Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6637/2021 28.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6637/21 (Açar sözlər: borc tələbi) Bakı şəhəri, 28 dekabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-259/2021 saylı, 17. 02.2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 "xxxx" KB ASC ilə 13.12.2013-cü il tarixdə kredit müqaviləsi bağlayaraq, 65000 (altmış beş min) ABŞ dolları məbləğdə kredit almaq barədə razılığa gəlmiş, aldığı borc məbləğini 13.12.2016-cı il tarixədək illik 21 faiz olmaqla, 36 ay müddətində tam ödəməyi öhdəsinə götürmüşdür. 2. 07 aprel 2014-cü il tarixli, əlavə kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx" KB ASC ilə müqavilə bağlayaraq, 2000 (manat) məbləğdə kredit almaq barədə razılığa gəlmiş, aldığı borc məbləğini 07.04.2015-ci il tarixədək illik 28 faiz olmaqla, 12 ay müddətində tam ödəməyi öhdəs inə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 13.12.2013-cü il tarixli 57 MFB/13 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış, 13.12.2013-çü il tarixli 57 MFB/13-A saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 52663,22 ABŞ dolları, faiz borcu üzrə 7330,43 ABŞ dolları, cərimə borcu üzrə 953,47 ABŞ dolları olmaqla, cəmi 60947,12 ABŞ dollarının, 07.04.2014-cü il tarixli 4mspMNG/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 1204,19 manat, faiz borcuna görə 278,56 manat, cərimə borcu üzrə 267,87 manat olmaqla, cəmi 1750,62 mana t və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun müştərək qaydada tutulmasına, tələbin ipoteka predmeti olan, Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0383 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 13.12.2013-cü il tarixli 57MF/13-A saylı əlavə kredit müqaviləsi üzrə 60947,12 ABŞ dollarının, 07.04.2014-cü il tarixli 4msp MNG/14 saylı əlavə kredit xətti müqaviləsi üzrə 1750,62 manat borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın, xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tut ularaq iddiaçı "xxxx" KB ASC-nə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 65000 (altmış beş min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0383 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı 03.04.2019-cu il tarixdə iddia tələbinin artırılması barədə ərizə verərək, cavabdehlərdən 13.12.2013-cü il tarixli 57MFB/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış: 13.12.2013-cü il tarixli 57MFB/13-A saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 52.663,22 ABŞ dolları, faiz borcu üzrə 26.308,15 ABŞ dolları, faiz borcu üzrə 88.801,27 ABŞ dolları, cəmi 167.772,64 ABŞ dolları; 07.04.2014-cü il tarixli 4mspMNG/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 1.204,19 AZN, faiz borcuna görə 278,56 AZN, cərimə borcu üzrə 267,87 AZN, cəmi 1.750,62 AZN məbləğində pulun tutulmasını, tutmanın ipoteka predmetinə yönəldilməsini, ipoteka predmetinin ilkin satış qiymətinin 65000 (altmış beş min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0383 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, o nunla "xxxx" KB ASC arasında bağlanmış 13.12.2013-cü il tarixli, 57MFB/13 saylı kredit, 13.12.2013-cü il tarixli 57MFB/13-A saylı əlavə kredit müqaviləsinin və həmin tarixli 57 MFBİ/ 13 saylı ipoteka müqaviləsinin etibarsız sayılması, həmin müqavilə üzrə ona hesablanmış borcun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddiasını onunla əsaslandırmışdır ki, məxaric orderindəki imza ona məxsus deyil, oğlunun yalnız 10.000 ABŞ dolları kredit aldığını bilmiş və bunun müqabilində ipoteka qoyulmasına razılıq vermişdir.
6. Mingəçevir Şəhər Məhkəməsinin 29 aprel 2019-cu il tаrixli, 2(051)-20/2019 saylı qətnaməsi ilə (hakim H.Mirzəliyev) "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 13.12.2013-cü il tarixli, 57MFB/13 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 57MFB/13-A saylı əlavə kredit müqaviləsinə görə 45981,19 ABŞ dolları məbləğdə əsas kredit borcu, 12.837 ABŞ dolları məbləğdə faiz borcu və 100 ABŞ dolları məbləğdə cərimə borcu olmaqla, cəmi 58918.88 ABŞ dolları məbləğdə pul qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanaraq "xxxx" KB ASC-nə ödənilməsi, Cavabdeh1 və Cavabdeh2 07.04.2014-cü il tarixli, 4mspMNG/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən 922.05 manat məbləğdə əsas kredit borcu, 210.84 manat məbləğdə faiz borcu və 30 manat məbləğdə cərimə borcu olmaqla, cəmi 1162.89 manat məbləğdə pulun alınıb "xxxx" KB ASC-nə ödənilməsi, həmin borcların ipotekaya qo yulmuş, Cavabdeh1 mülkiyyətində olan, Mingəçevir şəhərinin Mehmandarov küçəsindəki 266.9 kv.metr ümumi, 100.6 kv.metr yaşayış, 166.3 kv.metr yardımçı sahəsindən ibarət 4 otaqlı, 6 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi 0.0383 ha torpaq sahəsinə yönəldilməsi, Mingəçevir şəhəri, Mehmandarov küçəsində yerləşən 6 saylı fərdi yaşayış evinin və onun yerləşdiyi 0.0383 ha torpaq sahəsinin ilkin satış qiymətinin 120.000 (bir yüz iyirmi min) manat müəyyən edilməsi, fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh1 və Cavabdeh2 banka olan borclarının ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh1 "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə qarşı «kredit və ipoteka müqavilələrinin etibarsız sayılması» tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.
7. İddiaçı "xxxx" Kommersiya Bankı ASC və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayətləri vermişlər. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər M.Əsədli sədrlik edən və məruzəçi, Ə.Məcidov və A.Mahmudov) 30 yanvar 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti təmin edilməmiş, iddiaçı "xxxx" KB ASC-nin apelyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 29 aprel 2019-cu il tаrixli, 2(051)-20/2019 saylı qətnaməsi, ilk iddianın ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0383 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində h əmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları hissəsinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək ilk iddianın həmin hissədə də təmin edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0383 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması qət edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilk iddianın ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0383 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavab deh2 çıxarılmaları hissəsini təmin etməməklə düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, ipoteka haqqında qanunun 59.3cu maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə q eydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
10. İddiaçı "xxxx" Kommersiya Bankı ASC və Cavabdeh1 qətnamədən kassasiya şikayətləri vermişlər. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Vəliyeva - sədrlik edən və məruzəçi, Q.Əsgərov və S.Hacıyev) 21 sentyabr 2020-ci il tarixli, 2(102)-3388/2020 nömrəli qərarı ilə bankın şikayəti təmin olunaraq qətnamə borcun məbləği hissəsində ləğv olunaraq iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə yeni ekspertiza təyin edilərək, ekspert qarşısında 03.04.2019-cu il tarixə yaranmış borcun müəyyən edilməsi barədə sual qoyulsa da və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2020-ci il tarixli məhkəmə mühasibatlıq ekspertizasının rəyində hər iki müqavilə üzrə həm müqavilə müddətinin bitdiyi 13.12.2018-ci il tarixə, həm iddia tələbinin həcminin artırıldığı 03.04.2019-cu il tarixə, həm də ekspert rəyinin tərtib edildiyi tarixə əsas və faiz borclarının məbləği müəyyən edilsə də, məhkəmə iddianın həcminin artırılması barədə tələbə və bu barədə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət vermədən, 11.10.2016-cı il tarixə yaranmış əsas borc və faiz hissəsində iddianın təmin edilməsini düzgün hesab etmişdir. Halbuki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarı nda Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
13. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının hər iki kredit müqaviləsi üzrə müqavilələrin müddətinin bitdiyi tarixə əsas borc və müqavilə ilə nəzərdə tutulan faiz dərəcəsi ilə faiz məbləğini tələb etmək hüququ olduğundan, apellyasiya məhkəməsi tərəfindən isə iddianın bu hissəsi üzrə maddi və prossesual hüquq normalarının tələbləri pozulduğundan, qətnamə ilkin iddia üzrə hər ik i kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində ləğv edilərək, qeyd edilən göstərişlərə uyğun müvafiq araşdırma aparılması üçün həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
14. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Hüseynov sədrlik edən və məruzəçi, G.Abbasov və V.Məlikov) 17 fevral 2021-ci il tarixli, 2(107)259/2021 saylı qətnaməsi ilə iddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(051)-20/2019 nömrəli qətnaməsi ilk iddianın təmin olunduğu hissədə dəyişdirilmiş, həmin qətnamə ilə iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması qət edilən 13.12.2013-cü il tarixli 57MFB/13 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 57MFB/13-A saylı əlavə kredit müqaviləsi üzrə 12.837 ABŞ dolları faiz borcunun məbləğinin 29.814,91 ABŞ dolları (iyirmi doqquz min səkkiz yüz on dörd dollar 91 sent) və 58.918,88 ABŞ dolları cəmi borcun məbləğinin 75.896,79 ABŞ dolları (yetmiş beş min səkkiz yüz doxsan altı dollar 79 sent) ilə, 07.04.2014-cü il tarixli 4mspMNG/14 saylı əlavə kredit xətti müqaviləsi üzrə isə 267,61 manat faiz borcunun məbləğinin 1.077,22 manat (bir min yetmiş yeddi manat 22 qəpik) və 1.464,57 manat cəmi borcun məbləğinin 2.274,18 manat (iki min iki yüz yetmiş dörd manat 18 qəpik) ilə əvəz edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(051)-20/2019 nömrəli qətnaməsinin qalan hiss əsinə münasibətdə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2020-ci il tarixli, 2(107)-87/2020 nömrəli qətnaməsinin qüvvəsində olmasının nəzərə alınması qət edilmişdir.
15. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmə-mühasibatlıq ekspertizasının 10 yanvar 2020-ci il tarixli, 27754 saylı rəyi baxımından birinci instansiya məhkəməsi cavabdehlərdən tutulmalı olan kredit borclarının məbləğini həm 13.12.2013-cü il tarixli 57MFB/13 saylı əsas kredit müqaviləsi və həmin tarixli 57MFB/13-A saylı əlavə kredit müqaviləsi üzrə, həm də 07.04.2014-cü il tarixli 4mspMNG/14 saylı əlavə kredit xətti müqaviləsi üzrə əsas kredit borclarına münasibətdə düzgün müəyyən etmiş, lakin faiz borclarının məbləğini müqavilə müddətinin bitdiyi vaxta deyil, bundan xeyli əvvələ (11.10.2016-cı il ta rixə) uyğun götürmüş, bununla da, iddiaçının qanuni və diqqətəlayiq mənafeyini nəzərə almamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini aşağıdakı dəlillərlə əsaslandırmışlar:
1. Apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə alınmış əvvəlki ekspert rəylərinə deyil, sonuncu ekspert rəyinə əsaslanmaqla qətnamə qəbul edilmişdir. Halbuki, yeni ekspertiza təyin edilməli idi. Hazırki qətnamə iddiaçının əsassız varlanmasına səbəb olacaqdır.
2. Həmçinin, apellyasiya məhkə məsi tərəfindən qarşılıqlı iddiaya düzgün qiymət verilməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
19. Maddə. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin i crasını tələb etmək hüququ vardır.
20. Maddə.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
22. Maddə. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (b orc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
29. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
30. Göründüyü kimi, Apellyasiya Məhkəməsi Ali Məhkəmənin göstərişlərinə əməl edərək, birinci in stansiya məhkəməsinin qətnaməsini Qərarda göstərilən hissələrdə yoxlamış, gəldiyi nəticəni iş üzrə alınmış müvafiq ekspert rəyi ilə əsaslandırmışdır.
31. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən qarşılıqlı iddianın yanlış qiymətləndirilməsi və yeni ekspertizanın təyin edilməməsi ilə bağlıdır ki, kassasiya kollegiyası həmin dəlillərin formal mülahizə olduğunu hesab edir.
32. Kassatorlar hesab edir ki, yeni ekspertiza keçirilmədiyi üçün faiz borcu düzgün müəyyən edilmədiyindən qərar iddiaçının əsassız varlanmasına səbəb olacaqdır.
33. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə zəruri ekspertizalar keçirilmiş və iş üzrə qəbul edilmiş qərar müvafiq ekspert rəyinə əsaslanmaqla qəbul edilmişdir. Həmin ekspert rəyini şübhə altına alan sübutlar təqd im edilməmişdir. Ona görə məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul etməkdə haqlı olmuşdur.
34. Odur ki, cavabdehlərin formal mülahizələrə əsaslanan, hər hansı sübutla təsdiq olunmayan dəlilləri qanuni və əsaslı qətnamənin ləğvi üçün əsas ola bilməz.
35. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88-ci maddəsi).
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilmə sin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-259/2021 saylı, 17.02.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova