Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6645/2019 05.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev, iş № 2(004)-xx/17) İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh6 ogluna, C avabdeh7 fırmasına, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh6 oglundan, Cavabdeh7 fırmasından, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada 23.05.2014-cü il tarixli, xxxxx saylı kredit razılaşması üzrə 9646,24 ABŞ dolları əsas borc, 2396,83 ABŞ dolları faiz borcu və 552,11 ABŞ dolları cərimə olmaqla, cəmi 12595,18 ABŞ dolları, 20.06.2014-cü il tarixli, xxxxx saylı kredit razılaşması üzrə 12322,3 ABŞ dolları əsas borc, 4018,40 ABŞ dolları faız borcu və 565,51 ABŞ dolları cərimə olmaqla, cəmi 16906,21 ABŞ dolları, ümumilikdə 29501,39ABŞ dolları məbləğində borcun İddiaçı-nin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, ev1yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 68635 manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, mənzil açıq hərracda satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 həmin mənzildən çıxarılmaları, mənzilin boşadılması qət edilmiş, iddia tələbinin “fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 həmin evə istifadə hüquqlarının itirilməsi və iddiaçıya təhvil verilməsi” hissəsində təmin edilməmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Vəliyev-sədrlik edən və mər uzəçi, X.Mərdanova və E.Həsənov, iş № 2(103)-674/18) cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilərək, Yasamal rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli qətnaməsi 23.05.2014-cü il tarixli xxxxx saylı kredit razılaşması üzrə 2396.83 ABŞ dolları faiz borcunun tutulması hissəsində dəyişdirilmiş və faiz borcunun məbləği 2390.36 ABŞ dolları, ümumi məbləğ isə 12.588, 70 ABŞ dolları müəyyən edilmişdir. Eyni zamanda, qətnamə 20.06.2014-cü il tarixli xxxxx saylı kredit razılaşması üzrə 4018.40 ABŞ dolları faiz borcunun tutulması hissəsində dəyişdirilərək faiz borcunun məbləği 3720.62 ABŞ dolları, ümumi məbləğ isə 16.608,53 ABŞ dolları müəyyən olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən yalnız Cavabdeh1 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası A li Məhkəməsinin Mülki Kollegiyasının 27 dekabr 2018-ci il tarixli qərarı ilə (hakimlər S.Hacıyev-sədrlik edən və məruzəçi, Q.Əsgərov və E.Vəliyeva, iş №2(102)-8725/18 kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 08 avqust 2018-ci il tarixli qətnaməsi «borcun ipoteka predmetinə yönəldilməsi» hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Cəmilova-sədrlik edən və məruzəçi, İ.Xəlilov və İ.Kərimli, iş № 2(103)-xx xx/19) cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 apellyasiya şikayəti qismən təmin edilərək, Yasamal Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli qətnaməsi “borcun ipoteka predmetinə yönəldilməsi” hissəsində dəyişdirilərək ipoteka predmetinin ilkin satış qiyməti 104000 (bir yüz dörd min) manat müəyyən olunmuşdur. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh6 ogluna, Cavabdeh7 fırmasına, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh6 oglundan, Cavabdeh7 fırmasından, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada iddiaçının xeyrinə 23.05.2014-cü il tarixli, xxxxx saylı kredit razılaşması üzrə 9646,24 ABŞ dolları əsas borc, 2396,83 ABŞ dolları faiz borcu və 5052,11 ABŞ dolları cərimə olmaqla, cəmi 17095,18 ABŞ dolları borcun, 20.06.2014-cü il tarixli, xxxxx saylı kredit razılaşması üzrə 12322,3 ABŞ dolları əsas borc, 4018,40 ABŞ dolları faız borcu və 6065,51 ABŞ dolları cərimə olmaqla, cəmi 22406,21 ABŞ dolları borcun, ümumilikdə 39501,39 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, ev1yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun və məhkəmə xərclərinin əmlakın satışından əldə olunan vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam öd ənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh7 fırmasından, Cavabdeh3 və Cavabdeh5 ümumi qaydada tutulması, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkil i M.Ağamirov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında yalnız Cavabdeh1 mübahisələndirmişdir. Məhkəm ə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız onun kassasiya şikayətinə münasibətdə yoxlayıb qiymət verir. Məruzəçini, vəkil M.Ağamirovun izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşdən göründüyü kimi, bundan əvvəlki kassasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız borcun ipoteka predmetinə yönəldilməsi hissəsində ləğv edilib yeni apellyasiya baxışına qaytarılmışdır. Ona görə də sonuncu apellyasiya baxışının predmeti yalnız borcun ipoteka predmetinə yönəldilməsi hi ssəsi olmuş və apellyasiya instansiyası məhkəməsi bu hissədə şikayətin dəlillərini əsaslı sayaraq yenidən araşdırma aparmış və mütəxəssis rəyini əsas götürməklə ipoteka predmetinin ilkin satış qiymətini 104 000 manat müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən nəzərə almışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini ipoteka predmetinə tutma yönəldilməsi hissəsində təmin edərkən ipoteka predmetinin ilkin satış qiymətini 2014-cü ilin ipoteka müqaviləsində əks olunmuş qiymət əsasında müəyyən etmişdir. Halbuki, “İpoteka haqqında” Qanuna əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşmas ı əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (maddə 39.3.3). Hazırkı işə birinci instansiya qaydasında baxılarkən ipoteka predmetinin mövcud bazar qiymətini müəyyən etmək məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməmişdir. Lakin işə apellyasiya qaydasında baxılarkən “xxxx” MMC-nin verdiyi G04/19-136 saylı 29.04.2019-cu il tarixli rəyə əsasən ipoteka predmetinin xx xx2019-cu il tarixinə olan bazar dəyərinin 104000 manat məbləğində qiymətləndirildiyi müəyyən olunmuşdur. İşdə iştirak edən iddiaçının nümayəndəsi sözügedən rəyin məhkəmə tərəfindən qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi sözügedən rəyi əsaslandırılmış, mötəbər və real hesab edərək belə qənaətə gəlmişdir ki, qətna mə «borcun ipoteka predmetinə yönəldilməsi» hissəsində dəyişdirilərək, ipoteka predmetinin ilkin satış qiyməti 29.04.2019cu il tarixli rəyə əsasən 104000 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, cavabdeh (kredit alan) Cavabdeh1 şikayətində ipoteka predmeti olan mənzilin dəyərinin daha yüksək olduğunu göstərmiş, lakin şikayətə bununla bağlı, yəni apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni təkzib edən hər hansı mötəbər sübut əlavə etməmişdir. Azərbaycan Respublikası MP M-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərə zsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kolle giyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə mübahisələndirilən hissədə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin həmin hissədə ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2019-cu il tarixli, 2(103)-xx xx/19 saylı qətnaməsi mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6645/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6645/2019
05.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver