Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6640/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: maddi və mənəvi ziyan tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1871/2021 nömrəli iş üzrə 06 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: İş üzrə İddiaçı mülkiyyət hüququ əsasında qardaşı X1 məxsus olan “Toyota Prado” markalı avtomobilin “Nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında” etibarnamə əsasında idarə edərkən Cavabdeh idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə yol hərəkəti qaydalarını pozaraq iddiaçının idarə etdiyi avtomobili arxadan vurmaqla ona maddi ziyan vurmuşdur. Həmin hərəkətinə görə Cavabdeh barəsində 27 may 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin iyun ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təqsiri n əticəsində istifadəsində olan avtomobilin əzilməsi ilə əlaqədar ona 3280 manat məbləğində maddi, 2000 manat məbləğində mənəvi ziyanın dəyməsini əsas göstərməklə ona dəymiş maddi və mənəvi ziyanın Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 2(018)-51/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim: M.İ.Məmmədov) iddia qismən təmin edilərək Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 2698 manatın tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh apellyasiya şikayəti verərək iddiaçının avtomobilin mülkiyyətçisi olmadığı üçün hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmamasını və idarə etdiyi avtomobilin sığ orta olunduğu üçün iddianın ona qarşı deyil sığorta şirkətinə qarşı qaldırılmalı olmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1871/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.X.Heydərov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və İ.H.Əhmədov) apellyasiya şikayəti təmin edilərək Astara Rayon Məhkəməsinin 2(018)-51/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək Azərbaycan Respub likası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsi ilə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququnun da qanunla müdafiə olunmasını, belə olduqda hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmaması barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsinin qanunsuz olmasını, iddia tələbinin sığorta şirkətinə qarşı qaldırılmalı olması barədə məhkəmə kollegiyasının nəticəsinin də qanunun tələblərinə uyğun olmamasını, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsinin xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək iddiaçı tərəfi ndən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Şirvan Apellyasiya Məhkəməsinin 06 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 158.1.2 Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da qanunla müdafiə olunur və qorunur. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz q üvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1114.1 Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etmə lidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, eləcə də mübahisənin predmeti bölünməz olduğundan, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiya sı məhkəməsi İddiaçı iddiasını rədd edərkən onun avtomobilin mülkiyyətçisi olmamaqla hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamasına və eləcə də avtomobilin sığortalı olması ilə əlaqədar iddianın ona cavab verməli olmayan şəxsə qarşı qaldırılmasına əsaslanmışdır. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığından qətnamə qanuni və əsaslı sayıla bilməz. İş materiallarından görünür ki, mübahisəli avtomobilin mülkiyyətçisi olan Rauf Rüstəmov həmin avtomobili 3 il 11 ay 3 gün müddətinə, yəni 29 dekabr 2021-ci il tarixə kimi qardaşı İddiaçı istifadəsinə “nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında” etibarnamə əsasında vermiş və sonuncu həmin hüquqla avtomobildən istifadə edər kən cavabdehin təqsiri üzündən avtomobil əzilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da qanunla müdafiə olunur və qorunur. Kollegiya hesab edir ki, qanunun həmin norması avtomobilin istifadəçisi İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməsinə imkan vermişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmaması barədə nəticəyə gələrkən Mülki Məcəllənin 158.1.2-ci maddəsinin tələbini nəzərə almamış və iddiaçının bu hüquqa malik olub-olmamasına həmin normanın tələbləri baxımından qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsi n şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qü vvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Cavabdeh vurduğu ziyana görə bilavasitə cavabdehlik daşıdığından ona məxsus avtomobilin sığortalı olması ziyanın ödənilm əsi barədə ona qarşı tələb irəli sürülməsini istisna etmir. Apellyasiya instansiyası məhkəməsin cavabdehin iddiaya cavab verməli olmayan şəxs olması barədə nəticəyə gələrkən qanunun yuxarıda göstərilən normalarını nəzərə almamışdır. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanunsuz və əsassız sayır, hesab edir ki, kassasiya şikayəti təmin edilərək, qətnamə ləğv olunmalı və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1871/2021 nömrəli iş üzrə 06 iyul 2021-ci il ta rixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6640/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6640/2021
24.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver