiymət verməlidir. İşin mübahisəsiz halları tərəflərin həm şifahi, həm də yazılı izahatları əsasında müəyyən oluna bilər. Bu baxımdan məhkəmə iclasında şifahi izahat verən tərəfin işin hallarını məhkəməyə düzgün bildirmək vəzifəsi vardır və o, həmin izahatın hüquqi nəticələrindən irəli gələn riskləri daşıyır. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik tərəfləri şifahi izahatlarının təhrif olunmasından qorumaq üç ün xüsusi institut – protokola dair qeydlər vermək imkanı nəzərdə tutmuşdur. Belə ki, əks olunmuş izahatı ilə razılaşmayan işdə iştirak edən şəxs MPM-in 273-cü maddəsinə əsasən onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Qanunvericilk nəzərdə tutur ki, protokolu imzalamış hakim qeydlərlə razılaşmadıqda belə həmin qeydləri işə əlavə etməldir. Sonuncu məsələni müəyyən etməkdə qanunvericinin məqsədi işə baxan yuxarı instansiya məhkəməsinə hər bir halda qeydlər barədə məlumatlı olmaq və işdə iştirak edən şəxsin birinci instansiya məhkəməsində verdiyi şifahi izahata hüquqi qiymət vermək imkanını təqdim etməkdir. Qeyd olunanlara baxmayaraq birinci instansiya məhkəməsi MPM-in 106.1-ci maddəsinə əsasən iş üzrə toplanmış digər sü butlarla təsdiq edildiyi halda sübut əhəmiyyətinə malik olan cavabdehin etirafedici izahatına da heç bir qiymət verməmişdir. İşə iddiaçının apellyasiya şikayəti əsasında baxmış apellyasiya instansiyası məhkəməsi də eyni prosessual pozuntulara yol verərək, qətnaməni mübahisələndirilə hissədə dəyişdirilmədən saxlamışdır. Halbuki MPM-in 385.1.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən MPM-in 88, 101, 103 və 106-cı maddələrinin tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, işə mahiyyəti üzrə baxılmasının nəticəsində i ddiaçının əməkdaşlarının və ya cavabdehin hərəkətlərində cinayət əlamətləri aşkar edilərsə, işə baxan məhkəmə MPM-in 265.4-cü maddəsinə əsasən bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5734/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar