Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6643/2021 28.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar X1, X2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 qarşı “mülkiyyətin və sahibliyin müdafiəsi, cavabdehlər tərəfindən özbaşınalıq yolu ilə tutulmuş gediş-gəliş yolunun açılması, bağlanmış gediş-gəliş yolunun üstündə özbaşına qurulmuş qurğuların (çəpərin) sökülməsi, cavabdehlər tərəfindən xüsusi mülkiyyətində olan torpaq sahələrinin ümumi gediş-gəliş yoluna qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması, cavabdeh şəxslərdən özbaşınalıq hərəkətlərinə son qoyulmasının məhkəmə vasitəsilə tələb edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icra ata qəbul edilməsindən imtina, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyul 2021-ci il tarixli, 2(106)116/2021 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Astara Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(018)-300/2019 nömrəli qətnaməsi ilə iddiaçılar X1, X2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 qarşı “mülkiyyətin və sahibliyin müdafiəsi, cavabdehlər tərəfindən özbaşınalıq yolu ilə tutulmuş gediş-gəliş yolunun açıl ması, bağlanmış gediş-gəliş yolunun üstündə özbaşına qurulmuş qurğuların (çəpərin) sökülməsi, cavabdehlər tərəfindən xüsusi mülkiyyətində olan torpaq sahələrinin ümumi gediş-gəliş yoluna qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması, cavabdeh şəxslərdən özbaşınalıq hərəkətlərinə son qoyulmasının məhkəmə vasitəsilə tələb edilməsi tələbinə dair” iddialarının rədd edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(106)-116/2021 nömrəli qətnaməsi ilə iddiaçılar X1, X2 və İddiaçı3 apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(018)-300/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar X3, X4 və İddiaçı3 birgə kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2 (106)-116/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, cavabdehin kassasiya şikayətinin məzmunu Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələ r istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. Məcəllənin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılm amasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası MPM-in 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti qaytarılır. Kassasiya şikayətinin məzmunundan görünür ki, iddiaçılar işdə olan materiallara və işin faktiki hallarına istinad etməklə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bu zaman kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 26 və 29-cu, Mülki Məcəlləsinin 17, 20, 152.3, 154-cü, Torpaq Məcəlləsinin 84 və 111-ci, Mülki Prosessual Məcəlləsinin 77, 88, 217, 218, 220, 418-ci, “B ələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7-ci maddələrinin dispozisiyaları sadalanmışdır. Lakin kassator qeyd olunan iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasını, hazırki mübahisəyə aidiyyətini göstərməmiş və bununla da, Azərbaycan Respublikası MPM-in 407.1.4 və 407.2-ci maddələrinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının MPM-in 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə gö ndərilir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması göstərilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şirvan Apellyasiya Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(106)-116/2021 nömrəli qətnaməsindən iddiaçılar X3, X4 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-6643/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-6643/2021
28.10.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver