Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6648/2019 24.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı “xxxx” QSC-nin vəkili X1, Cavabdeh2 vəkili X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.05.2019-cu il tarixli, 2(103)5952/2019 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim R.Səmədov) 11.12.2018-ci il tarixli, 2(006)-113/20 18 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1 X2 oğlu və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 X2 oğlundan, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 müştərək qaydada 22.12.2014-cü il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 106.746,98 ABŞ dolları əsas borc, 38.311,02 ABŞ dolları faiz borcunun, 10.000 (on min) ABŞ dolları cərimə borcunun, cəmi 155.058 ABŞ dolları məbləğində pulun, 24.09.2014-cü il tarixli, 17K000000120 saylı kredit razılaşması üzrə 4999,5 ABŞ dolları əsas borcun, 1066,09 ABŞ dolları faiz borcunun, 500 ABŞ dolları cərimə borcunun, cəmi 6565,59 ABŞ dollarının, habelə 30 manat ödənilmiş dövlət rüsumunun, bildir işlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqının əvəzi olmaqla, cəmi 161.623,59 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 154 manat məbləğində pulun alınaraq iddiaçı «xxxx» QSC-yə ödəniməsi, tutmanın ipoteka qoyulmuş XXX küçəsində yerləşən 15 nömrəli evin Cavabdeh2 mülkiyyətindəki 44 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 23.000 manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutmanın ipoteka qoyulmuş Salyan rayonu, Çadırlı kəndində yerləşən, Cavabdeh2 mülkiyyətindəki Əmlak kompleksi kimi müəssisəsinə (maye-qaz yanacaq doldurma məntəqəsi) yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 50.000 manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutmanın ipoteka qoyulmuş XXX küçəsində yerləşən 1A nömrəli evin Cavabdeh4 mülkiyyətindəki 38 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 35.000 manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutmanın ipoteka qoyulmuş Şirvan şəhəri, Energetik küçəsində yerləşən, Cavabdeh5 mülkiyyətindəki 320 saylı bağ evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 70.000 manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlər Cavabdeh1 X2 oğlu, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 iddiaçı “xxxx” QSC-yə olan kredit borclarının ödənilməsi, əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğ u halda isə artıq qalan pul vəsaitinin müvafiq olaraq cavabdehlər Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 qaytarılması, hərracdan əldə olunacaq vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh1 X2 oğlundan, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 müştərək qaydada tutulması, ipoteka predmetlərinin satıldıqdan bir ay sonra boşaldılması, “xxxx” MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 850 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 X2 oğlundan, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 tutularaq “xxxx” QSC-nin hesabına köçürülməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manatın cavabdehlər Cavabdeh1 X2 oğlundan, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsiqə t edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.İmanov, A.Hüseynov, V.Sadıqov) 15.05.2019-ci il tarixli, 2(103)-5952/2018 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Mirzəağa qızı tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 11.12.2018-ci il tarixli, 2(006)113/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh3 və nümayəndəsi və vəkili X8 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.05.2019-ci il tarixli, 2(103)-5952/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəmənin (hakim M.Əhmədova) 03.09.2019-cu il tarixli, 2(102)-6648/2019 saylı qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilərək, məhkəmə iclası 24.10.2019-c u il tarixə, saat 11:10-a təyin edilmişdir. Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.05.2019-ci il tarixli, 2(103)-5952/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə Bakı Apellyasiya Məhkəməsinə müraciət etdiyini bildirib, Azərbaycan Respublikası MPM-nin 133.2-ci maddəsinin tələbinə əsasən vəsatətə baxılması üçün mülki işin məhkəmə baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh3, onun vəkili X9, digər cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, X3, Cavabdeh4 və Cavabdeh7 Məharət qızı məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili X5 məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” QSC-nin vəkili X4 ərizənin təmin edilməsinə etiraz edərək, məhkəmədən hazırki şikayət üzrə işə baxılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinə əsasən, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edər ək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.09.2019-cu il tarixli “işin icraata qəbul edilməsi barədə” qərardadı ləğv edilməli və iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 404-409, 417 ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.09.2019-cu il tarixli “işin icraata qəbul edilməsi barədə” qərardadı ləğv edilsin və iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6648/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6648/2019
24.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver