Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-665/2019 21.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-665/2019 şəhəri 21 yanvar 2019-cu il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), X3, X1 ibarət tərkibdə, Şükürov Röyal Elman oğlunun katibliyi, iddiaçı ***nin vəkili ***, cavabdeh Borclu və onun vəkili Həşimova Zülfiyyə Vəli qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.05.2018-ci il tarixli, 2(103)5182/2018 nömrəli qətnaməsindən cavabdeh Borclu kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim S.Mehrəliyev) 22 n oyabr 2017-ci il tarixli, 2(004)-3357/2017 saylı qətnaməsi ilə ***nin ilkin iddiası təmin edilərək cavabdeh Borclu 1909,84 ABŞ dolları əsas borc, 605,36 ABŞ dolları faiz, cəmi 2515,20 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu Kreditor Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmiş, Borclu ***yə qarşı 24.07.2015-ci il tarixli nağd pul layihəsi müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Ə.Baxışova, V.T.Həsənov və N.Ş.Cəfərov) 10.05.2018-ci il tarixli, 2(103)-5182/2018 nömrəli qətnaməsi ilə cavabdeh Borclu apellyasiya şikayəti təmin edilməmiş,Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 noyabr 2017-ci i l tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Borclu və onun vəkili ***iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.05.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Kreditor ASC cavabdeh Borclu qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə borcun tutulması barədə qətnamənin qəbul olunmasını xahiş etmişdir. Borclu Kreditor” ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Bank ölkədə baş verəcək ikinci devalivasiyanın (21.12.201 5-ci il tarix) mümkünlüyünü bildiyi üçün ödəniş cədvəlini yenidən dollarla yazmışdır. Hətta borcun məbləği belə düzgün əks olunmamışdır. 24.07.2015-19.10.2015-ci il tarixləri aralığında 730.42 ABŞ dolları ödənildiyi üçün cəmi borc 1509.58 ABŞ dolları olmalı idi. Eyni zamanda iddiaçı bank öz iddia ərizəsində göstərir ki, illik 0 % olmaqla mənə 2240 ABŞ dolları məbləğində kredit vermişdir. Lakin tələbində 1909.84 ABŞ dolları əsas və 605.36 ABŞ dolları cərimə borcu olmaqla 2515.2 ABŞ dolları tələb edir. Beləliklə də iddiaçı bank yalan əqdin bağlanması niyyətini aşkar şəkildə ifadə edir. Maraqlı və təəssüf doğuran hal ondan ibarətdir ki, xüsusi bilik tələb edən ekspert öz rəyində səhvə yol vermiş, illik 0 % göstərildiyi halda, illik 28 faiz hesablamaqla borc məbləğinin artırılmasına səbəb olmu şdur. Tərəfindən 24.07.2015-19.10.2015-ci il tarixləri aralığında 730.42 ABŞ dolları ödənildiyi halda, bu məbləği də 474.49 ABŞ dolları kimi göstərmiş, faiz olmadığı halda 683.22 ABŞ dolları faiz hesablamışdır. Həmçinin həmin müqavilələrdə cərimə tutulacağı barədə heç bir maddə yoxdur. Olsa belə bu 90 gün müddətində hesablanır ki, bu da 150.90 ABŞ dolları etməli idi. Beləliklə də bankla mövcud olan 04 iyul 2014-cü il tarixli müqavilə vardır və kredit də o müqavilə əsasında götürülmüşdür. Hazırkı iddia tələbinin əsasını təşkil edən əqd yalan əqddir, bağlandığı andan etibarsızdır. Bundan əlavə, iddiaçı cavabdehin düşdüyü vəziyyətə uyğun olaraq güzəşt etmək əvəzinə, borcun məbləğini şişirtmişdir. Hər iki instansiya məhkəməsi işin faktiki hallarına və təqdim edilmiş sübutlara düzgün qiymət ver məmiş, iddiaçı bank tərəfin dediklərimizi təsdiq etməsi məsələsinə qiymət verməmişdir. Hər iki instansiya məhkəməsi mülki mübahisəyə formal olaraq, “bank işi” kimi baxmış, buna görə də qətnamələr mülki qanunvericiliyin normalarının pozuntusu ilə qəbul edildiyindən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Cavabdeh Borclu vəkili ***kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh Borclu vəkilin dediklərinə uyğun izahat vermişdir. İddiaçı ***nin vəkili *** kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM -in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 10.05.2018-ci il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli qətnaməsini qüvvədə saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Kreditor ASC ilə Borclu arasında bağlanmış 24.07.2015-ci il tarixli, MA/55043/52/21 saylı kredit sazişinin surətinə əsasən, bank tərəfindən borcalana 18 ay müddətinə illik 28% ödəmək şərtilə 224 0 ABŞ dolları məbləğindəkredit verilmişdir. Kredit müqaviləsi əsasında tərtib edilmiş ödəniş qrafikinə əsasən, cavabdeh tərəfindən kredit 24.01.2017-ci il tarixədək qaytarılmalı, banka cəmi 456,98 ABŞ dolları faiz ödənilməli idi. ***nin 30.01.2017-ci il tarixli maliyyə arayışına əsasən cavabdeh Borclu 24.07.2015ci il tarixli, MA/55043/52/21 saylı kredit sazişi üzrə banka borcunun məbləği 1909,04 ABŞ dolları əsas borc, 605,36 ABŞ dolları faiz, cəmi 2515,20 ABŞ dolları təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin 09.10.2017-ci il tarixli 11520 saylı rəyi ilə cavabdehin 30.01.2017-ci il tarixədək iddiaçıya 1905,47 ABŞ dolları əsas, 683,22 ABŞ dolları faiz borcu olduğu müəyyən edilmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə qənaətə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Aşağı instansiya məhkəmələri haqlı olaraq ilkin iddianı əsaslı hesab edərək təmin etmiş, qarşılıqlı iddianın isə əsassız olduğu nəticəsinə gəlmişdirlər. Qarşılıqlı iddia ərizəsində 24.07.2015-ci il tarixli, MA/55043/52/21 saylı kredit sazişinin yalan əqd olduğu iddia edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Mülki Məcəlləyə əsasən hər hansı müqaviləyə yalan əqd kimi hüquqi qiymət verilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır:
1. Tərəflər arasında onların həqiqi niyyətinə uyğun əqdin şifahi olaraq bağlanılması (pərdələnmiş əqd).
2. Tərəflər arasında yazılı olaraq onların həqiqi iradə ifadəsinə uyğun olmayan əqdin tərtib edilməsi (yalan əqd)
3. Yazılı əqdin zaman etibarilə pərdələdiyi şifahi əqdlə eyni vaxtda bağlanmış olması. Hazırkı halda qarşılıqlı iddia ərizəsində 24.07.2015-ci il tarixli, MA/55043/52/21 saylı kredit sazişinin tərəflərin həqiqi iradə ifadəsinə uyğun olaraq şifahi olaraq bağlanmış hansı əqdi pərdələdiyi əsaslan dırılmamışdır. Borclu ilə Kreditor ASC arasında bağlanmış və qarşılıqlı iddia ərizəsində istinad edilmiş 04.07.2014-cü il tarixli kredit müqaviləsi vaxt etibarilə mübahisələndirilən kredit müqaviləsindən əvvəl bağlandığından, yazılı tərtib edildiyindən, həmin müqavilə üzrə öhdəlik icra edildiyindən 24.07.2015-ci il tarixli kredit sazişi əvvəlki kredit müqaviləsini pərdələyən yalan əqd kimi qiymətləndirilə bilməz. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş 24.07.2015-ci il tarixli, 4001 saylı kassa məxaric orderindən görünür ki, 2240 ABŞ dolları məbləğində kredit vəsaitini faktiki olaraq aldığını Borclu həmin qəbzi imzalamaqla təsdiq etmişdir. İşə apellyasiya qaydasında baxılarkən Borclu nümayəndəsi 24.07.2015-ci il tari xli, MA/55043/52/21 saylı kredit sazişi əsasında tərtib edilmiş ödəniş qrafikinin Borclu tərəfindən imzalandığını təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, 2015-ci ilin oktyabr ayınadək cavabdeh tərəfindən müqavilə əsasında tərtib edilmiş ödəniş qrafiki üzrə bir neçə ay ödəniş həyata keçirilmiş, həmin dövrdə və müqavilə bağlandığı tarixdən qanunla nəzərdə tutulmuş bir illik müddət ərzində cavabdeh kredit sazişinin etibarsız hesab edilməsi barədə iddia qaldırmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlarda n istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassartora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətinin borcun düzgün hesablanmaması ilə bağlı dəlilinə münasibətdə isə kollegiya bildirir ki, cavab dehin bu dəlilinə qiymət verilməsi üçün iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmişdir. Cavabdeh tərəfindən həmin ekspertiza rəyinin mötəbərliyini şübhə altına alan hər hansı sübuta istinad edilməmişdir. Belə olduğu halda borcun bu ekspert rəyi əsasında müəyyən edilməsini kollegiya prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Borclu kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Koll egiyasının 10.05.2018-ci il tarixli, 2(103)-5182/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Sənan Hacıyev hakimi