Məhkəmə qərarları › İş №2(102)-6642/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6642/2019

15.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6642/2019 15.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızı, İddiaçı və Cavabdeh vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2019-cu il tarixli, 2(103)3167/2019 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə baxılarkən, İddiaçı iddia ərizəsindən imtina barədə ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 30 noyabr 2 017-ci il tarixli, 2(005)6456/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.B.Əliyev) İddiaçı Cavabdeh qarşı “keyfiyyətsiz avtomobilə görə ödədiyi 18.500 manat pulun hazırki dəyərinə uyğun olaraq 30.000 manat pul tələbinə dair” iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2018-ci il tarixli, 2(103)2730/2018 saylı qətnaməsi ilə (hakimlər X.A.Mərdanova sədrlik edən, məruzəçi, İ.Ş.Vəliyev və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 30 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı Cavabdeh qətnamədən kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli, 2(102)-8156/20 18 saylı qərarı ilə (hakimlər Ə.Ə.Şadiyev sədrlik edən, məruzəçi, Q.Ə.Allahverdiyev və İ.R.Xələfov) kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2019-cu il tarixli, 2(103)3167/2019 saylı qətnaməsi ilə (hakimlər E.C.Kazımov sədrlik edən, məruzəçi, T.S.Səmədov və İ.S.Şirinov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 30 noyabr 2017-ci il tarixli qətnaməsi qismən ləğv edilib, iddia ərizəsi qismən təmin edilərək, cavabdeh təşkilatdan “Geely Emgrand EX-7” markalı, ** *** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödənilmiş 18.500 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. Cavabdeh təşkilat qətnamədən kassasiya şikayəti verib. 15 noyabr 2019-cu il il tarixdə iddiaçı ərizə ilə kassasiya instansiyası məhkəməsinə müraciət edərək, Cavabdeh qarşı olan “Geely Emgrand EX-7” markalı, ** *** dövlət qeydiyyat nişanlı avtomobilin qarantiya müddətində çürüməsi ilə bağlı tələb etdiyi 18.500 manat məbləğində Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilmiş iddia tələbindən Cavabdeh ilə qarşılıqlı razılığa gələrək, sonuncu tərəfindən ona dəymiş zərərin ödənilməsini nəzərə alaraq, iddia tələbindən imtina etdiyini göstərmiş və bu iş üzrə gələcəkdə Cavabdeh qarşı heç bir iddia tələbinin olmayacağını bildirmişdir. Daha sonra iddiaçı sözügedən ərizəsində yu xarıda qeyd olunanlara əsasən iddia tələbindən imtinasının nəzərə alınaraq hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı və Cavabdeh vəkili Vəkil məhkəmə iclasında eyni məzmunlu izahat verib, iddia tələbindən imtinanın qəbul edilib, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Kassasiya instansiyası məhkəməsi işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddiaçının iddia ərizəsindən imtina etməsinə dair ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməli, iddiaçının iddia ərizəsindən imtinası qəbul edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının iddia ərizəsindən imtina etmə si əsasına görə ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı 15 noyabr 2019-cu il il tarixdə ərizə ilə kassasiya instansiyası məhkəməsinə müraciət edərək, Cavabdeh qarşı olan “Geely Emgrand EX-7” markalı, ** *** dövlət qeydiyyat nişanlı avtomobilin qarantiya müddətində çürüməsi ilə bağlı tələb etdiyi 18.500 manat məbləğində Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilmiş iddia tələbindən Cavabdeh ilə qarşılıqlı razılığa gələrək, sonuncu tərəfindən ona dəymiş zərərin ödənilməsini nəzərə alaraq, iddia tələbindən imtina etdiyini göstərmiş və bu iş üzrə gələcəkdə Cavabdeh qarşı heç bir iddia tələbinin olmayacağını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borc ludur və tərəflər, qanunda nəzərdə tutlan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.1-ci maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Göründüyü kimi iddiaçı kassasiya instansiyası məhkəməsinə yazılı ərizə təqdim edib, könüllü şəkildə iddia ərizəsindən imtina etmişdir və onun öz iradəsini ifadə edib iddia ərizəsindən imtina etməsi qanuna zidd deyil, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur və mülki iş materiallarında iddiaçının iddia ərizəsindən imtina etməsinin qəbul edilməsini istisna edən heç bir hal yoxdur. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.4-cü maddələrinin mənasına görə, iddiaçı iddiadan imtina etdiyi və bu imtina məhkəmə tərəfindən qəbul olunduğu halda işə baxan məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 417.1 və 417.1.5-ci maddələrində göstərilir ki, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya instansiyası məhkəməsi sadalanan prosessual normaların tələblərini əsas tutub belə qənaətə gəlir ki, iddiaçı iddia ərizəsindən imtina etdiyindən və bu imtina qanuna zidd olmamaqla, hər hansı bir şəxsin hüququnu və qanunla qoruna n mənafeyini pozmadığından, iddiaçının iddia ərizəsindən imtina barədə ərizəsi təmin edilməli, onun iddia ərizəsindən imtinası qəbul edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının iddia ərizəsindən imtina etməsi əsasına görə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Kassasiya instansiyası məhkəməsi eyni zamanda Azərbaycan Respublikası MPMnin 262.4-cü maddəsinin tələblərini işdə iştirak edən şəxslərə izah etməklə qeyd edir ki, onlar hazırkı mübahisə predmet haqqında və hazırkı əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edə bilməzlər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı iddia ərizəsindən imtina barədə ərizəsi təmin olunsun, onun iddia ərizəsindən imtinası qəbul edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2019-cu il tarixli, 2(103)-3167/2019 saylı qətnaməsi İddiaçı iddia ərizəsindən imtina etməsi əsasına görə ləğv edilsin, İddiaçı Cavabdeh qarşı “keyfiyyətsiz avtomobilə görə ödədiyi 18.500 manat pulun hazırki dəyərinə uyğun olaraq 30.000 manat pul tələbinə dair” mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar